Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz gərdirmə
Üz gərdirmə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 433
Səs ver:
Üz gərdirmə əməliyyatının digər adı da "Rhytidectomy” dir (Ritidektomiya). Üz gərdirmə əməliyyatı ilə üz və boyundakı dəri sallanması yox edilir; varsa çənə altındakı yağlanma aradan qaldırılır. Dərialtına toxuma əlavə edilir.

Kim bu əməliyyat üçün uyğundur?
Üz gərdirmə əməliyyatına uyğun olan insanlar üz və boyun dərisi sallanmaya başlamış, ancaq dərisi hələ də elastikliyini itirməmiş və başqa sağlamlıq problemi olmayanlardır. Ümumiyyətlə, 40 yaşın üzərindəki kişi və qadınlarda da bu əməliyyat tətbiq edilir. Üz gərdirmə əməliyyatı nəticəsində üzün daha gözəl və daha gənc görünməsi üçün, burun və göz qapaqlarının estetikası, alın düzəltmə, qaş qaldırma əməliyyatları da əlavə edilə bilər. Nazik qırışlar üçün dolğu maddələrinin inyeksiyası (yağ, hialurin turşusu və b.) və ya peeling (mexaniki, kimyəvi, lazer) edilə bilər.

Əməliyyatdan əvvəl
Üz gərdirmə əməliyyatı olmaq haqqında düşündüyünüz zaman, əvvəl nə istədiyinizi və niyə istədiyinizi özünüzlə müzakirə edin və sonra bir plastik cərraha müraciət edin. İstəklərinizi və gözlədiklərinizi bir-bir həkiminizə izah edin və onunla müzakirə aparın. Siqaret çəkirsinizsə, mütləq əməliyyatdan 10 gün əvvəl buraxın.  Günəşlənmə və dəri baxımı vərdişləriniz haqqında hər şeyi həkiminizə danışın, əməliyyatın daha qalıcı bir nəticə verməsi üçün, əməliyyatdan sonra nə etməli olduqlarınız haqqında suallar verməyi unutmayın.  Lazim olduğu zaman bir neçə dəfə həkiminizlə bu mövzu haqqında müzakirə edin.

Əməliyyat
Əməliyyat, xəstəxana şəraitində, anestezioloqun müşahidəsi altında, əməliyyatxanada aparılır. Ümumi anesteziya ilə aparıldığı kimi lokal (yerli) anesteziya və intravenoz sedasiya (damar yolu ilə anesteziya) metodu da tətbiq edilir. Normal şərtlər altında 2-2,5 saat davam edir. Eyni gün ərzində evə geri qayıda bilərsiniz. Əlavə proseduralar (burun, göz qapağı və b.) aparılsa, əməliyyat uzana bilər. Bela hallarda xəstəxanada 1 gecə qalmalısınız. Üz gərdirmə əməliyyatı iz buraxan bir əməliyyatdır. Ancaq bu iz gözə çarpan deyil. İzlər, gicgah nahiyəsində saçlı dərinin içində, qulaq önü və arxasında gizlənir. Çənə altı nahiyəsindəki yağlar alındığı zaman çənə altında 3-5 mm-lik bir iz qalır, göz qapağı və alın gərdirmə də əlavə edildiyi zaman isə, göz qapaqlarında və alında saçlı dərinin içində əlavə izlər qalır. Ancaq, ümumiyyətlə, bu izlər gözə çarpmayan və gizlənə bilən izlərdir.

Əməliyyatdan sonra?
Əməliyyatdan sonra erkən dövr əsasən rahat keçir. Üzdə ümumi şişkinlik və göyərmə, keyimə və gərginlik hissi ola bilər. Əməliyyat zamanı anesteziya üz sinirlərinə yüngül dərəcədə təsir etdiyinə görə üzdə biraz asimmetriyalar ola bilər. Bunlar 3-5 gün ərzində özü-özünə keçər. Gözlər, burun və ağız açık buraxılaraq baş sarğısı sarılır. Nadirən içəridə qan toplanmasının qarşısını almaq məqsədilə dren deyilən boru qoyula bilər. Kişi xəstələrdə üz dərisinin qan təchizatı daha zəngin olduğuna görə qanaxma və içəridə qan laxtasının yaranmasına daha çox rastlanır və buna görə də dren qoyulur. Drenlər ən gec 2 gün ərzində çəkilir. Sarğı 2 gün sonra açılır. Ümumi müayinə aparılır və sarğı dəyişdirilir. Saçlar yuyulur və lazım gəldiyi zaman sarğı yenidən sarılır. Tikişlər 5-7 gün sonra alınır.

Normal həyata dönüş
Əməliyat çox vaxt yaxşı nəticə verir. Nadir hallarda ikinci düzəltmələrə ehtiyac ola bilir. Xəstə 1 həftənin sonunda işinə qayıda bilir. 2 ay ağır idman hərəkətlərindən və həddindən artıq günəş işığının təsirindən uzaq durulması, xarici zərbələrdən qorunması məsləhət görülür. Kişi xəstələrdə qulaq arxası ilə saç dərisi arasındakı məsafə daralır. Buna görə də təraş olduqları zaman xəstələr çox diqqətli olmalıdırlar. Bu nahiyəyə epilasiya edilmə ehtiyacı yarana bilər. Kişi xəstələrdə 3 həftə saqqal təraşı olmamaları məsləhət görülür. Üz və boyun dərisinə yeni verilmiş forma, yerin cazibəsinin təsirinə məruz qalacağına görə insan bədəninin xüsusiyyətlərindən asılı olaraq bəzən 5-10 il, bəzən də ömür boyu təsirini itirmir.


Şərhlər:
Baxılıb: 433
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz