Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayaqlarda olan qabarların müalicəsi
Ayaqlarda olan qabarların müalicəsi
Göndərən: aliceWOnDer
Şərhlər: 15
Baxılıb: 974
Səs ver:
Ayaqlarda qabarların əmələ gəlməsi çox yayılmış problemdir. Sağlamlıq üçün bu hal təhlükə yaratmasa da insana ciddi fiziki və mənəvi diskomfort verir.
Qabarlar ayaq dərisinin uzun müddət ərzində sürtünməsi və ya sıxılması nəticəsində əmələ gəlir. Bu faktiki olaraq dərinin bu faktorlara qarşı olan müdafiə reaksiyasıdır.
Düzgün seçilməmiş, cod ayaqqabı, keyfiyyətsiz corablar, dərinin həddən artıq tərlənməsi ayaqlarda qabarların əmələ gəlməsinə təkan verir.
Qabarlar quru və ya sulu ola bilər. Quru qabarların səbəbi insanda artıq çəkinin olması və ya hündürdaban ayaqqablarının müntəzəm geyinilməsidir. Bu insanlarda pəncəyə olan təzyiq artır və nəticədə bu yerdə dəri çox qalınlaşır. Quru qabarın kökü (özəyi) olur, xarici görünüşə görə quru qabar qıfı xatırladır.
Sulu qabarlarla, demək olar, bütün insanlar üzləşir. Adətən bunun səbəbi təzə ayaqqabı olur. Sürtünmə nəticəsində dəri qızarır və şişir, daha sonra burada şəffaf maye və ya bəzən qanla dolu olan suluq əmələ gəlir.
Sulu qabarları quru qabarlarla müqayisədə müalicə etmək daha asandır. Sulu qabarları müalicə etmək üçün ilk növbədə qabarın əmələ gəlməsinə səbəb olan ayaqqabını (və ya corabı) digəri ilə əvəz edin. Sulu qabarı deşmək olmaz - bu yaraya infeksiyanın düşməsinə səbəb ola bilər. Həm qabar, həm də ətrafda olan dəri gün ərzində bir neçə dəfə spirt, furasilin məhlulu və ya hidrogen peroksidi ilə işlənməlidir. Qabara plastır yapışdırmayın - bu sağalma prosesini ləngidir. Əgər suluğun tərkibində olan maye irinli olub, qabarın ətrafında olan dəri qızarıb, şişib və s., həkimə müraciət edin.
Adətən 1-2 gündən sonra suluq özü özündən deşilir. Bu yerdə olan dəriyə gün ərzində bir neçə dəfə salisil məlhəmi çəkin - bu yaraya infeksiyanın düşməsinin qarşısını alır.
Dediyimiz kimi, quru qabarları (xüsusilə onlar köhnə olduqda) müalicə etmək daha çətindir. Hal hazırda apteklərdə qabarları xaric etmək üçün çoxlu sayda müxtəlif vasitələr satılır. Onlar qalınlaşmış dərini yumşaldır və bu dəri sonra mexaniki olaraq xaric olunur. Ən sadə və ucuz vasitə - salisil məlhəmidir.
Məlhəmi çəkdikdən əvvəl ayaq dərisini buxara vermək lazımdır. Bunun üçün vannaya qaynar su tökün, bir qədər soda və duş üçün gel əlavə edin və ayağınızı bu suda 10-15 dəqiqə ərzində saxlayın. Daha sonra dərini qurulayın, qabarın üzərinə salisil məlhəmi çəkin, bir qədər gözləyin və sonra üzərinə plastır yapışdırıb 12 saat saxlayın. Daha sonra plastırı çıxardın və yumşalmış dərini pemza (daban daşı) ilə təmizləyin. Bu proseduru bir neçə dəfə etmək lazımdır.
Xüsusi qabar plastırı olan "Salipod" da çox ucuz və effektli vasitədir. Dərini buxara verdikdən sonra qurulayın və qabar yerinə plastır yapışdırıb 1-2 gün saxlayın. Daha sonra plastır çıxarılır və yumşalmış dəri xaric olunur.
Kosmetoloji klinikalarda köhnə qabarları tez və ağrısız xaric etmək mükündür. Bunun üçün lazer, maye azot istifadə olunur.
Xalq təbabətində quru qabarlarla bu kimi üsullarla mübarizə aparırlar:
- 1 diş sarısaq (və ya 1 tikə soğan) çox xırda doğranılır və buxara verilmiş qabarın üzərinə qoyulur. Üzərinə tənzif salfeti qoyun və bintlə bərkidin. Sarımsağı ayaqda axşamdan səhərə kimi saxlamaq lazımdır. Sonra isə ayağı yuyun və yumşalmış dərini xaric edin.
- Limon qabığı. (İstifadəsi yuxarıda olduğu kimidir.)
- Kəsilmiş aloe yarpağı. (İstifadəsi yuxarıda olduğu kimidir.)
- Pomidor dilimi. (İstifadəsi yuxarıda olduğu kimidir.)
- Dəmrovotu şirəsi də yaxşı effekt verir.


Şərhlər: 15
Baxılıb: 974
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tomris Müslümova
Dar ayaqqabılardan yaranır adətən ama məndə yoxdu faydalıdır təşəkkürlər))
27 iyun 2015 20:51
# 15
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Catwoman666
en cox yasi daha boyuk olan xanimlarda bu problemlere rast gelmek olar. mende ise bele problemler yoxdur
26 iyun 2015 23:15
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
bele problemimm yoxdu
maraqlıdı ama
26 iyun 2015 19:11
# 13
Don't trust anyone ∆
teri meri
maraqlıdı və faydalıdı təşəkkür
26 iyun 2015 18:43
# 12
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Leylican
limon qabigi ve pomidor dilimini bilirdim digerlerini yox
maraqli xeberdir twk)
26 iyun 2015 17:28
# 11
SEBR....
Nergizz
maraqlidi twkkur,tez tez olur ayagimda qabar tezde kecr ama,,
26 iyun 2015 17:16
# 10
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
aziz a
Tesekkur.olub mende de..
26 iyun 2015 17:13
# 9
Qelbim doludu !!!!
aliceWOnDer
Bele problem olmayib mende..
26 iyun 2015 16:12
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
derim qabar olmur

derim qabar olmur
26 iyun 2015 16:02
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
cinqosh
Heç ayaqlarıma qulluq etdiyim yadima gelmir. Çünki etməmişəm. Ehtiyac yoxdu.tşk
26 iyun 2015 15:30
# 6
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
ayka95
mende bele problem yoxdu
26 iyun 2015 14:59
# 5
Fialka
Faydalı məsləhətlərdi, çoxu yöntəmlərdə tanış gəldi vaxtı ilə istifadə etmişəm. Şükür indi yaranmır bu cür problem , təşəkkürlər.
26 iyun 2015 14:29
# 4
sadecə mən
Məndə olmur.Mən həmişə rahat ayaqqabılardan istifadə edirəm.tsklər.
26 iyun 2015 13:55
# 3
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
qanadli melek
Bele problemim olmur.ayaqlarima quluq edirem
26 iyun 2015 13:45
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Bezen mendede olur ayaqqabidan . Bu yazilannardan istifade edecem
26 iyun 2015 13:11
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz