Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Burun plastikası
Burun plastikası
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 2093
Səs ver:
1. Rinoplastika
Burnun xarici şəklini dəyişdirmək üçün aparılan əməliyyatdır. Bununla birlikdə xəstədə çəpər əyriliyi və nəfəs alma problemi varsa bu da eyni zamanda düzəldilməlidir. Bu əməliyyata "rinoseptoplastika” adı verilir. Bəzən xarici burun toxumaları əvvəlki əməliyyatlar, travma və ya anadangəlmə qüsur səbəbi ilə nəfəs almaya mane olur. Xəstənin burun nəfəsini düzəltmək üçün "funksional rinoplastika” əməliyyatı aparılır.

2. Rinoplastika üçün müraciət edən xəstə burnun hansı hissələrini bəyənmədiyini və dəyişdirmək istədiyini bilməlidir və həkimə bildirməlidir. Heç bir vaxt öz burun formanız haqqındaki qərarı həkimə buraxmayınız! Unutmayın ki, hər kəsin zövqü fərqlidir və əməliyyatdan sonraki burnu məhz siz bütün həyatınız müddətində üzünüzdə daşıyacaqsınız!

3. Rinoplastika əməliyyatı yerli, ya da ümumi narkoz altında aparılır. Burundaki kəsiklər müxtəlif şəkildə icra edilir. Əməliyyatdan sonrakı dövrdə, həkimdən asılı olaraq müxtəlif şəkildə təşkil edilir. Ona görə, burunda əmələ gələcək dəyişiklikləri, aparılacaq kəsikləri, əməliyyat sonrası dövrü, mümkün fəsadları və digər mövzuları həkiminiz ilə acıq şəkildə müzakirə ediniz.

4. Azərbaycan şəraitində rinoplastikanın qeyri-mitəxəssis tərəfindən aparılması nəticəsində burun belciyinin həddindən çox çıxardılması tez-tez görülür. Bundan sonra burun qanadlarının yanlardan kəsilməsi lazım olur və burun həddindən çox kiçildilir. Nəticədə burun nəfəsi çətinləşir, üzdə tikiş izləri qalır və ümumiyyətlə burun "standart, inkubator, əməliyyat edilmiş” bir görünüş alır.
 
5. Azərbaycan şəraitində burunlarda orta və ağır dərəcəli burun çəpəri əyriliyi və xüsusi ilə burun ucu deformasiyaları daha çox rast gəldiyi üçün əməliyyatın ümumi narkoz altında və açıq üsülla aparılması məqsədə uyğundur.
 
6. Həkim seçərkən yuxarıda yazılan rəsmi sənədlərə diqqət edin, həkimin əl işlərinə baxın, mümkünsə xəstələri ilə canlı olaraq tanışın. Öz daxili hisslərinizi də dinləyin. Uğurlu nəticə üçün sizin həkim ilə müsbət ünsiyyətdə olmanız çox mühümdür.

7. Burun formasının kompyuter yardımı ilə seçilməsi "su altı daşları” olan bir metoddur. Ekranda çox cazib formalar əldə edilə bilər, lakin canlı toxumaların xüsusiyyətləri virtual şəkillərdən çox fərqlidir və nəticə gözlədiyinizdən fərqli olacaqdır. Bunu unutmayın!

8. Burun estetik əməliyyatından sonrakı dövr təxminən belə keçəcəkdir: burundakı tampon 2-3 gün sonra çıxardılır, gips 7-10 gün sonra alınır, tikişlər varsa 6-7 gün sonra sökülür, göz altı göyərmələr 2-3 həftəya keçir, şişkinliyin bir çox hissəsi 1-2 aya keçir, 6 aydan sonra burun forması oturmağa başlar və kiçik deformasiyalar varsa onların gələcəkdə düzəldilməsi müzakirə olunur, eynək 6-8 ay sonra giyilə bilər, kiçik düzəltmələr lazımsa 10-12 ay sonra aparılır.


Şərhlər:
Baxılıb: 2093
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz