Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Burun Plastikası – Rinoplastika
Burun Plastikası – Rinoplastika
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1333
Səs ver:
Burnun müasir estetik əməliyyatları kimlər üçün münasibdir?
Burnunun quruluşunda problem olan, burnunun özünə yaraşmadığını düşünən, burundaxili funksiyalarda çatışmazlıq hiss edən, qısaca burnundan narazı olan insanlarda burnun estetik əməliyyatı aparıla bilər. Dərin psixoloji problemləri olan xəstələri bura aid etmək olmaz.

Burnun müasir estetik əməliyyatları üçün yaş məhdudiyyəti varmı?
Bəli var. Rinoplastika yetkinlik yaşına çatdıqdan sonra tətbiq olunmalıdır. Burnun fiziki inkişafının tamamlanmasını və xəstənin psixoloji cəhətdən müəyyən qədər yetkinləşməsini gözləmək məqsədəuyğundur. Əgər burnun daxilində və ya xaricində böyük bir problem varsa qızlarda ən tez 15-16, oğlanlarda isə 17-18 yaşdan etibarən əməliyyat aparıla bilər.
 
Burnun müasir estetik əməliyyatları hansı fəsildə aparılmalıdır?
Bütün fəsillər rinoplastika üçün münasibdir. Hansı fəsildə aparılmasından asılı olmayaraq əməliyyatdan sonrakı 4-6 həftə ərzində günəşdən qorunmaq lazımdır. Sağalma dövründə günəş şüaları burun dərisində rəng fərqləri yarada bilər. Bunun xaricində heç bir problem yoxdur.

Anesteziyanın hansı növü tətbiq olunur?

Həm ümumi həm də yerli (sedasiya ilə birgə) anesteziya tətbiq oluna bilər. Ancaq əməliyyatın ümumi anesteziyanın altında aparılmasını daha məqsədə uyğun hesab edirəm.

Burnun müasir estetik əməliyyatları?
Əməliyyat müddəti burundakı problemin dərəcəsinə, təftişin aparılıb-aparılmamasına və əməliyyatın texnikasına bağlı olaraq dəyişə bilsə də orta hesabla 2-3 saat davam edir. Burnun formasını xəstənin ömrünün sonuna qədər qoruyub saxlaması üçün daxildən xaricə, yuxarıdan aşağıya burnun bütün dayaq mexanizmləri  və bağları bir-bir  yenidən qurulmalıdır. Rinoplastika əvəzinə  "rekonstruktiv rinoplastika” ifadəsinin istifadə edilməsi görülən işi daha yaxşı izah edir. Məncə bəsit, asan, minimal olaraq qiymətləndirilməsi mümkün olan rinoplastika əməliyyatı yoxdur.  Hər bir əməliyyat ayrıca qiymətləndirilməlidir. Diqqətli, həssas, təmkinli və tələbkar  iş əməliyyatın müvəffəqiyyətli olmasında həlledici rol oynayır.

Müasir estetik əməliyyata uyğun burnun müəyyən edilməsi
Burnun daxilinə tampon tətbiq edilməsinin ciddi əks-göstərişləri olduğu üçün qoyulmamalıdır. Burnun xaricinin təsbit edilməsi üçün plastırlar və termosplint plastik gipslər, burnun daxilinin təsbit edilməsi üçün isə 1 mm qalınlığında silikon lövhələr istifadə oluna bilər. Bütün plastırlar, termsplint gipslər, silikon lövhələr və tikişlər birinci həftədə götürülür.

Ödəm, şişkinliklər və qançırlar
Əməliyyatdan dərhal sonra müəyyən qədər qançır və şişkinlik hər xəstədə olur. Bunlar bəzi xəstələrdə minimal dərəcədə, bəzi xəstələrdə isə orta dərəcədə olur. Hər dərinin cərrahi travmaya verdiyi reaksiya fərqli ola bilər. Bununla yanaşı diqqətli, həssas işləməklə, əməliyyat əsnasında verilən müxtəlif dərmanlarla və əməliyyatdan sonra təyin olunan məlhəmlərlə və ilk 24 saatda soyuq və buz tətbiq etməklə şişkinliklərin və qançırın azalmasına nail olunur.

Sağalma

Xəstə əməliyyatdan 7-10 gün sonra işə başlaya bilər. Burnun daxilindəki və xaricindəki ödemlərin 80%-i birinci ayda tamamilə çəkilir. Burnun son vəziyyətini alması isə 1 il davam edir.
 
Əməliyyatın  qiyməti
Estetik burun əməliyyatları fərqli əməliyyat texnikası,alətlər və materiallar istifadə olunaraq həyata keçirilən bir əməliyyatdır.Burundakı problemin ölçüsü,daha öncə keçirilən burun əməliyyatı,qulaq və qabırğadan qığırdaq parçası almağın gərəkli olub olmaması,burun balıqqulağının böyüməsi,sinusit kimi eyni əməliyyat sırasında müdaxilə edilməsi lazım ola bilən problemlərin olub olmaması da əməliyyat xərcinə təsir gostərir.
Estetik burun əməliyyatı digər estetik əməliyyatlar kimi sığortanın qarşılamadığı bir əməliyyatdır.Bu səbəbdən əməliyyat xərci paket olaraq təqdim olunur.Yəni ödəyəcəyiniz toplam qiymət öncədən tam olaraq bəlli olur,istifadə olunan materialların qiymətləri tək-tək hesablanıb sabit bir qiymət olaraq bildirilir. Burun kimi üzün ortasında yerləşən və ilk baxışda nəzərə çarpan kritik bir anatomik quruluş  üzərində aparılacaq estetik müdaxilənin nəticəsinin uğuru əməliyyatı həyata keçirən cərrahın  bu sahədəki təcrübəsi, təhsili və cərrahi bacarıqları ən önəmli fakt olması ilə yanaşı, əməliyyat zamanı istifadə olunan  alətlər və materialların keyfiyyəti də önəmli rol oynamaqdadır. Misal olaraq qiğırdaq toxumanı təsbit edərkən daha bahalı olmasının qarşılığında  4-6ay içində tamamilə əriyərək itən cərrahi tikiş materiallarının istifadə olunması əvəzinə nisbətən daha ucuz olan ancaq əriməyən sapların istifadəsi zamanı yad cisim reaksiyası, infeksiya kimi problemlərə səbəb ola bilər. Bənzər hallar digər materialların keyfiyyətindən sterilizasiyasına qədər bir çox fərqli faktorlardan asılıdır. Burdan belə nəticəyə gəlmək olur ki, qiymətdə azalma keyfiyyətdən itirilmə hesabına baş tutur. Son olaraq olduqca qarışıq bir cərrahi əməliyyat olan estetik burun əməliyyatına qərar verdiyiniz zaman, əməliyyat üçün ödəyəcəyiniz məbləğ  önəmli bir kriteriya olmasına baxmayaraq ilk sırada olmamalıdır. İlk əməliyyat müvəffəqiyyəti ən yüksək olan əməliyyatdır.Təqib edən növbəti  bərpaedici əməliyyatların estetik və funksional nəticəsinin müvəffəqiyyəti getdikcə azalır. Bu səbəbdən əməliyyatınızı həyata keçirəcək həkimin düzgün seçilməsi ilk məqsədiniz olmalıdır. Əməliyyat qiyməti yuxarıda sadalanan parametrlərə müvafiq olaraq cox geniş bir aralıqda dəyişə bilər. Ən doğru taktika həkiminiz haqqında qərar verdikdən sonra tam bir estetik və funksional burun təhlilin aparılması lazım olan müdaxilələrə qərar verilməsidir .Əməliyyatınızın estetik və bir o qədər önəmli olan burun funksiyalarınızın yönündən uğurlu olması üçün burun balıqqulağı ya da sinus cərrahisi kimi müştərək müdaxilələrin gərəkli olub olmaması təhlil edilir.    Əməliyyat qiyməti ancaq bu merhələrdən sonra real olaraq bəlli olacadır.
Əməliyyata qərar verən xəstə hansı proseduralardan keçir?
Estetik cərrahiyyədə xəstənin rahatlığı əsas məqsəddir.
 
Bizə müraciət edən xəstələrin əməliyyatönü hazırlığına qısa nəzər salaq:
-Xəstə şikayətlərini bildirir
-Şikayətə müvafiq müalicə planı xəstəyə təqdim olunur.Əməliyyat bütün incəlikləri ilə xəstəyə izzah olunur.
-Xəstəxananın alternativləri xəstəyə təqdim olunur.
-Əməliyyata qərar verildikdən sonra əməliyyat günü secilir
-Əməliyyatdan 2 saat öncə xəstə xəstəxanaya gəlir
-Ümumi anesteziyanın aparılması ücün öncədən lazım olan məlumatlari əldə etmək üçün xəstədən qan nümunəsi götürülür.
-Anestezioloq analizin nəticələrini araşdırır və xəstəni müayinə edir.
-Xəstənin anesteziya olunmasına əks göstəriş yoxdursa ona əməliyyatxanada aparılacaq prosedurlar izzah olunur.Bu müddətdə xəstə anesteziya ilə əlaqəli bütün suallarını həkimə verə bilər.
-Tibb bacıları əməliyyat üçün xüsusi geyimi  xəstəyə geyindirir.Bu andan xəstə özünü tibbi personala təslim edir.
-Əməliyyatdan öncə xəstəyə cəsarət verici dərmanlar verilir və çox vaxt xəstə əməliyyatxanaya necə aparıldığını  belə xatırlamır.
-Xəstə ayılanda artıq palatada olur.
-Əməliyyatdan sonra həkim xəstəni ziyarət edir və əməliyyatla  əlaqəli məlumat verir.
-Axşam saat 7-8də həkim xəstəni yenidən ziyarət edir.Xəstənin  vəziyyəti qənaətbəxşdirsə xəstə evə yazılır.
-Xəstə gecəni xəstəxanada qalarsa  ertəsi gün evə yazılır və kontrol muayinəyə gəlməli olduğu gün təyin edilir.


Şərhlər:
Baxılıb: 1333
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz