Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kim istəməz gözəl olsun?
Kim istəməz gözəl olsun?
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 860
Səs ver:
Estetik əməliyyat tam olaraq nədir? Hər kəsə tətbiq oluna bilərmi?
Estetika, sənətdə və həyatda gözəlliyin nəzəri elmidir. İnsanda təbiilik və funksionallıq ilə eyniləşdirilmişdir.

Estetik əməliyyat bədəninin hər hansı bir nöqtəsindən məmnun olmayan və qüsurlarının aradan qaldırılaraq, özündəki potensial gözəlliyi ortaya çıxarmaq istəyən hər insana tətbiq oluna bilər. Əhəmiyyətli olan müdaxilə ediləcək orqanın ətrafındakı digər orqanlarla uyğun olmasını təmin etməkdir.

Bədən korreksiyası nədir? Kimlərə tətbiq edilir?
Hər hansı bir səbəbdən forması pozulmuş orqanın, qüsurlarının azaldılaraq yenidən qaydasına salınmasına korreksiya deyilir. Hamiləlikdən sonra bədənində boşalmalar, sallanmalar, çatlar və forma pozğunluqları olan şəxslərə; özbaşına pəhriz və məşq edərək arıqlamış və tərəzi üzərində istənilən çəkiyə çatdığı halda, güzgü qarşısında istədiyi bədənə çata bilməmiş insanlara; piylənmə əməliyyatı sonrası yüksək miqdarda çəki verib, bədənlərinin bir çox yerində sallanmalar,boşalmalar və görnüş pozğunluqları meydana gəlmiş şəxslərə tətbiq oluna bilər.

Bədən korreksiyası necə edilir? Hansı bölgələrə tətbiq olunur? Eyni anda neçə bölgəyə tətbiq edilə bilər?
Bədən korreksiyası fərdi əməliyyatdır, yəni hər adama xas şəkildə aparılır. Əməliyyatı aparan mütəxəssisin qarşısına qoyduğu əsas məqsədi mümkün olduğunca ən az sayda əməliyyatla, ən yüksək nəticəni göstərməkdir. Xəstələrin böyük bir qisimində tək seans kafi ola bilər. Ən çox tətbiq olunan nahiyələr içərisində; kürək bel və ombadan yağ alma əməliyyatı, daha sonra alınan həmin yağlarla bədənin lazımi yerlərini şəkilləndirmək durur. Süd vəzilərinin əməliyyatı, qarın düzləşdirici əməliyyat və s. seçimlər qadınların ən çox üz tutduqları estetik əməliyyatlardır.

Əməliyyatdan sonra nələr edilməlidir?
Mütəxəssislər qeyd edir ki, əməliyyatdan dərhal sonra xəstələrə korset və dəstəkləyici geyimlər verilməlidir. Xəstə bu geyimlərdən üç həftə istifadə etməlidir. Əməliyyat olunan gecə xəstə evə buraxılır. Nadir hallarda o, 1-2 gecə həkim nəzarətində qala bilər. Əməliyyat olunan 3 gün ərzində evdən çıxmasa yaxşıdır, ağrılar olsa adi ağrıkəsicilərlə qarşısını ala bilər. Bir həftə sonra isə xəstə əvvəlki işinə rahatlıqla qayıda bilər.

Estetik əməliyyat kişilərə də şamil olur?
 Yay ki gəldi kişilər çimərlikdə ideal, əzələli bədən göstərmək dərdinə düşürlər. Bu vaxt isə piy götürmə əməliyyatı aparılaraq xalq arasında paxlava əzələləri deyilən qarın əzələlərin korreksiyası tətbiq olunur.

Üz cavanlaşma əməliyyatlından nə demək olar?
Üz cavanlaşdırma əməliyyatı estetik əməliyyatlar arasında ən çox tələbat olunandır. Ilkin tətbiqindən bu vaxtə qədər də eyni sürətini qoruyub saxlayır.

Üzin lazımi yerlərini dartdırmaq, həcm vermək, üzdəki dərin qırışları azaldaraq daha gənc bir görünüş qazandırmaq və PRP (kök hüceyrə) müalicələri ilə dəriyə canlılığını, nəmliliyini geri qaytarmaq, bütün bunlar üz estetikinə daxildir.

Analıq estetikası nədir?
Analıq estetikası doğuşdan sonra bədəndə olan, istənməyən dəyişikliklərin tək seansda düzəldilməsidir. Hamiləlik sonrası döşlərdə sallanmalar, qarın və bel hissəsindəki zəiflik, çatlar və yağlanmaların birlikdə düzəldilərək anaların daha möhkəm və fit bir bədənə sahib olması üçün tətbiq olan bir əməliyyatdır.


Şərhlər:
Baxılıb: 860
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz