Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dolqu inyeksiyası
Dolqu inyeksiyası
Göndərən: NoName
Şərhlər: 1
Baxılıb: 365
Səs ver:
Yaş artdıqca dəridəki elastik, kollogen liflər, yağ təbəqəsi və hialuron turşusunun azalması nəticəsində qırış və sallanmalar əmələ gəlir. Bu dəyişikliklər xüsusən göz, ağız, çənə, boyun, burun, alın bölgələri və üzün alt nahiyələrində daha çox nəzərə çarpır. Müxtəlif dolqu maddələrinin dəri altına inyeksiya edildiyi dolqu inyeksiyası proseduru ilə bu dəyişikliklərin yüngülləşdirilməsi, üzdəki yorğun ifadənin aradan qaldırılması və daha gənc bir görünüş əldə edilməsi hədəflənir.
Dolqu inyeksiyası hansı məqsədlərlə tətbiq edilir?

 - Dəridəki incə və dərin qırışların ləğv edilməsi (alın cizgiləri, qaş arasındakı cizgilər, ağız ətrafındakı qırışlar, burun qanadlarından dodağın künclərinə qədər enən qırışıqlıq, ağız kənarından çənəyə uzanan qırışlar)
 - Yara izlərinin müalicə edilməsi
 - Dəridəki çuxurların yox edilməsi
- Dodaq estetikası (incə dodaqların qalınlaşdırılması, dodaq şəklinin vurğulanması və həcminin artırılması, asimmetrik dodaqların düzəldilməsi)
 - Yanaqlara dolğunluq verilməsi və almacıq sümüyünün vurğulanması
 
Üz dolğusu proseduru necə tətbiq edilir?
-İncə bir iynə ilə dolqu maddəsi düzəldiləcək nahiyəyə inyeksiya edilir, qırışların altı doldurulur. Bu prosedurda anesteziyaya ehtiyac yoxdur, ancaq hessas insanlarda yerli keyitmə aparıla bilər. 10-20 dəqiqə cəkən prosedurun sonunda nəticə özünü göstərir. Prosedurdan sonra həddən artıq isti (günəşlənmə, solyari və s.) və soyuqdan bir neçə gün uzaq durmağa diqqət edilməlidir. Tətbiq nahiyəsində şişkinlik, qızartı, göyərmə və həssaslıqola bilər. Bu əlavə təsirlər çox az hallarda ortaya çıxır və sürətlə keçib gedir.

Dolqu maddələrinin növləri hansılardır?
-"Sintetik dolqu” və insanın öz toxumasının istifadə olunduğu "Avtogen dolqu” olmaqla 2 dolqu tipi vardır.
1. Sintetik dolqu: En çox istifadə olunan sintetik dolqu materialı "Hialuron turşusudur”. Bu maddənin bədəndə qalma müddəti 6ay-1.5ildir. Orqanizmdə təbii halda epitelial, birləşdirici və sinir toxumasında mövcuddur. Bundan başqa yüksək miqdarda yumşaq toxumalarda və gözün şüşəyəbənzər cismində olması onun tam təhlükəsizliyini ifadə edir. Steril qablaşdırmada olan bu preparat əməliyyata ehtiyac olmadan sarğı otağında tətbiq oluna bilir. Hialuron turşusunun suyu birləşdirmə xassəsi nəticəsində dolqunun davamlılıq müddəti artır.
2. Avtogen dolqu orqanizmin ozundən alınan yağ toxumasıdır. Liposaksiya əməliyyatı ilə alınan yağ toxuması xüsusi işləmdən keçirilir və lazim olan nayiyeye doldurulur. Bunlardan başqa qeyri tibbi şəraitlərdə daimi qalıcı dolqu kimi tətbiq olunan süni maddələr vardır. Bu materiallar tətbiq olunduğu nahiyyənin ətrafina doğru yayılması, düyünlər əmələ gətirməsi, əvvəlkindən daha pis və asimmetrik görünüş yaratması kimi fəsadlar törətdiyi üçün istifadəsi məsləhət görülmür. Yaratdığı fəsadlar əməliyyatla 60-70% aradan qaldırıla bilir, materialın orqanizmdən tam kənarlaşdırılması mümkün deyildir.


Şərhlər: 1
Baxılıb: 365
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hec sevmirem bu usuldan isdifade etmeyi
16 aprel 2016 01:28
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz