Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bədəndəki çatların əsas səbəbi və müalicəsi
Bədəndəki çatların əsas səbəbi və müalicəsi
Göndərən: aliceWOnDer
Şərhlər: 24
Baxılıb: 2389
Səs ver:
Dəri insan orqanizminin güclü, dəyişkən və ən həssas orqanıdır. Odur ki, onu həm havanın istisindən, həm soyuğundan, bir sözlə ətraf mühitin hər cür mənfi təsirindən qorumaq lazımdır. Bunun üçün də dəriyə mütəmadi qulluq edilməlidir. Müxtəlif dəri xəstəliklərini nəzərə almasaq, dəriyə düzgün qulluq edilmədikdə gözəlliyini, əvvəlki təravətini itirir. Adətən, özü-özünü yeniləməyə meylli olan insan dərisi bəzən elə təsirlərlə üz-üzə qalır ki, özünübərpa sistemi pozulur. Bu zaman dəridə bir sıra ciddi fəsadlar, çatlar, cırıqlar, məsamələr və s. əmələ gəlir.
 
Bəzən isə sadəcə, dəriyə qulluq kifayət eləmir. Orqanizmin sağlamlığını kompleks şəkildə düşünmək lazım gəlir. Məsələn, bədəndəki çatların əsas səbəbkarı hormonlar olur.
 
Dəri məsamələri necə və niyə yaranır?
 
Dəridə çatların yaranmasının ən mühüm səbəbi dəridəki elastin liflərin ziyan görməsidir. Məsələn, bir yara kollagen zülallarının yenilənməsi sayəsində daha tez yaxşılaşır, nəinki zədələnən elastin liflərin bərpa olunması. Bu liflərdə qüsur dərinin görüntüsünü pozur.
 
Dermatoloq Şərafəddin Saraçoğlunun fikrincə, dəridəki çatların səbəbini anlamaq üçün əvvəlcə dərinin quruluşunu, sonra orqanizmin necə işlədiyini müəyyənləşdirmək lazımdır. O, "Normal dəri 80 faiz kollagen və 4 faiz elastin liflərdən ibarətdir. Dəri formasında olan elastin dəriyə elastiklik verən və dartılmasını təmin edən zülaldır. Elastin lifləri ziyan görəndə dəri çatları yaranır.
 
Dəri çatlarını müalicə etməyin ən yaxşı yolu onlara ilk mərhələdə mane olmaqdır. Bu məqamda qatranaoxşar və alfa-hidroksil turşu ehtiva edən lokal kremlər istifadə etmək məsləhət görülür. Steroid kremlər çatları minimum səviyyədə saxlamaq üçün tətbiq olunur. Steroid kremlərin mənfi təsirini tarazlaşdırmaq üçünsə, alfa-hidroksil turşular və retinoidler istifadə edilməlidir" – deyib.
 
Bu vəziyyət həm də hamiləliklə əlaqələndirilir. Dəri hamiləlik dövründə orqanizmə uyğunlaşmaq üçün genişlənir. Lakin çatların əsas səbəbi hormonlardır. Yetkinlik dövründəki inkişaf zamanı və hamiləlikdə orqanizm inkişaf etdikcə dəri də genişlənir. Eyni zamanda, hormonlarda və dəri metabolizmində də dəyişikliklər müşahidə edilir.
 
Dəri çatlarını aradan qaldırmaq üçün müxtəlif lazer müalicələri təklif olunur. Amma heç bir müalicə, dəri çatlarını tamamilə aradan qaldırıb əvvəlki, normal dəri görünüşünə gətirmir. Sadəcə, dəri çatları və problem azalır.

Dəri çatlarından qorunmaq üçün nə etmək lazımdır?
 
Dərinizdə çatlar görmək istəmirsinizsə qıç, qarın, sinə və belinizin arxasına bir sıra kremlər, losyonlar, yağlar çəkin. Masajlar da qan dövranını sürətləndirdiyi üçün çatların meydana gəlməsimə mane ola bilər. Bol su için və sağlam qidalanın. A, E və C vitaminləri ehtiva edən qidalara menyunuzda çox yer ayırın. İdman edin.
 
Xüsusilə hamiləlik zamanı və kökəlmə dövründə alfa-hidroksil turşulu lokal kremlər tətbiq etmək dəri üçün çox faydalıdır. Bu lokal tədbirlər bədən çatlarının dayanmasına yardım edə bilər.
 
Dəri çatları müalicə edilirmi?
 
Dəri çatlarını tamamilə yox etmək üçün hər hansı müalicə üsulu yoxdur. Ancaq başlanğıc mərhələsində tətbiq olunacaq bəzi kremlər və ya lazer, karboksiterapi müalicə üsulları ilə çatların inkişaf prosesini ləngitmək olar. Bu yolla çatlar hətta gözlə görünməyəcək qədər bağlana bilər. Lazer ilə tətbiq olunan müalicədən sonra çatların rəngi 80 faiz açılır.
 
Ancaq dəri çatları çoxdan yaranıb və ağ rəngdədirsə, onun bədəndə qoyduğu dərin izi tamamilə yox edəcək hər hansı müalicə üsulu yoxdur.


Şərhlər: 24
Baxılıb: 2389
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
fatime123
Mendede coxdu ayagimda belimde sinemde(((
27 aprel 2015 20:48
# 24
aliceWOnDer
Bunula bağlı problemim var...Arıqladım qollarımda və bel nahiyəmdə oldu., təbii ki, bunun qarşısın almışam , amma bir az var...Belə xəbərə görə özümə təşəkkür edirəm..))))))
25 aprel 2015 21:41
# 23
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Dosta_inam
şükür ele bir problemim yoxdur.
25 aprel 2015 10:15
# 22
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Antikvar
Boş şeylerdi bu təbii mənim üçün elədi)Esasən hamiləlikdə birdə kök olub arıqlayandam sonra olur belə problemlər.Hamiləlikdən sonra qalanda bir müddət keçəndən sonra nisbətən azalır.
25 aprel 2015 02:45
# 21
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
GULTEKIN MEMMEDOVA
Mende var hamilelikde dusdu. Cox pis gorunur
25 aprel 2015 00:30
# 20
111222
Tomris Müslümova
bu seye gore narahatligim olub hemise tesekkur

bu seye gore narahatligim olub hemise tesekkur
24 aprel 2015 21:36
# 19
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Luna-90
Menim derim cox pisdi 1leke dusse qalir elastik deyil.catlarimda coxdu aradan goturmek fikrimde yoxdu cunki birde hamile qalmagi planlasdiririq .esas usagim olsun kimdi menim catlarimi goren yoldasimdan basqa onada qebuldusa narahatciliga sebeb yoxdu.

Onceden tedbirimi gormusdum hekimimle danisdimki 7ayinda idim dedim azaz catlar yaranir neyniyim dedi badam zeytun yagi cek .cekdim yene catladi ve dahada artdi .hekim dedi esas ovladin sag olsun bunu fikirlesme.
24 aprel 2015 21:11
# 18
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
WiRiN BaLaM
mendede var qicimda qarnimda belimde hamilelik zamani oldu kokelmeden,,hec sevmiremde catlari eseblesirem gordukce ama ne fayda daha gecdi
24 aprel 2015 17:54
# 17
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
rəmsə
Məndə də doğuşdan sonra qalıb,varsın olsundaa nolacaqki,dənizə getmirəm bir şey deyil...Ondan ötrü lazer müalicəsinə girə bilmərəm,ama hamilələrə məsləhətim öncədən tədbir görsələr yaxşı olar01
24 aprel 2015 16:39
# 16
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Catwoman666
Derimde catlar yoxdur tam qaydasindadir
24 aprel 2015 16:16
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
Miss_Oxatan
hamilelikde ve hamilelikden sonra ve bir de cox kilolu olub ariqlayanda yaranir bu prablem.mence bu zaman mutexessise muraciet edilmelidir.
24 aprel 2015 16:15
# 14
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
hele ele problemim yoxdu sukur
24 aprel 2015 15:45
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
talis balasi
Mende olub qiclarimda bilirem ki hamilelikdede olacaq (((kerek onceden tedbirimi tutum
24 aprel 2015 15:39
# 12
qanadli melek
Kokelib ariqlamaqdan mendede emele gelib bu catlardan
24 aprel 2015 15:08
# 11
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Nur k-off
bu esasen qadinlarin problemleridir
24 aprel 2015 14:54
# 10
SVETA
tek umidim sen
Mende de var((( ayaqlarimda
24 aprel 2015 14:51
# 9
Kadın derin ama adam yüzme bilmiyor...
Fialka
Daha çox hamilə olan qadınlarda dəri dartılmaları olur ki, buda dərini deformasiyaya uğradır yaxşı olar ki, qeyd olunduğu kimi müxtəlif krem və yağlardan istifadə olunsun.
24 aprel 2015 14:48
# 8
KRALİCEM
Hamilelikden mendede qallmisdi amma vaxt kecdikce gedur
24 aprel 2015 14:46
# 7
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Bu problem dogusdan sonra ve evvel cox cekisi olub sonra ariqlayan xanimlarda yaranir mualiceside uzun cekir
24 aprel 2015 14:26
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
Şükür hələlik belə problemim
24 aprel 2015 14:05
# 5
İçimi görsən mənə aptek alarsan.
emis
Şükür belə parablem yoxdu məndə. Bu hal ən çox qadınlarda doğuşdan sonra birdə əti çox yumşaq və çox bərk olan insanlarda kokelen zaman olur . Bizde öz aramızda buna dəri cirilmasi deyilir ki bunun qarşını almaq üçün müxtəlif cür kremlərdən istifadə etmək olar. Nə vaxtsa lazım olacaq hamıya xəbər üçün təşəkkürlər.
24 aprel 2015 13:54
# 4
Meleknur
Catlar tek hamilelikden deyil deri geniwlenende de olur mende omba hissesinde biraz var derim geniwlenende olub
24 aprel 2015 13:29
# 3
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
aziz a
Mende qalmayib neiseki....
24 aprel 2015 13:21
# 2
Qelbim doludu !!!!
guler19
Bədəndəki çatlarını aradan qaldırmaq üçün müxtəlif lazer müalicələri təklif olunur. Amma heç bir müalicə, dəri çatlarını tamamilə aradan qaldırıb əvvəlki, normal dəri görünüşünə gətirmir. Sadəcə, dəri çatları və problem azalır.
24 aprel 2015 13:17
# 1
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz