Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qırışlara qarşı botoks
Qırışlara qarşı botoks
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 726
Səs ver:
Botoks ilə üz gəncləşdirmə
Hər bir insanda yaşlanma ilə bağlı üz dərisində qırışlar yaranır, üz dərisi sallanır, dərinin rəngi dəyişir, dəridə ləkələr və törəmələr əmələ gəlir. Yaşlanmanın səbəbi genetik faktor, yerin cazibə qüvvəsi, aktiv üz hərəkətləri, günəş şüaları və zərərli adətlərdir. Yaşlanmaya bağlı üz dərisində yaranan qırışın əmələ gəlmə səbəbi üz hərəkətlərinə bağlı olduğu zaman o botoksla müalicə edilə bilər. Mimik qırışları azaltmaq və ya yox etmək məqsədi ilə, istifadə olunan ən güvənli və ucuz metod botoksdur.

Əvvəllər oftalmoloqların istifadə etdiyi ən az bilinən dərman olan botoks günümüzdə gənc görünmək uğrunda ən çox tərcih edilən müdaxilədir. İdeal kosmetik müdaxilənin məqsədi xəstədə yan təsir yaratmadan mükəmməl nəticəyə nail olmaqdır. Botoks bu göstəricilərə görə ideal kosmetik prosedurdur.

Botoks proseduru dedikdə Botulinum A toksin inyeksiyası nəzərdə tutulur. Clostridia növü bakteriyaları tərəfindən istehsal olunan ən güclü neyrotoksindir. Bakteriya torpağın altında yaşayır, onu ordan alıb oksigensiz nəm şəraitə qoyduqda o, neyrotoksini istehsal edir. Əzələ içərisinə vurulduqda miorelaksant təsirə malikdir. Miorelaksant təsiri sinir əzələ bağlantısı səviyyəsində presinaptik sinir bloku yaratması ilə əlaqədardır. Toksinin presinaptik sinir uclarına təsirini nəzərə alaraq onu əzələlərə, xüsusilə də əzələlərdə bu sinir uclarının yerləşdiyi yerlərə vurmaq lazımdır. Bu maddə sinirdən əzələyə gələn elektrik axınını blokada edərək, vurulan bölgədəki əzələlərin funksiyasını keçici olaraq azaldır və ya yox edir. Əzələ funksiyasını itirib yığılmadıqca, üzərindəki dəridə yaranan qırışlarıda azaldır və ya yox edir.

Botoks xüsusilə alında yaranan horizontal qırışları, qaş çatma zamanı yaranan vertikal qırışları, göz kənarında yaranan qaz ayağı qırışlarını azaltmaq və ya yox etmək və qaşları qaldırmaq məqsədi ilə istifadə olunur.

Alın nahiyəsində qaşı qaldırdığımız zaman yaranan horizontal qırışları düzləşdirmək üçün istifadə olunur. Alın qırışlarının müalicəsində ən yaxşı vasitə botoksdur, çünki bu qırışların yaranmasının əsas səbəbi dərinin altındakı əzələlərin hərəkətidir. Botoks bu əzələlərin sinirdən impuls almasını əngəlləyərək hərəkətini azaldır. Bu da qırışları ortadan qaldırır.

Qaşı çatmaq hislərimizi ifadə edir, insana gərgin və stresli görkəm verir. Biz qaşı aşağı çəkərək qaş arasında  vertikal qırış yaradırıq və qaşı yuxarı qaldıraraq qaş üstü çuxur əmələ gətiririk. Qaş arası vertikal qırış və qaş üstü çuxur tamamilə "Corrugator” və "Proserus” əzələlərinin hərəkəti nəticəsində olduğu üçün gənc və orta yaşlı pasientlərdə tam müalicə olunur.

Göz çevrəsi dərisi çox incədir və erkən qırışmağa başlayır. Gülərkən alt göz qapaqlarından üst yanağa qədər yelpik şəklində qırışlar uzanır ki, buna qaz ayağı qırışları deyilir. Bu qırışlar gözün dairəvi əzələsinin bayır kənarının yığılması nəticəsində əmələ gəlir. Bu əzələnin bayır kənarına botoks vurmaqla gənc və orta yaşlı pasientlərdə bu qırışı tamamilə itiririk.

Botoks qaşları güvənlə və rahatlıqla 5 mm-ə qədər qaldırır. Qaş qaldırmada botoks ən sıx müraciət edilən vasitədir.

Botoks vurulması bahalıdırmı ?
Botoks vurulması estetik əməliyyat ilə müqayisədə çox ucuzdur.

Botoks nece vurulur?
Otaq şəraitində vurulur. Vurulması 10 dəqiqə çəkir. Vurduqdan sonra ev istirahətinə ehtiyac yoxdur. Xəstəni gündəlik işlərindən uzaq salmır.

Botoks vurulması ağrılıdırmı?
Xəstənin hiss etdiyi iynənin dəriyə keçərkən verdiyi ağrıdır. Ağrını azaltmaq məqsədi ilə son dərəcədə incə iynələr istifadə olunur və vurulmadan öncə yerli anestetik krem çəkilir.

Botoks kimlərə vurulmamalıdır?
Hamilələrə, süd verən analara, botoksa qarşı allergiyası olanlara, iynə vurulacaq yerdə iltihabi olanlara, sinir əzələ ötürücülüyü pozulan xəstələrə.

Botoksun yan təsiri varmı?
Botoks həkim tərəfindən vurulmalıdır, əks təqdirdə həm təsiri tam olmaya bilər, həm də keçici göz qapağı düşüklüyü kimi problemlər ortaya çıxa bilər.

Botoksun təsiri nə qədər davam edir ?
Botoks vurulduğu anda təsir etmir. Təsiri 3 gün sonra başlayır, 2 həftəyə tam oturur. Klinik olaraq botoksun təsiri 3-6 ay arasında gözlə görülməkdədir. Bütün klinik geriləmə 6 ay çəkir. 2 il içərisində sistemli botoks vurduranlarda təsirində uzanma görünür.

Qeyd: İldə iki dəfə botoks vurdurmaqla qırışlarımızın əmələ gəlməsinin qarşısını ala bilərik.

Op. Dr. Günel Bayramlı


Şərhlər:
Baxılıb: 726
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz