Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ortodontiya
Ortodontiya
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 584
Səs ver:
Ortodontiya - əyri dişlərin düzəldilməsi, diş, çənə və üzdəki uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan elm sahəsidir. Ortodontistlər çənə sümüyünüzün və dişlərinizin doğru yerdə və doğru vəziyyətdə yerləşməsini təmin edir. Dişlərdəki əyriliklərin düzəldilməsi ilə əhəmiyyətli bir estetik görüntü təmin etməklə yanaşı, ağız və diş sağlamlığına da xeyli müsbət təsir göstərməkdədir. Əyriliklərin aradan qaldırılması bu hissələrin daha asan və effektiv təmizlənməsini təmin edir ki, bununla da dişəti xəstəlikləri və kariesin qarşısını almaq olur. Həmçinin, dişlərin və çəninin bir-biri ilə kontaktı düzələcəyi üçün daha yaxşı çeynəmə funksiyası əldə olunur. Təxminən 7 yaşında ortodontik müalicəyə ehtiyacının olub olmamasının təyin olunması üçün övladınız mütəxəssis tərəfindən müayinə olunmalıdır.

Ortodontiya diş-çənə-üz bölgəsinə aid olan pozğunluqların əmələ gəlməsinin qabaqlamağa, irəliləmə prosesini dayandırmağa, müalicə etməyə, gözəl estetika və funksiyanın təmin olunmasına hədəflənir.

Ortodontik qüsurlarlar nədən əmələ gəlir:
Doğuş anomaliyaları (dodaq-damaq yarığı və s)

Xətalı funksiyalar (ağızdan nəfəs alma və s.) - Xroniki iltihablar və bənzər səbəblər uzun müddət davam edərsə, badamcıqlar həddindən artıq dərəcədə inkişaf edə bilər. Bu vəziyyətdə tənəffüs yolları daralır və nəfəs alma çətinliyi meydana gəlir. Bu çətinliyi aradan qaldırmaq və o bölgədəki tənəffüs yolunu genişləndirə bilmək məqsədiylə uşaq alt çənəsini və buna bağlı olaraq dilini önə verməyə məcbur olur. Belə vəziyyət uzun müddət davam etmiş olarsa, alt çənənin vəziiyəti önə doğru yer dəyişir. Dil qabaq dişlərin arasına girirsə və dişlərin çıxmasına mane olursa açıq qapanış (alt dişlərin üst dişlərə toxunmaması) meydana gəlir. Xəstə burundan nəfəs ala bilmirsə, üst çənənin böyümə potensialı üzərində mənfi təsir yaranır.

Bəd vərdişlər (barmaq əmmə, uzun müddət yalançı əmzik istifadəsi və s): Yeni doğulmuş körpədə olduqca inkişaf etmiş əmmə mexanizmi vardır. Əmmə instinkti təmin edilməmiş bir körpə bu ehtiyacını aradan qaldırmaq üçün bəzi vərdişlər əldə edir. Ana südü ilə 9-18 ay qidalanan uşaqların əksəriyyətində bu vərdişə rast gəlinmir. Aparılan araşdırmalar barmaq əmmənin həyatın ilk bir neçə həftəsində aclığa bağlı olaraq inkişaf etdiyini göstərmişdir. Dişlərin çıxmağa başladığı dövrdə təbii qıcıqlanmalardan yaranan ağrı barmaq əmmə vərdişini artırır. Barmaq əmmə yaşla azalır. Barmaq əmmənin səbəbləri: ani olaraq ana südündən və ya əmzikdən kəsilmə; körpə qidalanarkən əmməni çox qısa müddətdə bitirmək; uşağın qidalanmasını uzun aralıqlar şəkildə təşkil etmək və s. Barmaq əmmə vərdişinə qarşı erkən vaxtlarda heç bir tədbir görmək olmur. Bu dövrədə vərdişin qarşısını almaq uşağın fiziologiyasına təsir edəcəyi üçün təhlükəlidir. Bu vərdişin müalicəsi üçün dəqiq bir yaş dövrü deyilə bilməz. Uyğun zaman hər bir uşaq üçün ayrıdır. Ümumi halda isə barmaq əmmə vərdişi 3.5 yaşdan sonra da davam edərsə, müalicəyə başlanılmalıdır. Bu vərdiş olan uşaqlarda əmilən barmağa və ya barmaq sayına uyğun olaraq təsir sahəsində olan alt və üst dişlərdə əyriliklərə və alt çənə ilə üst çənənin bağlanması zamanı nizamsızlıqlara rast gəlinəcək.

Yalançı əmzik: Fizioloji xüsusiyyətləri olan bir əmziyin 1.5 yaşına qədər əmilməsi zərərli deyil. Hətta uşağın barmaq əmmə kimi pis bir vərdiş qazanmasının qarşıısını alar. Yalancı əmziklər davamlı olaraq istifadə olunduğu zaman ağız boşluğundakı toxumalara uzun müddət anormal təsir etdiyi üçün o bölgələrdə nizamsızlığa və müxtəlif dişləm qüsurlarına səbəb olmaqdadır.

Çürümə nəticəsində süd dişlərinin erkən düşməsi

Zədə

Düzgün qidalanmama: Kifayət qədər qidalanmayan insanlarda çənə və üz quruluşunun həcmində kiçilmələr meydana gələcək və normal həcmdəki dişlər kiçik çənədə düzgün yerləşə bilmədiyi üçün əyriliklər, rotasiyalar (dönmə), həttaretensiya hallarına rast gəlinir.

Yatmaq forması: Yatmaq forması ümumilikdə alt çənənin yatma zamanı mövqeyini müəyyən edir. Bu da bizə alt çənənin ortalama gündə 8 saat hansı mövqedə olduğu haqqında məlumat verir. Məsələn üzü üstə yatan bir uşaq ilə, arxası üstə yatan bir uşaqda alt çənənin mövqeyi fərqlidir. Yatarkən davamlı eyni tərəfə yatıb əlini və ya yumruğunu üzü ilə yastıq arasına qoyma vərdişi olan insanlarda həmin hissədə üz davamlı bir təzyiqə məruz qaldığı üçün ortodontik problemlər meydana çıxa bilər.

Diş sıxma, dırnaq yemə, qələm dişləmə, dodaq dişləmə kimi pis vərdişlər

Süd dişlərinin vaxtından qabaq düşməsi

Dişəti probleminə bağlı diş nizamsızlıqları

Diş itirilməsi ilə bağlı olaraq meydana gələn nizamsızlıqlar

20 Yaş dişlərinin öndəki dişlərə təzyiq etməsinə bağlı yaranan problemlər

Genetik meyillik

Hormonal pozuntular, sistem xəstəlikləri


Şərhlər: 11
Baxılıb: 584
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Menim balam
menimde qabaq disimde cuzi eyrilik var ama elede bilinmir.
12 mart 2016 21:50
# 11
Baharim ol
Menimde dislerim eyri idi.getdim breket saldirtdim.indi emelli duzelib.4 aydi qoyulan.
12 mart 2016 11:41
# 10
Ama yenede
nermin))
Menim dilerimde bir az eyriliy var
Amma qorxuram dizeltirmeye.Amma hecde pis baxmiram.Eger insan bunu ozune kopleks eliyirse duzeltire biler
12 mart 2016 01:01
# 9
leyli
ehtiyacim yoxdu. mence bunu usaq vaxtda etmek lazimdi.boyuk adamlarda pis gorunureee
11 mart 2016 22:14
# 8
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
vipbetul
ehtiyagim yoxxdu bu cur prasedurlara
11 mart 2016 20:26
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
narmiwka_15
mene uste ehtiyac var geleceyde inwAllah qoyacam
11 mart 2016 14:44
# 6
Be Happy))
Dosta_inam
Çox şükür bizdə belə bir problem yoxdur, nə qızlarda nə özümdə, elə bil əl ilə düzülüb dişlər səliqə ilə.
11 mart 2016 14:31
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Miss_Angel
cox wukur menim diwlerim yawidi bir qohum vardi diwinne tel taxmiwdilar duzelsin deye cox pis gorunur
11 mart 2016 14:00
# 4
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
YARIM QALMIS XEYALLAR
Menim bacim qizindada var disleri eyridi. Sukur menim ozumde cox gozel dis formalarim var gorenler inanmir ozumundur deyirler belke duzeltdirmisem. Dis hekimine gedende orda gorenler sorusurki senin dislerini bu hekimmi bele gozel duzeldib? Deyirem yox Allah bele edib. Cene qurulusumda dislerim dogru olduguna cox yaxsidir. Sukur uzumdeki hec neden sikayetci deyilem.
11 mart 2016 13:34
# 3
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
BARBI
Cox pis goruntudur. Dislerin eyri olmasinin qarsini usaq yaslarindan almaq lazimdir. Dislere breket qoyularaq duzeldilir
11 mart 2016 13:33
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
tenha cicek
mneim bacimsda var idi amma onlari qoydurduq cixib getdi.onlari qoydurmaq sertdir yosa her kecen gun daha da pis gune qalir.
11 mart 2016 13:08
# 1
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz