Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qulaq cərrahiyyəsi - Otaplastika
Qulaq cərrahiyyəsi - Otaplastika
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 414
Səs ver:
Qısaca tanış olaq əməliyyatla..

Otoplastika
Və ya qulaq plastikası adətən aralanan qulaqları başa daha yaxın sıxmaq və ya yekə qulaq seyvanlarını kiçiltmək üçün aparılır.

Qulaqları çox aralanan uşaqlar tez-tez dostlarının onu ələ salmasından əziyyət çəkir. Qulaqlar altı yaşa kimi böyüyür və bundan sonra bu məsələnin cərrahiyyə üsulla həlli haqında düşünmək olar. Əksəriyyət hallarda otoplastika (qulaq formasının düzəldilməsi) yeddi-on üç yaşlı uşaqlarda aparılır.

Əməliyyatın saat  müddəti
Qulaqların ikisində rekonstruksiyası üçün bir-iki saat.

Ağrısız əməliyyat dərəcəsi.
Uşaqlarda bu cərrahiyyə müdaxiləsi adətən ümumi ağrısızlaşdırma ilə aparılır; böyük pasiyentlərdə və yeniyetmələrdə onu yerli anesteziya ilə tam olaraq aparmaq olar.

Əməliyyatın necə aparılması haqda qısa.
Kəsik qulaq seyvanının arxa səthinin qırağı ilə edilir. Cərrah qığırdaq toxumasını qismən götürür və ya kəsir və bundan sonra toxumaları elə tikir ki, qulaq seyvanı kəlləyə daha sıx yerləşsin.

Əməliyyatdan sonrakı, vəziyyət necə olur?
İki-dörd gün ərzində başa velosiped dəbilqəsinə oxşar xüsusi bandaj və ya sarğı qoymaq lazımdır. Onların funksiyası əməliyyat keçirmiş qulaqları yastıqçalar ilə başa sıxmaq. Ağrılar və digər narahatlıqlar zamanı analgetikləri qəbul etmək olar, amma bu xoşagəlməz hisslər tez keçir.Mühafizə sarğıları götürüldükdən sonra saçları qorxmadan yumaq və fenlə qurutmaq olar. Kəsik yerində gigiyenaya diqqət yetirmək lazımdır.

Çapıqların yaranması mütləqdir
İstənilən çapıqlar qulaq seyvanları ilə örtüləcək.

Mümkün bəzi çətinliklər olur.
İnfeksiya prosesi çox nadir hallarda inkişaf etsə belə, mümkün qulaq seyvanlarının deformasiyalarının qarşısını almaq üçün müalicəni dərhal başlamaq lazımdır. İnfeksiya şübhələri yaranan kimi antibakterial terapiya kursu aparırlar. Bandaja görə dəri sürtülmüş və qıcıqlanmış ola bilər, lakin bütün bu xüsusiyyətlər sarğılar götürülən kimi yox olacaq. Otoplastika eşitmə qabiliyyətini azaltmır. Qətiyyən.


Şərhlər:
Baxılıb: 414
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz