Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cavanlıq sirri qulaq arxasında gizlənib
Cavanlıq sirri qulaq arxasında gizlənib
Göndərən: Tomris Müslümova
Şərhlər: 6
Baxılıb: 846
Səs ver:
İnsanlar bu gün qocalmaq istəmir, yaş artdıqca hər kəs gənc və təravətli görünməyi arzulayır.
Sağlam qidalanma, o cümlədən, düzgün həyat tərzi bizi məqsədimizə doğru yaxınlaşdırır.
Estetik cərrahlar isə daha fərqli üsullar təklif edir. Bu gün tibb dünyasında baş verən yeniliklər sayəsində illərə meydan oxumaq mümkündür. Artıq insanların yaşını xarici görünüşünə baxmaqla müəyyən etmək olmur.

Türkiyə mətbuatı xəbər verir ki, qulaq arxasından alınan bir parça toxumanın laboratoriya şəraitində çoxaldılması ilə əldə edilən fibroblast üsulu ilə 10 yaş cavanlaşmaq mümkündür. Son illərdə tətbiq edilən fibroblast inyeksiyaları dərinin gənc və sağlam hüceyrələrini şəxsə geri verərək yeni kollagen sintezini həyata keçirən müalicə üsuludur.
Türkiyəli dermatoloq Eylem Acar məsələ ilə bağlı müsahibə verib. Həkim-dermatoloqun müsahibəsini təqdim edirik:
- Fibroblast müalicəsi nədir?
- Son zamanlar, başda Avropa ölkələri olmaqla, estetik cərrahlar fibroblast inyeksiya metoduna üstünlük verir. Fibroblast qulaq arxasından alınan bir parça toxumanın laboratoriya şəraitində çoxaldılması ilə əldə olunan üsuldur. Çoxaldılan toxumalar dəriyə inyeksiya üsulu ilə təkrar yeridilir. Bu hüceyrələr kollagenləri sintezləşdirərək, dərinin yenidən təravətli görünməsini təmin edir.
- Bu üsul dərini necə təravətləndirir?
- Qocalan dəri həm kollagen, həm də maye və hüceyrələrini itirir. Hüceyrə itkisindən dolayı, dərinin maye saxlamaq qabiliyyəti də (nəm tutumu) aşağı düşür. Maye azaldığı üçün dərinin parıltısı da yox olur və o, yavaş-yavaş sallanmağa başlayır. Məsələn, uşaq dərisinin su saxlama qabiliyyəti yüksəkdir, fibroblastla kollagenlər yenidən canlanır. Bu da dərinin itmiş parıltısını özünə qaytarır.
- Bu, kök hüceyrələrin köçürülməsi kimidir?
- Fibroblastlar bir növ kök hüceyrədir. Lakin fibroblastlar dərinin yetişmiş (yeniyetmə) kök hüceyrələridir. Bədəndəki bütün hüceyrələr başlanğıcda fibroblast olur. Somatik hüceyrə olduğu üçün bunun tətbiq edilməsi bir növ kök hüceyrə üsulu ilə oxşardır.
- Fibroblast nədir?
- Fibroblastlar orqanizmin birləşdirici toxuma hüceyrələridir. Yastı, uzun, ya da oval olurlar. Birləşdirici toxumanın əsas maddəsi olan və yaraların sağalması funksiyasını yerinə yetirən kollagenlər zülal istehsalından da məsuliyyət daşıyan hüceyrələrdir.
- Hansı nahiyələrdə istifadə edilir?
- Bu üsulla üzdəki qırışları və çatları aradan qaldırmaq, dodaqları formalaşdırılmaq, sızanaq izlərini, hətta uzunmüddətli dəri yaralarını müalicə etmək mümkündür. Bu zaman şəxsin özünə aid canlı alt dəri hüceyrələri, yəni fibroblastlardan dolğu maddəsi kimi istifadə edilir. Bu üsul əsasən göz ətrafı qırışlarda, dodaq kənarlarında istifadə olunur. Bundan başqa, dazlaşmanın müalicəsində də istifadə edilir.
- Kimlərə tətbiq oluna bilər?
- Bu üsulu hər kəsə asanlıqla tətbiq etmək olar. Xüsusilə, 30-55 yaş arası dəri əməliyyatlara daha tez reaksiya verir.
- Hətta diabet xəstələrində də istifadə edilə bilərmi?
- Bəli. Bu üsul diabetik yaraların sağalmasında da müalicəvi təsiri ilə tanınır.
- Biopsiya necə aparılır?
- Bu üsulun tətbiqində xəstənin qulaq arxasından 2 mm səviyyəsində toxuma nümunəsi "biopsiya" alınır. Alınan biopsiya ilə müasir laboratoriya texnologiyaları şəraitində fibroblast hüceyrələr çıxarılır. 4 həftədən sonra fibroblast hüceyrələr tətbiqə hazır hala gətirilir. Tətbiq 3 seansdır və hər seansda xəstənin dərisinə çoxlu sayda fibroblast hüceyrəsi yeridilir. Bu sahədə dəriyə inyeksiya edilən gənc və təzə fibroblast hüceyrələr həmin bölgədə fəaliyyətə keçərək kollagen və elastin istehsal edir. Dəridə güclü fəaliyyət göstərər onun cavanlaşdırır.
- Digər üsullardan fərqi nədir?
- Digər dolğu maddələrindən ən mühüm fərqi təsirinin uzun müddət davam etməsidir. Bu xüsusiyyətinə görə, ona yaxşı sərmayə də demək olar. Dolğu maddələrinin əksinə, fibrobastlar insanın öz hüceyrələrindən əldə edildiyi üçün insan bədəninə yad cisimlər daxil olmur. Beləcə, onun təbii gözəlliyi ortaya çıxır. Əks təsirləri olmadığı üçün də təhlükəli deyil.


Şərhlər: 6
Baxılıb: 846
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
MARAGSIZ ENEDE TESEKULLER
6 aprel 2016 23:08
# 6
vipbetul
maraqsiz melumatdir
6 aprel 2016 01:00
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Marta
Yaslanmaq tebietin qanunudur uzun qirislarin ne qeder acirsan ac yas oz sozun deyir neticede.
5 aprel 2016 22:15
# 4
Немного терпения, и у тебя все получится..
sizin 1205
Her yaşin öz gözelloyi var
5 aprel 2016 15:29
# 3
L
Totu
Tewekkurler:-)
5 aprel 2016 14:28
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Bu usullara qarsiyam. Her yasi yasamaq gozeldir. Qirislarinda oz gozelliyi var.
5 aprel 2016 14:22
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz