Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi estetikasında son trend
Kişi estetikasında son trend
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 819
Səs ver:
Plastik və Rekonstrüktif Cərrahı Mütəxəssisi Dr. Esin Aksungur kişi bədəninin şəkilləndirilməsi mövzusunda məlumat verdi.
Aksungur "Qüsursuz bədən artıq qadınlar qədər kişilərin də əhəmiyyət verdiyi bir mövzudur. Sağlam və baxımlı görünmə arzusu kişiləri idman salonları ilə yanaşı plastik cərrahlara da istiqamətləndirir. Çünki tək başına idman və pəhriz həll təmin etməyə bilir.'' deyir. Və əlavə edir;

Bədən şəkli necə təyin olunur?
Bədən şəklində ola biləcək dəyişikliklər bir çox faktor tərəfindən təyin olunar. Qidalanma şəkli və həyat forması bu ola biləcək dəyişikliklərdə əhəmiyyətli rol oynayar. Amma hormonal və genetik faktorları da unutmamaq lazımdır. Yəni idarə edə bildiyimiz faktorlar yanında idarə edə bilmədiklərimiz də var.
Kişilərdə bədən şəkilləndirmə mövzusunda ediləcək əməliyyatları iki fpillədə qiymətləndirmək lazımdır;
1- Mərkəz nöqtəsi kilo problemləri olmalıdır. Kilo çoxluğu olan xəstələrdə pəhriz proqramları ilə 3-4 həftə kimi bir müddətdə istənilən yağ toxuması  itkisini təmin edilər.
2- Pillədə isə daha şəkilli bir bədən şəkilləndirmə işləri başlayar.

Kişilərdə bədən şəkilləndirmədə doğru bilinən bir çox səhv var. Bilinənin əksinə idman etmək və qidalanma vərdişlərini təşkil etmək tək başına kafi olmaya bilər. Genetik quruluş bu nöqtədə böyük əhəmiyyət daşıyır, bunun yanında ola biləcək hormonal pozuqluqlar da qiymətləndirilməlidir.
Bu səbəblə bədənindən şikayətçi olaraq klinikaya müraciət edən hər xəstənin əvvəlcə maddələr mübadiləsisi və hormon səviyyələri araşdırılır. Tiroid hormonları kimi maddələr mübadiləsi sürətinə birbaşa qatqısı olan hormonlarla yanaşı böyümə hormonu kimi bədən əzələ və yağ tarazlığını təşkil edən hormonların səviyyələri də araşdırılır. Xüsusilə yaşla birlikdə böyümə hormonu səviyyələrindəki eniş əzələ kütləsini azaldarkən yağ miqdarını artırır. Yeni qidalanma proqramı da bütün bu faktorlar diqqətə alınaraq hazırlanır. Bu şəkildə böyümə hormonu səviyyələri tarazlanır, yağ toxuması miqdarı azalarkən əzələ kütləsi artır bu da daha gözəl bir bədən üçün lazım olan zəmini hazırlayır.
Yağlardan xilas olarkən eyni anda qarın əzələlərinə sahib olmaq hər kəsin arzusudur. Sizcə mümkündür bu?-Təbii ki. Hər gün idman etsək də çox təəssüf ki bədənimizin bəzi bölgələrində xilas ola bilmədiyimiz çoxluqlarla birlikdə yaşayırıq. Bədəndəki yağ dağılımı eynilə göz rəngimiz, boyumuz, dəri rəngimiz kimi genetik olaraq təyin olunur. Bəzi kişilərin qarın ətrafının, bəzilərinin ombalarının qalın olması kimininsə qıçlarının incə olması genetik profillərinə bağlıdır. Bu dao  bu deməkdir ki; istədiyiniz qədər kilo verin, əgər bel bölgənizdəki yağ toxuması genetik olaraq çoxdursa bu bölgə bədəninizin digər bölgələrinə nisbətlə həmişə daha çox diqqət çəkəcək. Estetik cərrahı bu nöqtədə sizə təsirli bir həll təqdim edir. Lokal anesteziya altında bir saatdan az bir müddətdə reallaşdırılan tətbiqlər ilə regional yağ toxumalarından xilas olmaq mümkündür.

Qarın əzələlərinə sahib olmanın ən qısa yolu

Son dövrdə adından tez-tez bəhs edilən və illərdir etibarla tətbiq olunan liposhaping üsulu yağ toxumasının şəkilləndirilməsidir. Bu üsulla yağı çox olan yerdən götürüb əskik olan bölgələrə tətbiq etmək mümkündür. Təsiredici bir kişi bədəninə baxsaq; diqqətə çarpan sinə və qol əzələləri, incə bir bel və əzələli görünüşlü qarın gəlir. Bu vəziyyətdə şəkilləndirmə etmək istədiyimiz bir xəstədə qarın və bel bölgəsindəki çox yağ toxumalarını alaraq bu yağlayarın sinə, qol və qıç kimi sahələrə tətbiqi təmin edilər. Beləliklə əzələli görünüş efekti ilə cazibədar bir bədən yaradılar.

3 saata əzələ görünüşü
Enerji transferini mümkün edən yeni nəsil liposuction üsullarının inkişafı ilə incəldilən sahələrdə də istədiyimiz şəkli əldə etmək mümkündür. Bu gün artıq dəri köhnə liposuction texnikalarına görə daha çox incəldilə bilir, bu da xüsusilə qarın kimi bölgələrdə altdakı əzələ efektlerini dəriyə əks etdirməmizi təmin edir. Üstəlik bu tətbiq hər hansı bir kəsiyə və  izə gərək olmadan 2-3 saat içində reallaşır. Xəstələrin normal həyatlarına qayıdışları də bir o qədər sürətli olur.


Şərhlər:
Baxılıb: 819
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz