Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarın piyinin ozonoterapiya ilə əridilməsi
Qarın piyinin ozonoterapiya ilə əridilməsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1089
Səs ver:
Qarın piyinin ozonoterapiya ilə əridilməsi dedikdə nə başa düşülür?

Ozon aktiv maddə (oksidləşdirici) olaraq orqanizmdə böyük dəyişikliklər yaradır:

Qanı təmizləyir (dezintoksikasiya)
Xəstəliktörədici amillərə (virus, bakteriya, göbələk) öldürücü təsir göstərir.
İmmuniteti stumulaşdırır.
Qanın özüllüyünü azaldır, damarları genişləndirir.
Toxumaların oksigenlə təchizi artır.
Kosmetologiyada ozonoterapiyanın bir sıra metodları tətbiq edilir. Sizə maraqlı olacağını nəzərə alıb, arıqlama prosesinə keçməmişdən öncə, onlarla da bağlı qısa məlumat vermək istərdim:

Böyük autohemoterapiya – ümumi cavanlaşdırma, müalicə məqsədilə ozonlaşdırılmış qanın damara yeridilməsi, bu məqsədlə həm də, ozonlaşdırılmış fizioloji məhluldan istifadə edilir.
Kiçik autohemoterapiya – az miqdarda qanın ozonlaşdırılıb əzələyə vurulması.
Mezoterapiya – dəri içinə (üz nahiyəsi) ozonun yeridilməsi. Qırışları götürmək, dərinin təravətlənməsi, elastikliyi artırmaq üçün tətbiq edilir.
Cərrahiyyəsiz lipoliz (liposaksiya) – yüksək konsentrasiyada ozonun qarın, bud, sağrı nahiyədə dəri altına yeridilməsi. Nəticədə piy hüceyrələri göstərilən nahiyədə məhv edilir, piy "əridilir”.
Bu tibbi məlumatdır. İndisə, özümün də istifadə etdiyim bu proseduru daha anlaşılan tərzdə sizə izah edim.

Ozonoterapiya ilə arıqlama nə deməkdir?
Ozonoterapiya ilə arıqlamanı anlamaq üçün, gözünüzün qabağında xüsusi aparatdan iynə ilə "oksigenli havanı”, yəni ozonu çəkib bədəninizin istənilən nahiyəsinə vuracaqlar. Əgər pasiyent belinin incəlməsini istəyirsə, bu ancaq bel ətrafı sahəyə, qarın piylərindən azad olmağı arzulayırsa qarına, qollarının yuxarı hissəsinin iri olmasından utanırsa qola, budları köklükdən bir-birinə sürtünərək (xüsusilə yayda) ona əziyyət verirsə həmin nahiyəyə vurulur. Bu zaman pasiyent dərialtı piylərin necə parçalanmasını da elə həmin an öz gözü ilə görə bilər (buna şəxsən özüm şahid oldum). İynələrdən sonra piyin əridilməsinin effektini artırmaq üçün pasiyent xüsusi üsullarla masaj olunur.

Bu prosedur, eyni zamanda, sellüliti olan xanımlar, doğuşdan sonra dəri problemi ilə qarşılaşan qadınlar üçün də əvəzsizdir. Heç bir təhlükəsi yoxdur. Ozonoterapiya üzrə ixtisaslaşmış həkim Ülviyyə Əliyevanın sözlərinə görə, əksinə, ozon hüceyrələri qidalandırır, dərinin təravətini artırır: "Ozonlu iynələrdən tək piyləri əritmək üçün istifadə olunmur. Eyni zamanda, bu iynələrlə əllərin, gözətrafı dərinin ozonlaşdırılaraq yenidən təravətləndirilməsinə də nail olunur”.

Prosedur hər gün olmaqla adətən 10 seansdan ibarətdir. Amma bədəndəki piy qatının qalınlığından asılı olaraq seansların sayı arta və ya azala bilər. Qiymətinə gəldikdə isə, qeyd edim ki, digər arıqlama prosedurları və cərrahi əməliyyatlarla müqayisədə "ozonlu” arıqlama xanımlara daha ucuz başa gəlir.


Şərhlər:
Baxılıb: 1089
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz