Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bariatrik əməliyyatından sonra plastik cərrahiyyə
Bariatrik əməliyyatından sonra plastik cərrahiyyə
Göndərən: NoName
Şərhlər: 1
Baxılıb: 331
Səs ver:
Piylənmə - bədəndə piyin normadan artıq yığılması ilə xarakterizə olunan, digər sistem və orqanların ciddi ağırlaşmalarına gətirib çıxaran xroniki xəstəlikdir. Bu gün  dünyada və ölkəmizdə piylənmə ən önəmli sağlamlıq problemləri arasında yer alır. Kişilərdə bədən ağırlığının 15-18%-ni  yağ toxuması təşkil edir, bunun  25% -dən artıq olması piylənməyə səbəb olur. Qadınlarda isə bədən ağırlığının 20-25%-i yağ toxumasıdır, bunun 30%-dən artıq olması piylənmədir. Bu gün dünyada 2.3 milyard  insan piylənmədən, 700 milyon insan isə morbit obezlikdən əziyyət çəkir. Tibbi proqnozlara görə, 2025-ci ildə dünyada  kişilərin 40%-i, qadınların isə 50%-i piylənmədən əziyyət çəkəcək.

Piylənmənin yaranmasının bir neçə səbəbi var:
Qeyri düzgün qidalanma
Hormonal problemlər
Antidepressant və s. dərmanlar
Genetika
Siqaret və içki
Psixoloji problemlər

Passiv həyat tərzi
Genetik faktor piylənmədə 25-40% rol oynayır. Beləki kök insanların uşaqlarında, kök olmayan insanların uşaqlarına görə piyləmə 2-3 dəfə çoxdur. Ana və ata kök olarsa uşağın kök olma ehtimalı 80%-dir. Əgər valideyinlərdən biri kökdürsə  uşağın kök olma ehtimalı 40%, ana və ata normal çəkidə olarsa uşağın kök olma ehtimalı 10%-dır.

Piylənmə bir çox xəstəliklərə səbəb olur. Beləki:
2-cili tip şəkərli diabet
Arterial hipertoniya
Ürək-damar xəstəlikləri
Metobolik sindrom
Aybaşı pozulmaları
Sonsuzluq problemləri
Bronxial astma
Əzələ-sümük patologiyaları
Osteoartrit

Piylənmənin bir neçə müalicə yolu var:
Dieta
Fiziki aktivlik (idman)
Dərman müalicəsi
Psixoloji dəstək

Cərrahiyyə
Bu günkü gündə bariatrik cərrahiyyə piylənmə ilə mübarizədə ən effektiv yol sayılır.   Bariatrik cərrahiyyə- Obez diaqnozu qoyulmuş, dieta, idman və dərman müalicəsi ilə arıqlamayan xəstələrə ümumi cərrahlar tərəfindən icra olunan əməliyyatdır.
Lakin arıqlamaq müalicənin sonu deyil, bu Postbariatriya adlanan yeni bir yolun başlanğıcıdır. Postbariatriya- bariatrik əməliyyat keçirmiş və qısa zamanda ciddi çəki itirən insanların bədənində yaranmış dəri sallanmalarını və deformasiyaları aradan qaldıran plastik cərrahi istiqamətdir. Postbariatrik plastik cərrahiyə əməliyyatları bariatrik əməliyyat sonrası 1-1.5 ilin tamamında icra olunur.Xəstə müayinə edilir, əgər orqanizmin göstəriciləri istənilən səviyyədədirsə, pasientin ümumi vəziyyətini nəzərə alaraq bu əməliyyatlar kombinasiyalı, amma bir neçə etapda həyata keçirilir. Arıqlama zamanı deformasiya bir nahiyədə deyil bir neçə nahiyədə olur: üz və boyun nahiyəsində, qolda, qarında, məmədə, beldə və budda. Bariatrik əməliyyat sonrası xəstələrdə çəki vermə müxtəlif olur. Dərinin keyfiyyətindən, xəstənin yaşından, həyat şəraitindən asılı olaraq əmələ gələn  deformasiyalarda bir-birindən fərqlənir.Postbariatriya uzun sürən əməliyyatlar zənciridir. Xəstə bunu istəməlidir və səbrli olmalıdır. Hər estetik əməliyyat 3-6 aydan bir aparılmalıdır.
Əsas missiyamız xəstələri bariatrik əməliyyat sonrası qarşılaşacağı deformasiyalar barəsində məlumatlandırmaq, arıqlamaq ilə müalicənin bitmədiyini, bunun bir mərhələ olduğunu və sonrakı postbariatrik cərrahi müdaxilənin insanın tam mənada öz güvəninə qovuşması ilə nəticələnəcəyini aşılamaqdır. Postbariatrik cərrahi müdaxilə bir əməliyyat deyil, əməliyyatlar zəncirinə verilən addır. Təbiiki, bariatrik əməliyyatların sayı artdıqca bu sahə daha çox inkişaf edəcəkdir.

Günel Bayramlı


Şərhlər: 1
Baxılıb: 331
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bu qeder kokelmek ozude bir xesdelikdir
10 may 2016 16:29
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz