Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ucuz və təbii tükçıxarma üsulu
Ucuz və təbii tükçıxarma üsulu
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 2058
Səs ver:
Üz, genital hissə, qol və ayaqların gözəl görünməsi üçün xoşagəlməz tükləri təmizləmək mütləqdir. Müasir dövrdə tükləri təmizləmək üçün bir neçə effektli üsullar təklif olunur. Lakin bəzi proseduralar baha  olduğu üçün hamının cibinə uyğun gəlmir. Bu zaman xanımların çoxu tükləri ülgüclə təmizləməyə üstünlük verir. Lakin bu da  dərinin qıcıqlanmasına səbəb olur. Bundan başqa, tüklər daha tez və cod çıxır. Odur ki, qısa tükləri ülgüclə təmizləmək əlverişli üsul sayılmır.
 
Xoşagəlməz tüklərdən xilas olmağın ən yaxşı üsulu yapışqan mum üsuludur. Yapışqan mum şam ağacı şirəsindən əldə edilir. Tərkibində heç bir kimyəvi vasitə yoxdur. Tükçıxarma vasitələri arasinda ənənəvi, sağlam, təhlükəsiz və ən məsləhətlisi hesab olunur. Hələ qədim zamanlarda, hələ ülgüc mövcud olmayanda qadınlar tükləri məhz bu yolla təmizləyirdilər. Mum üsulu ilə təmizlədikdə tüklər gec və nazik çıxır. Lakin mum üsulunun da özünə görə çətinliyi var. Belə ki, digərlərindən fərqli olaraq bu prosedura ağrılıdır. Ağrının olması üçün mum üsulu ilə bir qədər ehtiyatlı olmaq lazımdır.
 
Bu üsuldan istifadə etməzdən əvvəl dərinin təmiz və quru olmasından əmin olun. Bu prosesin ağrılı olmasını istəmirsinizsə, apteklərdən keyləşdirici sprey, krem və bez ala bilərsiniz. Həmin spreylər ağrı hissini azaldacaq.
 
Tük çıxardan yapışqanı dəri tipinə görə seçin. Dəriyə vurmazdan əvvəl hər iki əlinizin içi ilə bir qədər isidin. Bu, yapışqanın tükləri daha yaxşı çıxartması üçün vacibdir.  İstədiyiniz konsistensiya  əmələ gəldikdən sonra istifadəyə hazır olacaq.
 
Ayaqlar üçün böyük yapışqanlar yapışdırın və əks istiqamətdə çəkin.
 
Cinsi orqanın ətrafı və qoltuq altlarına yapışqanı çox asta şəkildə yapışdırın və tüklərin çıxış istiqamətinin əksinə çəkin. Yapışqanı sürətlə çəkməsəniz, ağrı daha çox hiss olunacaq. Digər tərəfdən, tüklər dəridən qopmayacaq.
 
Üz dərisi də həssas olduğundan ehtiyatlı davranmaq tələb olunur. Ümumiyyətlə, bu işin sirri ondadır ki, dərinin zərər görməməsi üçün yapışqanı ehmalca yapışdırıb kəskin şəkildə də çəkməlisiniz.
 
Dəridə qalan yapışqanları zeytun yağına batırılmış pambıqla silə bilərsiniz. Lakin bunu tükləri tamamilə təmizlədikdən sonra etməlisiniz. Əks halda, yapışqan yağlı dəriyə yapışmayacaq.


Şərhlər: 12
Baxılıb: 2058
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Tuk cixarmaya ehtiyacim yoxdur. Tuksuz xanimam.
12 avqust 2015 21:43
# 12
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
Yapışqan mum haqda məlumatım var. Amma ağrılı olur bildiyimə görə. Ən yaxşı üsul tüktökən kremlərdir.

...666...
12 avqust 2015 01:44
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
VIP
Biraz cətin olar.Hardan tapasan şam agacı şirəsin
12 avqust 2015 00:49
# 10
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Dosta_inam
Asan ve sade usuldur dozub emel eden olsa.
11 avqust 2015 21:34
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
meni_gozle
arzuolunmaz tuklerden xilas olmaq mumkundur xanimlarin eziyyet cekdiyi tuklerdi
11 avqust 2015 19:03
# 8
Narın Yağış
Epilyasiya hər şeyə çarədir məncə ağrısızdı həmdə 08
11 avqust 2015 17:08
# 7
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Turkan Abbasova
Sitat: aLoNe AnGeL
of qadinlar eziyyet cekirde her seyde 13

Hec deme bacim. Tam raziyam
11 avqust 2015 15:43
# 6
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Ayten666
Qurban olum jilete:))
11 avqust 2015 15:32
# 5
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Fialka
Asan və faydalı üsuldur sadəcə bəziləri ağrıya dözə bilmir necə deyərlər gözəllik qurban tələb edir ))
11 avqust 2015 14:14
# 4
vipbetul
ne uzun oldu
11 avqust 2015 13:58
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Agrili prosese oxwayir
11 avqust 2015 13:56
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
aLoNe AnGeL
of qadinlar eziyyet cekirde her seyde 13
11 avqust 2015 13:27
# 1
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz