Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süd vəzi böyüdülməsi
Süd vəzi böyüdülməsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1551
Səs ver:
Süd vəzi böyüdülməsi
Günümüzdə bir çox qadın üçün məmənin böyüklüyü qadının özünü gözəl, cazibədar və normal hiss etməsində əhəmiyyətli rol oynayır. Məmənin həcminin kiçik olması, 2 məmə arasında asimmetriyanın olması, hamiləlik, çox kökəlib arıqlamaqdan  sonra olan kiçik süd vəzini düzəltmək üçün ən çox  istifadə edilən əməliyyat növüdür.

Plastik cərrahiyyə əməliyyatları içərisində məmə böyütmə əməliyyatı qədər elmi araşdırılması aparılan ikinci əməliyyat yoxdu. Bu gün Amerikada 2 milyon qadında silikon protezlər var. Bu say vətənimizdə də, günü-gündən artmaqdadır. Süd vəzi protezlərinin 2 forması var: Yuraqlaq və anatomik (damla şəkilli). Yuvarlaq protezlərin üfüqi və şaquli ölçüləri bir-birinə bərabərdi. Anatomik protezlərdə şaquli ölçü üfüqi ölçüdən böyükdü. Anatamik adlandırılmasının səbəbi məmə şəklinə daha çox bənzəməsidir. Tərkibinə görə isə silikon gel tərkibli və silikon gel tərkibli kapsulanın içərisində yerləşən fizioloji duzlu su tərkibli olurlar.

Konsultasiya:
1995-ci ildə Kanadada 11.000 xəstə üzərində aparılmış tədqiqatın nəticəsində məlum oldu ki, məmə protezləri qoyulan qadınlarla, qoyulmayan qadınlar arasında xərçəngin əmələ gəlmə ehtimalı eynidir. Yəni, məmə protezləri süd vəzi xərçəngi əmələ gətirmir. Məmə protezlərini yerləşdirmək üçün 4 kəsik yolu var: areola ətrafı, məmə altı, qoltuq altı və göbəkdən aparılan kəsik. Hər kəsiyin özünə görə üstünlükləri  və çatışmayan cəhətləri var. Ən çox istifadə olunan məmə altı və məmə başından aparılan kəsikdir. Məmə böyüdülməsi əməliyyatından əvvəl bəzi müayinələr və ölçmələr aparılır. Bu ölçmələr sizin bədəninizə uyğun bir əməliyyat planlaşdırılması üçündür. Əməliyyatdan əvvəl sizdən süd vəzi ultrasəs müayinəsi çəkdirmək istəniləcək. Əgər məmədə ələ gələn-gəlməyən və hər hansı ağrılı-ağrısız törəmə olarsa, o zaman əməliyyat ertələnəcək, bu törəmə tam şəkildə yoxlanıldıqdan sonra əməliyyat planlaşdırılacaq.

Məlumat:
Məmə böyütmə əməliyyatı pasientin tam yatızdırıldığı ümumi anesteziya altında həyata keçirilir. Sizin bədən quruluşunuzu və istəklərinizi nəzərə alaraq cərrahınız sizə uyğun protezi sizə uyğun kəsiklə məməyə yerləşdirəcək. Əməliyyat ortalama 1 saat çəkir. Əməliyyatdan sonra 1 gün xəstəxanada yatmaq şərtdir. Əməliyyat bitəndən sonra sizə geyindirilən korsetin 1 ay üzərinizdə qalmağı məsləhətdir. Əməliyyatdan sonra ağrı hissini endirmək üçün sizə ağrıkəsici dərmanlar yazılacaq. Əməliyyatdan sonra 2-5 gün məmələrin gərgin və həssas olması normaldır. Sarğılarınız 5 günə çıxarılacaq. 1 ay ağır qaldırmaq, idman etmək, saunaya, solyariyə, dənizə getmək olmaz. Şişliklərin çox hissəsi 1 ay içərisində geri çəkiləcək. 1 həftə sonra iş həyatınıza geri dönə bilərsiniz.

Qeyd: Əməliyyatdan sonra hamilə qalmaq və kilo alıb vermək planlayırsınızsa, bu haqda həkiminizə mütləq məlumat verin.

Op. Dr. Günel Bayramlı


Şərhlər:
Baxılıb: 1551
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz