Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süd vəzi dikləşdirilməsi
Süd vəzi dikləşdirilməsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 13668
Səs ver:
Süd vəzi dikləşdirilməsi
Qadın bədənini tamamlayan ən vacib element olaraq qəbul edilən məmə, şəklinə, boyüklüyünə, yerləşməsinə görə zaman keçdikcə bir çox dəyişikliklərə məruz qalır.

Dərinin elastikliyi, ağırlıq qüvvəsi, kökəlib-arıqlamaq, hamiləlik və süd vermək məmənin həm şəklinə, həmdə diriliyinə dəyişikliklər yaradır. Həm yaşlandıqca, həm də uşaq sahibi olduqca məmənin içərisindəki məmə toxuması azalır və məmələr incəlməyə başlayır. Bununla əlaqədar məmənin dərisi bollaşır və məmə başı sallanmağa başlayır. Məmə boyutundan narazı olan qadın məmə dikləşdirmə əməlliyyatı ilə daha dolğun və diri məmələrə sahib ola bilərlər. Məmə sallanmasının yanında həcm itkisindən əziyyət çəkən xanımlara isə məmə dikləşdirmə ilə bərabər məmə protezidə qoyulmaqla süd vəzi  istənilən ölçüyə qədər böyüdülə bilər. Məmə dikləşdirmə əməliyyatı məmənin inkişafinın tamamlandığı hər yaşda icra oluna bilər. Ancaq yadda saxlamaq lazımdır ki, hamiləlik və süd vermək məmənin şəklini pozur. Məmə dikləşdirmə əməlliyyatı hamiləlikdən əvvəldə icra oluna bilər. Bu əməlliyyatda süd vəzisinə çox müdaxilə olunmadığı üçün hamilə qalınırsa, süd verməyə əngəl deyil.

Məmə sallaqlığının 3 dərəcəsi var: Birinci dərəcədə, məmə başı məmə altı çuxurun bərabərində və ya  1 sm altında yerləşir. İkinci dərəcə, sallanmada məmə başı məmə altı çuxurun 1-3 sm altına enmiş olur, amma hələdə önə baxır. Üçüncü dərəcə, sallanmada məmə başı 3 sm-dən də altda yerləşir və aşağıya doğru baxır. Bunlardan başqa, yalançı sallanmada var ki, bu zaman məmə dərisinin sallaq və bol olmasına baxmayayaq məmə başı məmə altı çuxur səviyyəsində olur və önə doğru baxır.

Konsultasiya:
Bizimlə ilk konsultasiyanız çox vacibdi. Bu konsultasiya zamanı sizi narahat edən bütün sualları cərrahınıza verin. Yalnız bu şəkildə sizin əməliyyatdan nə gözlədiyinizi düzgün qiymətləndirə bilərik və bu istəklərinizin cərrahi əməliyyatla mümkün olub-olmayacağını sizə deyə bilərik. Bu əməliyyatdan öncə süd vəzi ultrasəs müayinəsi və bəzi ölçümlər aparılır. Bu ölçmələr əməliyyatın sizin bədəninizə özəl olaraq aparılmasına yardım edəcək. Qadının süd vəzilərinin quruluşu, qadının istəkləri və əməliyyatdan nə gözlədiyini nəzərə alaraq bu əməliyyatın texnikası müəyyənləşdirilir. Əməliyyatın məqsədi məmə başını yuxarı qaldırarkən, eyni zamanda da, daha dolğun və diri məmə şəkli yaratmaqdır. Bu məqsədlə aparılan kəsiklər məmənin təbii qıvrımlarında itirilməyə çalışılır. Məmənin sallanma dərəcəsi artdıqca izlərdə çox qalır.

Məlumat:
Bu əməliyyatda klassik 3 növ kəsik var: Birincisi areola ətrafında, ikincisi areolanın altından məmə altı çuxura qədər uzanan şaquli kəsik, üçüncüsü məmə altı oluqda boyunca uzanan kəsik. Məmə sallanmasının dərəcəsi azaldıqca bu kəsiklərində sayı azalmış olur. Çox vaxt məmə altı çuxur boyunca uzanan kəsiyə ehtiyac qalmır. Məmə dikləşdirmə əməliyyatı qadının tam yatdığı ümumi anesteziya altında aparılır. Əməliyyat ortalama 2 saat çəkir. Əməliyyatdan sonra 1 gün klinikada qalacaqsız. Üzərinizdə süd vəzilərini dəstəkləmək məqsədi ilə süd vəzi korsetiniz olacaq. 1 həftənin tamamında sarğılar çıxarılacaq və siz iş həyatınıza geri dönəcəksiniz. Əməliyyatdan sonra ağrı hissini endirmək üçün sizə mütləq ağrıkəsicilər yazılacaq. Əməliyyatdan sonra 2-5 gün süd vəziləriniz həssas olacaq, bu normaldı.

Qeyd: 5 gün sonra çimməyə icazə veriləcək. Amma 1 ay ağır qaldırmaq, idman etmək, dənizə getmək, qaralmaq, türk hamamı və saunaya getmək olmaz.

Op. Dr. Günel Bayramlı


Şərhlər:
Baxılıb: 13668
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz