Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Burun əməliyyatından sonra özünə qulluq
Burun əməliyyatından sonra özünə qulluq
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 553
Səs ver:
Burun əməliyyatınızdan sonra sağalma müddəti zaman və səbr istəyir. Əməliyyatdan sonra bu prosesdə aktiv olaraq iştirakınız, əməliyyat qədər əhəmiyyət daşıyır.

Aşağıdakı məsləhətlərə riayət edin.
Anlamadığınız mövzuları həkiminizdən soruşmaqdan çəkinməyin.

1.Burnunuzun içində tamponlar olduğuna görə burnunuzdan nəfəs almanız çətinləşə bilər. Bu müddət ərzində ağzınızdan nəfəs almalısınız. Tamponların burnunuzda qalma müddətini həkiminiz müəyyənləşdirəcəkdir.

2. Kifayət qədər maye qəbul etməyiniz çox əhəmiyyətlidir. Qurtum-qurtum içəcəyiniz meyvə suyu, su və yüngül içkilər ağızdan nəfəs almanın nəticəsində yaranan ağız quruluğunu yüngülləşdirməyə kömək edəcəkdir. Yumşaq və asan çeynənə bilən qidalar yeyin. Dodaqlarınızı nəm tutmaq üçün qel və ya dodaq kremlərindən istifadə edin.

3. Sadəcə həkiminiz tərəfindən verilən dərmanlardan istifadə edin. Aspirin və ya tərkibində aspirin olan dərmanlardan və qanın laxtalanmasını yavaşladan dərmanlardan istifadə etməyin.

4. Burnunuzda sarğılar varsa, yatarkən və istirahət edərkən başınızı, altına ən az iki yastıq qoyaraq yüksəkdə tutun. Mümkün olduğu qədər gün boyunca başınızı dik tutmağa çalışın; bu, normal qan dövranını qoruyacaq və əməliyyatdan sonra yaranan şişkinliyin azalmasına kömək edəcəkdir.

5. Burnunuzdan bir az sızıntı olması gözlənilən bir şeydir. Bu çəhrayı / açık qırmızı rengli olacaqdır, lakin qan gəlməyə davam edirsə, telefonla həkiminizə bildirməlisiniz.

6. Əməliyyatdan çıxdığınız zaman, burnunuzun üzərində iki qat plaster və bir gibs atel olacaqdır. Bunlar burnunuza forma vermək qədər burnunuzun qorunması üçün də çox əhəmiyyətlidir. Bu sarğılara toxumnayın və açmayın; onlar bir həftə ərzində həkiminiz tərəfindən açılmalıdır.

7. Burnunuzun altındakı kiçik tampon, lazım gəldiyi zaman dəyişdirilə bilər (və ya heç bir qanaxma yoxdursa çıxarılıb atıla bilər).

8. Burun dəliklərinizi ovalamayın və ya burun silməyə çalışmayın. "Əllərini burnundan uzaq tut” – sizin üçün bir qayda olmalıdır. Burnunuzu heç yerə vurmamağa çalışın. Öndən düymələnən paltarlar geyinin. Boğazlı geyimlərdən uzaq durun.

9. Dişlərinizi diqqətlə fırçalayın və sadəcə yumşaq bir diş fırçasından istifadə edin. Dodaqlarınızı büzməyin və ya üst dodağınızı lazım olduğundan daha yuxarıya doğru qaldırmağa çalışmayın.

10. Əməliyyatdan sonrakı iki həftə ərzində gücənməkdən, əyilməkdən, ağır şeylər qaldırmaqdan (xüsusilə də kiçik uşaqlarınızı), yorucu idman hərəkətlərindən uzaq durun.

11. Əməliyyatdan sonrakı bir ay müddətində günəş işıqlarına məruz qalmaqdan uzaq durun.

12. Burnunuzun ətrafındakı sarğılar çıxarıldığı zaman ətraf toxumalarda bir az şişkinlik və rəng dəyişikliyi hiss edəcəksiniz. Burnunuz şiş və ucu yuxarı dönmüş görünə bilər. Bu vaxt keçdikcə özü-özünə düzələcəkdir.

13. Burnunuzun ucunda və bəzən də üst dodağınızda keyimə hiss edə bilərsiniz. Bu bir neçə həftə ərzində yox olacaqdır.

14. Tamponlar çıxarıldıqdan sonra burnunuzu diqqətlə gündə 2-3 dəfə qulaq təmizləmə çubuğu ilə məişət suyundan istifadə edərək təmizləyə bilərsiniz. Qulaq təmizləmə çubuğunu burun dəliyinizdən yuxarıya doğru salmayın.

15. Tamponlar alındıqdan sonra belə, burnunuz tıxanmış vəziyyətdə olacaqdır. Bu, toxumaların cərrahi müdaxiləyə normal reaksiyasıdır. Bir həftə ərzində burnunuzu boşaltmağa çalışmayın. Asqırmaq, burnunuzu təmizləmək məcburiyyətində qaldığınız zaman hər iki burun dəliyiniz açıq olmaq şərtilə diqqətlə edə bilərsiniz. Burun spreyləri və ya damcılarından istifadə etməyin. Əgər asqırmaq məcburiyyətində qalsanız, ağzı açıq asqırın.

16. Əməliyyat boyunca almış olduğunuz sakitləşdirici və ya anesteziya dərmanlarının istifadəsindən sonra yorğunluq və zəiflik çox tez-tez görülür. Bir və ya bir neçə gün ərzində özünüzü daha güclü hiss edəcəksiniz. Bəzən də yuxusuzluq ola bilər. Bunun qarşısını almaq üçün ilk həftə boyunca sizə yuxu dərmanı da verilə bilər.

17. Əməliyyatdan 12-36 saat sonra görülən depressiya, heç də nadir rastlanan bir hadisə deyil. Burnunuzun əməliyyatdan sonrakı ilk görünüşü sizi yanılda bilər. Səbrli və realist olmalısınız, bunu unutmayın. Eyni zamanda, unutmayın ki, burnunuz cərrahi müdaxiləyə məruz qaldı və zaman keçdikcə düzəlib daha yaxşı olacaqdır. Burnunuzun tamamilə sağalması 6-12 aylıq bir müddətdə tamamlana bilər.

18. Sarğılar alındıqdan sonra normal iş həyatınıza dönə bilərsiniz (bu qayda işinizin növü ilə əlaqədar olaraq dəyişə də bilər). Kiçik yaraların gizlənməsinə kömək etmək üçün makiyajdan istifadə edilə bilər.

19. Əməliyyatdan sonra həkimin çağırdığı müayinələrin hamısına gəldiyinizdən əmin olun. Bunlar, həkiminizin sağalmağınızı və burnunuzdakı dəyişiklikləri müşahidə altında tuta bilməsi və burnunuzun görünüşündəki dəyişiklikləri qiymətləndirmək üçün əməliyyatdan sonra çəkiləcək olan şəkillər üçün lazimlıdır. Əməliyyatdan sonrakı müayinələr əsasən 1 həftə, 1 ay, 3 ay və 6 ay sonraya təyin edilir.

20. Əməliyyatdan sonra məcbur qalmadığınız müddət ərzində iki ay eynəkdən istifadə etməyin. Eynəklər sadəcə gibs atel yerində olduğu zaman taxıla bilər. Bu dövrdən sonra bir hissə bant ilə alnınıza asılmalıdır. Bunu necə etməli olduğunuz haqqında sizə məlumat veriləcəkdir.


Şərhlər:
Baxılıb: 553
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz