Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Estetik əməliyyatların görünməyən tərəfləri
Estetik əməliyyatların görünməyən tərəfləri
Şərhlər: 13
Baxılıb: 1175
Səs ver:
Martın 18-də Azərbaycanda burun əməliyyatı zamanı ölüm hadisəsi baş verib

Hadisənin yaşandığı özəl klinikanın - "StarMed”in fəaliyyəti dayandırılıb. Hekayəyə diqqət: Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı burnundan əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Həmin faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib, əməliyyatı aparan həkim və klinikanın digər həkimləri iş üzrə dindiriliblər. Və bu, Azərbaycanda ilk belə hadisə deyil. Ölkəmizdə uğursuz, eləcə də ölümlə nəticələnən plastik cərrahiyyə əməliyyatları dəfələrlə baş verib və bunun səbəbləri hər zaman müzakirə mövzusu olub.  Yadınızdadırsa, müğənni Reyhan Müslümova artıq çəkidən azad olmaq istəyərkən dünyasını dəyişmişdi. Mərhum müğənni şəkər xəstəsi olduğu üçün əksər həkimlər bu əməliyyatdan imtina etmişdilər. Amma əməliyyata razı olan cərrah 2002-ci ildə mart ayında Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirməyə çalışmış və nəticədə sənətçinin şəkəri yüksələrək komaya düşmüş, həyatını itirmişdi. Cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılmışdı.  İngiltərənin 34 yaşlı modeli Alisiya Douvall 71 dəfə plastik əməliyyata girib və 1 milyon funt-sterlinq xərcləyib. O, anesteziya olmadan 260 dəfə botoks etdirib. Lakin istədiyi nəticəni hələ də əldə edə bilməyib. Model xanım bu qədər əməliyyatdan sonra özünü gözəl hesab etmədiyini deyib. Model onu dayandırmadığına görə həkimləri günahlandırıb. Araşdırmalar müəyyən edir ki, ümumiyyətlə, ölüm riski bütün əməliyyatlar üçün keçərlidir. Amma bu risk estetik əməliyyatlarda da özünü göstərir. Burun, döş və üz gərdirmə kimi əməliyyatlar zamanı əgər xəstədə hər hansı sistematik bir problem yoxdursa, ölüm riski 10 min nəfərdən birində və ya ikisində özünü göstərə bilər. Amma liposaksiya, yəni yağ aldırma əməliyyatlarında bu faiz mində bir, ya da mində iki ola bilər. Liposaksiya əməliyyatlarında yağ parçacıqlarının damarları tıxaması nəticəsində yağ emboliyası baş verə bilər ki, bu da ölüm səbəbidir.  Xəstənin qan, ürək, diabet, revmatizma və damar kimi xəstəlikləri və ya uşaqlıqdan gələn bir anormallığı ola bilər ki, bu da ölüm səbəbidir. Bu problem əməliyyata qədər ortaya çıxmamış və əməliyyat onu tətikləmiş ola bilər. Xəstəni əməliyyata alanda bunları yaxşı təhlil etmək lazımdır.  Estetik cərrahlar bir qayda olaraq qeyd edirlər ki, plastik əməliyyat heç də cərrahi bıçaqla həyata keçirilən bir makiyaj deyil, ona ciddi yanaşmaq lazımdır. Bundan başqa, yağ aldırma əməliyyatını da xəfifə almaq olmaz. Çünki bu zaman insanın bədənindən 3 litrdən artıq yağın çıxarılmasından söhbət gedir. Bu isə həcm etibarilə bir insanın qolu qədərdir. Bu tip əməliyyatlarda estetik cərrahla anestezioloqun məsuliyyət payı eyni qədərdir. Emboliya təhlükəsinin yüksək olduğu əməliyyat yağ aldırmadır. Bunun qarşısını almaq üçün öncə ideal xəstəni tapmaq lazımdır. Hazırda insanlar liposaksiyanı bir çəki vermə vasitəsi kimi görür, həkimlər də artıq yağı alırlar. Bir dəfədəkindən artıq yağ alınanda emboliya, qanama, təzyiq düşməsi, ölüm riski özünü göstərir.  Estetik cərrahların gəldiyi nəticə isə budur ki, arzuedilməz nəticələrin yaşanmaması üçün düzgün həkim, düzgün xəstə və doğru diaqnoz çox önəmlidir. Bunlara diqqət edilərsə, heç bir neqativ nəticədən söhbət gedə bilməz. Əsas şərt xəstənin həkim nəzarətində olmasındadır. Məsələn, bəzi həkimlər xəstələrinə "günorta liposaksiya etdirin, axşam işinizə gedin” kimi məsləhətlər verirlər. Halbuki bu, şişirdilmiş və qeyri-ciddi yanaşmalardır. Burada həkim qədər xəstənin də günah payı böyükdür. Çünki insan öz həyatı ilə qumar oynanılmasına icazə verməməlidir.  Plastik əməliyyat keçirəcək şəxslərə aşağıdakı məsləhətlər verilə bilər: - Xəstə həm gözləntiləri, həm də əvvəldən keçirdiyi xəstəliklərlə bağlı açıq olmalıdır;
- İstifadə etdiyi bütün dərmanlar barədə həkiminə tam məlumat verməlidir; - Aspirin kimi qan durulducu dərmanlar əməliyyatdan bir həftə öncə kəsilməlidir;
- Əməliyyatı həyata keçirəcək həkim yaxşı araşdırılmalı və seçici olmalıdır; - Xəstəyə böyük vədlər verən həkimlərlə bağlı ciddi araşdırma aparılmalıdır; - Anestezioloqun da cərrah qədər önəmli olduğu yaddan çıxarılmamalı və xəstə əməliyyatdan öncə anestezioloqla mütləq görüşməlidir.


Şərhlər: 13
Baxılıb: 1175
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
GünƏşimƏ_AiD_
Allah her sheyi bize uygun yaradir bele sheyleri hec sevmirem.
29 may 2015 17:06
# 13
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Antikvar
Alisiya Douvall -bu xanımın etdirdiyi plastik cərahın sayını oxuduqda dəhşatamiz hala gəldim.Hər etdirdiyin əməliyyatın sonu uğursuzdu bir daha risk edib etdirən insanı mən ağılsız hesab edirəm.
Eməliyyata o halda girmək olarki,həqiqətən həayı baxımından onun üçün önəmlidi,yoxsa Allahın verdiyi gözəlliyi özün istədiyin şəkildə dəyişdirmək günah sayılır.Ölənlərədə Allah rəhmət eləsin həkimlərin savadsızlığı ucbatından həyatından olanlarda az deyil...tşk..
29 may 2015 15:39
# 12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
guler19
ALLAH rəhmət eləsin. Cəmiyyətdə estetik əməliyyatlar ümumiyyətlə ya insanların diqqətini çəkmək, daha gözəl görünmək, yaxud da müalicə məqsədi ilə edilir. Diqqəti cəlb etmək, daha gözəl görünmək üçün yaradılışdan gələn xüsusiyyətlərin dəyişdirilməsi dinimizə görə, günahdır qınamılası bir haldır. Yalnız müalicə üçün estetik əməliyyatlara müraciət etmək yaxşı olar.
29 may 2015 15:28
# 11
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
vipbetul
esas anestezioloqdur bir emeliyyatda hekim qeder

esas anestezioloqdur bir emeliyyatda hekim qeder
29 may 2015 14:50
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
men burun emeliyyati etmek isteyerem amma cox da ehtiyacim yoxdu Bir de bu on demek deyilki her emeliyyat olunan ele olmelidir yeni bu qeder qorxmaga deymez)
29 may 2015 14:33
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
lelos
Allah rehmet etsin her bir hekim mesuliyyet daşimalidi
29 may 2015 14:16
# 8
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
teri meri
Allah rəhmət etsin.Allah belə lazım görüb bizi belə yaradıb.Biz niyə özümüzü dəyişdirməyə çalışırıq.Amma əməliyyat etdirənlərə də pis baxmıram.Mən isə heç vaxt əməliyyat etdirmərəm.Çünki çox qorxuram
29 may 2015 13:52
# 7
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Fialka
Estetik əməliyyat o halda məqbul sayıla bilər ki, sağlamlıqla bağlı hər hansısa bir problem aradan götürülsün yoxsa vəziyyəti normal olan və zövq xatirinə estetik əməliyyat etdirmək düzgün deyil. Tək estetik əməliyyat sahəsində deyil bir çox işinin peşəkarı olmayan həkimlər var hansı ki, savadsızlığı nəticəsində insan həyatıyla oynayırlar. Az deyil adı həkim olan savadsız kəslər tərəfindən dünyasını dəyişənlər. Allah ölənlərə rəhmət eləsin və bizi lazım olanda işini bilən həkimlə qarşılaşdırsın amin.
29 may 2015 13:49
# 6
Nur k-off
oyyy bu alicia ne gundedir
29 may 2015 13:43
# 5
SVETA
BARBI
Men estetik emeliyatlara pis baxiram niye allahin verdikleriyle qane olmayib basqa yollara el atirlar.
29 may 2015 13:34
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
ilk once ALLAH rehmet elesin.bu hekim mesuliyyetsiliyi isinini qeyri-pesekarligindan ireli gelir.ve yaranan hadise bununle birbasa baglidi...emeliyyata ise "hecde pis baxmiram" bir xanim baximli olmaqdanda elave ozune inamli olmalidi.tebiiki allahin verdiyi ile de qenayetlenmeliyik.ama her sey qaydasinda olsun ama burnunun fil burnu kimi yeke olsun mence burda estetike muraciet etmek cox normaldir! teessufki gunumuzde ozunu 'gozellesdirmek' ucun bicaq altina uzanan ve emeliyyatdan sonra insan veziyyetinden cixmis ve oz dilleri ile desek 'gozellesmis " ve "cazibedarlasmis" xanimlarda var olara ehtiyac olmuya-olmuya edirler elbettde ki bu bir menali olaraq qebul edilmezdi!
neyse movzudan kenar olsada qeyd etdim bunlari.her seyde diqqetli olmaq lazimdi eger sobetde senin heyatindan gedirse burda artiq diqqetle yanasi mesulliyet de onemli faktordu!
tesekkurler insanlari azda olsa ayiltdiginiz ucu,sirkeliyib ozlerine azda olsa getirdiyiniz ucun :)
29 may 2015 13:31
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Marta
Pis baxiram bu nov əməliyyata.Azginliq kimi qebul edirem Allah nece məsləhət bilib ele de yaradib sen ne karesenki Allahin yaratdigini beyenmiyesen!
29 may 2015 13:12
# 2
Немного терпения, и у тебя все получится..
cinqosh
Təəssüf ki, məsuliyyətsiz həkimlərimiz heç də az deyil.böyük-kiçik bütün əməliyatlar təhlükəlidi.adi götürək diş çədirməyi.o da bir əməliyyatdı.diş çəkdirməzdən öncə immunitet xəstəliyi olan insanlar antibiotik vurdurmalıdı. başqa, ürək yoxlanmalı, qan analizi verilməli, təzyiq və şəkər xəstəliyi zamanı əvvəlcədən tədbirlər alınmalıdı və.s. Kimdi bunlara fikir verən?! dişin ağrıyırsa həkim zıplıyır iynəni, alır kəlbətini əlinə dart ki dartasan! diş stolunda ölənlər estetik əməliyyatlar zamanı ölənlərdən heç də az deyil...
Təşəkkürlər, çox faydalı xəbərdi.
29 may 2015 13:07
# 1
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz