Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarın Gərmə (Tummy Tuck)
Qarın Gərmə (Tummy Tuck)
Göndərən: Catwoman666
Şərhlər: 12
Baxılıb: 891
Səs ver:
Qarın gərmə əməliyyatı qarın bölgəsində narahatlıq verən sallanmaların götürülməsi ilə həyata keçirilir. Qadınların doğum sonrası ya da həddindən artıq kilo vermədən sonra köhnə halına dönməyən və sallanan qarın dərisi çıxarılır.
Qarın gərmə əməliyyatlarında orta və alt qarının dərisi yağ toxuması ilə və sallanmış olan qisim ilə birlikdə çıxarılır. Əgər boşalmış və yanlara doğru açılmış əzələlər var isə tikiş köməyi ilə gerginleştirilir. Bu şəkildə qarında mövcud şişman görüntü də aradan qaldırılmış olur.

Qarın gərmə əməliyyatı sonrasında çapıq (yara izi) qalarmı?
Dəri əməliyyat zamanı yuxarıdan aşağı çəkildiyi üçün bikini bölgəsində qalan üfüqi istiqamətdə bir çapıq (yara izi) qalmaqdadır.

Qarın gərmə əməliyyatı doğum çatlaqlarını aradan qaldıra bilərlərmi?
Qarın dərisi yuxarıdan aşağı doğru çəkildiyi üçün göbək xəttinin altında qalan doğum çatlaqlıqları tamamilə götürülə bilir.

Qarın gərmə əməliyyatına ən uyğun namizəd kimlərdir?
Bədən ağırlıq dağılımına görə normala yaxın, edilən idman və pəhrizlərə baxmayaraq qarında qalan yağ və dəri artıqlıqlarından narahat olan kəslər uyğun namizəddir. Bir neçə doğumdan sonra qarın dərisində boşalma və sallanma meydana gəlir və dəri elastikliyini itirərsə qarın gərmə əməliyyatı tövsiyə edilir.

Qarın gərmə əməliyyatı sonrası hamilə qalmaq olarmı?
Bu əməliyyat boşalmış və sallanan dərinin çəkilməsi ilə həyata keçirilir və bu səbəbdən hamilə qalmaq məsləhət görülmür. Təkrar uşaq sahibi olmaq istəyən qadınlar qarın gərmə əməliyyatı qərarı vermədən əvvəl həkiminə bu mövzunu açması məsləhətdir.

Qarın gərmə əməliyyatı sonrası necə bir nəticə gözlənilməlidir?
Əməliyyat sonrası fiziki görünüş bir neçə gün içində dəyişməyə başlayacaq. Bədənin şişi yatdıqdan sonra yeni bədən xəttləri ortaya çıxacaq və nəticəni böyük sevinclə görmüş olacaq.

Qarın gərmə əməliyyatının fəsadları varmı?
Təcrübəli bir həkim ilə daha yaxşı nəticələr alına bilər, ancaq hər əməliyyatda olduğu kimi fəsad meydana gəlməsi mümkündür. Infeksiya və qanaxma kimi nadir problemlər ilə qarşılaşmaq olar. Siqaret çəkmək yara izinin sürətli yaxşılaşmasına maneə törətdiyi üçün siqaret içilmemesi tövsiyə edilir.

Xəstəyə hansı anesteziya tətbiq olunmalıdır?
Əməliyyat çətinlik dərəcəsinə görə 3-4 saat davam edə bilər. Əməliyyata başlamazdan əvvəl xəstəyə yüngül bir yuxugətirici olunur və sonra ümumi anesteziya tətbiq olunur.

Qarın gərmə əməliyyatı sonrası müddət nədir?
Əməliyyat sonrsı qarında bir neçə gün şiş, ağrı və gərginlik hiss edilə bilər. Həkiminiz buna qarşı ağrı kəsici tövsiyə edə bilər. Xəstə erkən dövrlərdə gəzməsi üçün qaldırılır. Tikişlərin çoxu gizli tikiş olduğu üçün alınmasına ehtiyac yoxdur. Sarğılar deyişdirildikdən sonra xəstəyə korset geydirilər. Bu korset 1-1,5 ay geyilməsi tövsiyə edilir.

Qarın gərmə əməliyyatı sonrası nə zaman normal həyata başlamaq olar?
Əməliyyat olan xəstələrin bəziləri 2 həftə kimi bir müddət sonra işinə başlaya bilir. Yaxşılaşmanın tamamlanması bir neçə həftə çəkə bilər. Qarın bölgəsində olan tikiş izləri diqqətə çarpan bir tündləşmədən sonra solmağa başlayır və daha az bilinir. Doktor kontrolu ilə qarın əzələlərini işlədəcək yüngül məşq tövsiyə edilir.


Şərhlər: 12
Baxılıb: 891
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
Ariq olmaq ucun emelliyyata el atanlari anlmiram Allah elemesin bir pis birsey olsa el atin da emeliyyata bu is ki, elimizden gelir ozumuzu istediyimiz vaxt ariqlada bilirkise niye asana qacirlar emeliyyata kokelmeye meyilli deyilem ama normamdan artiq kokelen kimi pehriz saxlayiram normal cekide qaliram tebii yolla daha yaxsidi ariq qalmaq emeliyyatla bedende iz de qalir tebii gozellik ayri seydi onnansa biraz coreyinden kes idman ele yol
24 noyabr 2015 22:37
# 12
naz_vefa
Bu cur emeliyyat etdirmek duzgun deyl idmanla bu prablemi aradan qaldirmaq olar
24 noyabr 2015 22:16
# 11
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
vipbetul
ilk evvelden insanlar idmanlarini vaxtinda edib yemeklerine fikir verseler bu cur emeliyatlari fikirlesmek zorunda qalmazlar
24 noyabr 2015 20:50
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
senay))
çox wukur ehtiyacim yoxdu olanda da idmanla mewqul olmagi daha ustun tuturam twk

çox wukur ehtiyacim yoxdu olanlarda da idmanla mewqul olmagi daha ustun tuturam twk
24 noyabr 2015 17:17
# 9
coooooooxxx xosbextem
Happy
Ozum ariqam amma dogushdan sonra az da oksa qarnim sallanor ne etdimse erimedi. Emeliyyatda etmerem.
24 noyabr 2015 16:35
# 8
evli.mutlu.cocuklu
hec vaxt istemerem
24 noyabr 2015 15:25
# 7
Belinda
Mence bu formaya qayidmaq ucun en tez varuantdir, emeliyyat etmek istemiyenler gerek vaxtinin coxunu idman zalinda kecirsinler. Ama ele qadinlar varki formaya tez dushurler esasda dogushdan sonra.
24 noyabr 2015 15:07
# 6
arzum-aysum
Men ürək edib hec vaxt bu cur estetik əməliyyata gore özümə narkoz vurdurmaran
24 noyabr 2015 14:40
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Grsu
Mendede dogusdan sonra var,amma tebii yolla eridecem.insallah
24 noyabr 2015 14:39
# 4
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Dosta_inam
Bu cür əməliyyatla deyil, idmanla həll etmək daha yaxşı olar məncə.
24 noyabr 2015 14:39
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Riskli emeliyatlardandir. Men daha cox tebii yollara ustunluk vererem
24 noyabr 2015 14:15
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Roza
Men dogandan sonra mende var bele problem. Amma bu cur emeliyyat hec vaxt etmerem,hem qorxuram hem de yaxsi baxmiram.
24 noyabr 2015 13:09
# 1
....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz