Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süd vəzi kiçildilməsi
Süd vəzi kiçildilməsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 963
Səs ver:
"Süd vəzi kiçiltmə” əməliyyatı
Tarix boyunca böyük süd vəzisi qadınlıq rəmzi sayılıb, lakin günümüzdə böyük süd vəzi bir qüsur olaraq qəbul edilir. Yetkin dövrdə süd vəzin ölçülərinin bədən ölçülərinə görə böyük və sallaq olması "makromastiya”, cinsi inkişaf dövründə isə "giqantomastiya” adlanır. Süd vəzin ölçüləri bir çox səbəbdən böyüyə bilər:

1. Genetik faktor;

2. Hormonal dəyişikliklər;

3. Kilo almaq;

4. Hamiləlik və süd vermək.

Böyük süd vəzi yalnız estetik problem deyil. Belə ki, süd vəzin böyüklüyünə bağlı olaraq qadında boyun və kürək ağrıları, baş ağrıları olur, eyni zamanda bel donqarlığı yaranır. Qadınların əksəriyyətini əməliyyat olunmağa məcbur edən məhz bu xronik ağrılardır. Böyük süd vəziləri olan qadınlar təmizlik problemləri ilə, məmə altında dermatitlərlə, pis qoxuyla, göbələk infeksiyaları ilə sıx-sıx üzləşirlər. Nadir olaraq, sinirləri sıxma səbəbiylə əlin 4 və 5-ci barmaqlarında ağrı və keyləşmə ola bilər. Nəfəs almada güclük çəkə bilərlər. Həmçinin böyük süd vəzilər qadının əmək qabiliyyətini də məhdudlaşdırır, paltar seçimində  çətinlik yaradır, qadının özünü bəyənməsində psixoloji və sosial problemlər törədir. Belə ki,  hipertrofik süd vəzini dərman və ya hormon müalicəsi ilə kiçiltmək mümkün deyil, tək müalicə yolu cərrahi müdaxilədir.  Buna görə də, süd vəzi kiçiltmə əməliyyatı son illər məşhurlaşmışdır. Süd vəzini kiçiltmək məqsədi ilə aparılan əməliyyat  məməyə təbii görüntü verir, yuxarıda sadaladığımız problemləri aradan götürür, qadının həyatını asanlaşdırır.

"Süd vəzi kiçiltmə” əməliyyatı dünyada ən çox icra olunan plastik cərrahi əməliyyatlardandır. "Süd vəzi kiçiltmə” əməliyyatı böyük olan məmənin qadının bədən ölçülərinə uyğun olaraq yenidən şəkilləndirilməsidir.

Hansı qadınlarda süd vəzi kiçiltmə əməliyyatı göstərişdir:

1. Süd vəzi bədən ölçülərinə görə böyük olarsa;

2. Məmə başı aşağı sallanarsa;

3. Süd vəzilərin asimmetriyası olarsa (biri digərindən ölçüyə görə fərqlənərsə);

4. Məmə ağırlığına bağlı boyun və kürək ağrıları olarsa;

5. Məmə altı dermatitlər mövcuddursa;

6. Məmənin böyüklüyü öz güvəni azaldarsa;

7. Məmənin böyüklüyü aktiv həyatı məhdudlaşdırarsa.

"Süd vəzi kiçiltmə” əməliyyatı üçün ən gözəl vaxt məmənin inkişafının tamamlandığı vaxt hesab olunur. Lakin gənc xanımlarda məmənin böyüklüyü psixoloji problemlər yaradırsa, bu əməliyyat erkən yaşlarda da icra edilə bilər. Eyni zamanda, 60-70 yaş arası xanımlar gecikmiş olsa da, böyük məmələrlə problem yaşayırlarsa rahatlıqla əməliyyat oluna bilərlər. Bütün  süd vəzi kiçiltmə əməliyyatlarının 12.5 % yeniyetmə dövründə həyata keçirilir.

"Süd vəzi kiçiltmə” əməliyyatından  öncə araşdırılmalıdır:
1. Məmədəki böyümənin hormonal problemə bağlı olub olmaması;

2. Məmədəki böyümənin davam edib-etməməsi;

3. Məmədə ələ gələn ağrılı və ya ağrısız törəmənin olub olmaması;

4. Məmədə keçirilmiş infeksiya və ya cərrahi müdaxilənin olub olmaması.

Əməliyyat:
Məmə kiçiltmə əməliyyatı ümumi anesteziya altında aparılır. Əməliyyat təxminən 3 saat çəkir. Əməliyyatdan sonra xəstəxanada qalma müddəti bir gündür. Əməliyyatdan sonrakı dövr ümumiyyətlə rahat keçir. Ağrı minimal olur. Bir həftənin tamamında sarğılar çıxarılır. Bir həftə sonra iş fəaliyyətinə başlamaq  olar. Süd vəzi korsetinin isə 1 ay geyinilməsi vacibdir.

Əməliyyat izləri:
Əməliyyatdan sonra izlərin qalma dərəcəsi məmənin böyüklüyünə, istifadə olunan əməliyyat texnikasına  və xəstənin dərisinin iz buraxma özəlliyinə bağlıdır.

Nəticə:
Süd vəzi kiçiltmə əməliyyatının nəticəsi dərhal görünür . Vaxt keçdikcə cərrahi müdaxilə şişlikləri azalacaq, yara izləri isə daha az bəlli olacaq.

Süd vəzi kiçiltmə və xərçəng:
Aparılan çox saylı tədqiqatlar göstərir ki, süd vəzi kiçiltmə əməliyyatı xərçəng əmələ gətirmir, əksinə əməliyyat zamanı süd vəzi toxumasının miqdarı azaldığı üçün xərçəngin əmələ gəlmə ehtimalı da azalmış olur.

Hamiləlik və süd vermə:
"Süd vəzi kiçiltmə” əməliyyatından sonra hamilə qalmaq və süd vermək olar. Hal hazırda məmə kiçiltmə əməliyyatında istifadə olunan cərrahi texnika sayəsində əməliyyat zamanı süd kanallarının 1/3 saxlanıldığı üçün hamiləlik baş tutarsa süd vermə saxlanılacaq, ancaq südün miqdarı azalacaqdır.

Qeyd: Estetik məmə kiçiltmə əməliyyatı ümumiyyətlə üzgüldürücü və qalıcı nəticə verən bir əməliyyatdır. Qadının və həyat yoldaşının ruh sağlığını düzəldən, onları həyata daha da bağlayan, qadının geyim tərzini rahatladan və ona öz güvənini qaytaran müdaxilədir.

Op. Dr. Günel Bayramlı


Şərhlər:
Baxılıb: 963
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz