Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Burun ucu əməliyyatı
Burun ucu əməliyyatı
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 865
Səs ver:
Burunda ən çox diqqətçəkən hissə ucudur və bu hissə estetik baxımdan da çox əhəmiyyətlidir.

Burun quruluşu adamdan adama çox dəyişir. İrqlər arasında da səciyyəvi xüsusiyyətlər daşıyır. Məsələn, Şərq xalqlarında yastı, zəncilərdə kiçik, geniş olur. Burnun hündürlüyü, eni və burun pərdələri olduqca əhəmiyyətlidir. Burun ucu və pərdələrinin dərisi burundakı ən qalın dəri quruluşuna malikdir. Burun sümüyünün dərisi çox incə olduğu halda burun ucuna gəldikcə dəri qalınlaşır və dəri içi vəzilərin sayı və sıxlığı artır.

Burun ucu estetik əməliyyatı hansı hallarda aparılır?Bu məsələni araşdırıb. Əgər burnun üstündə, burnun yan kənarlarındakı sümük strukturlarında, burun ortasındakı "septum" deyilən orta bölmədə heç bir problem yoxdursa, burun kürəyi olduqca düzgündürsə, burun geniş deyilsə və yalnız burun ucu problemli olan xəstələrdə, burun ucunu gözəlləşdirmək və mövcud olan problemi aradan qaldırmaq məqsədi ilə aparılan əməliyyatdır.

Bu əməliyyatla aşağıdakı problemləri aradan qaldırmaq mümkündür:
Burun ucunun incəldilməsi

Burun ucunun qaldırılması

Burun ucunun dəyişdirilməsi

Burun deşiklərindəki qüsurların düzəldilməsi

Burun pərdələrinin gözəlləşdirilməsi

Daha əvvəl burun əməliyyatı keçirmiş xəstələrdə burun ucu problemlərinin düzəldilməsi əməliyyatı keçirilə bilər.

Burnun ucundakı problemlərin tipindən asılı olaraq müxtəlif qığırdaq əlavələri (greftler) və ya tikişlərlə burun quruluşu daha yaxşı hala gətirilə bilir. Günümüzdə burnunun ucunu yenidən formalaşdırmaq üçün toxumalar əvvəlkinə nisbətən daha çox mühafizə edilir. Bu bölgə açıq texniki və ya burun içindən (qapalı texniki) kəsik ilə əməliyyat edilir. Həmçinin lokal, ya da ümumi anesteziya ilə həyata keçirilə bilər.

Burun ucu estetik əməliyyatı digər əməliyyatdan daha tez edilir, həm də xəstə özünü daha yaxşı hiss edir və sürətlə yaxşılaşır. Sümüklər qırılmadığı üçün daha az qanaxma, daha az şişlik və göz ətrafı daha az qaralır. Hətta böyük ehtimalla göz ətrafı qaralmır. Xəstə tezliklə normal həyata qayıdır. Xüsusilə intensiv iş tempində olub, qısa müddət içində iş həyatına qayıtmaq istəyən insanlar, eyni zamanda, burunun digər hissələrindəki problemləri yox etmək istəyənlər bu arzusuna qısa vaxt ərzində nail ola bilərlər. Əməliyyat adətən yarım ilə 1 saat vaxt arasında aparılır. Əməliyyatdan sonra buffer, ya da silikon splint qoyulmur. Xəstə əməliyyatdan 3-4 saat sonra evə buraxılır. Şiş bir həftəyə azalır. Bu məsələdə xüsusilə dəri qalınlığı mühüm rol oynayır. Burun pərdələrinin dərisi qalın olan xəstələrdə və ya daha əvvəl burundan cərrahi əməliyyat keçirən xəstələrdə isə dərinin əvvəlki qalınlığa dönməsi bir qədər uzun çəkə bilər. Adətən, ağrı olmur.


Şərhlər:
Baxılıb: 865
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz