Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz dartılması (face-lift, rhytidectomy)
Üz dartılması (face-lift, rhytidectomy)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2068
Səs ver:
Üz insanlar arası ünsiyyətdə ən güclü vasitələrdən biridir. The face is the most powerful tool in human communication. Çox vaxt, hətta hər zaman, insanın daxili vəziyyətini üzünə baxıb anlamaq mümkündür. Üz cizgiləri insanı gənc, enerji dolu, yaraşıqlı, qərarlı və s. şəkildə göstərməyə malikdir. Təbii yaşlanma, siqaret çəkmə, günəşə məruz qalma, stress və xəstəliklərlə birgə üz cizgilərinin vaxtından əvvəl pozulmasına səbəb olur və üzə yorqun, şişmiş və kədərli ifadə verir. Üz dartılması əməliyyatı (feys-lift) yaşlı üzü cavanlandırmaq üçün istifadə edilən əməliyyatlardan biridir.  

Üz dartılması hansı yaşda aparıla bilər?
Bu əməliyyat çox vaxt 40-70 yaş arasında olan xəstələrdə aparılır. Bəzən bu sərhədlər, xəstənin ehtiyaclarına görə hər iki tərəfə genişlədilir.

Üz dartılmasıyla yaşlanmanın hansı əlamətləri götürülür?
Yanaq sallanması, dərinlişmiş burun-üst dodaq qırışları, cəhəng yanı xəttlər ("marionet ipləri”), boynun üst qısmında dəri sallanmaları, buxaq araxasının sallanması ("hindtoyuğu çinədanı”) klasik üz dartılması əməliyyatı ilə aradan qaldırılır.

Üzü cavanlaşdırmaq üçün dartılmadan əlavə hansı proseduralar istifadə oluna bilər?
Üzə daha cavan ifadə vermək üçün feys lift çox vaxt blefaroplastika (göz qapaqları cavanlaşdırılması) ilə birgə aparılır. Eyni vaxtda alın ya da qaş qaldırma əməliyyatı aparıla bilər. Dəri səthini yaxşılaşdırmaq üçün müxtəlif dəsi soyulmaları (pilinglər) və ya lazer dermabraziyası əməliyyatdan 6 həftə əvvəl yaxud sonra aparılır. Dodağların böyüdülməsi və dərin qırışların piy ilə doldurulması üz dartılması ilə eyni zamanda ya da 3-4 həftə sonra aparmaq mümkündür.

Feys-liftin (üz dartılmasının) alternativası varmı?
Üzdəki dəri həddindən artıq sallanıbsa bu vəziyyət yalnız əməliyyatla düzəldilir. Lakin əməliyyatın mürəkkəbliyi fərqli ola bilər. Cavan və dəri sallanması az olan xəstələrə qısa kəsikli uzun dartılmasını seçə bilərlər ki, bu daha az həcmli müdaxilədir. Əgər xəstənin göz ətrafı normaldırsa, blefaroplastikanın aparılması zəruri deyil. Çox az dərəcədə sallanması olan xəstələrə "saplarla dartma", karbon dioksid/erbium lazer ilə dermabraziya və fenol pilingi tək başına yaxud kombinə şəkildə təklif edilə bilər. Alın qırışları açıq ya da endoskopik alın dartılması ya da  botulinotoxin (Botox) iynəsi ilə düzəldilir.  

Əməliyyat necə aparılır?
Alın, yanaq ve boynun üst tərəfinin dərisi tək başına ya da altdaki əzələ ilə sərbəstləşdirilir və yanlara doğru sabitlənir. Artıq dəri kəsilib uzaqlaşdırılır, buxaq altı əzələlər birləşdirilərək tikilir. Bəzi cərrahlar üzün fasiya-əzələ sistemini kəsib bərkidir, diğərləri isə kəsmədən  büzərək yığır. Bundan əlavə dərin feylift texnikaları var ki, burada yumuşaq toxumalar sümükdən qaldırılıb asılır ya da bir neçə səviyyədə kombinə dartma aparılır. Qarışıq feyslift texnikalarında əməliyyat sonrası şişmə daha uzun davam edir, üz siniri yaralama riski isə daha yüksəkdir. Bununla birlikdə nə dərəcədə effektiv olduqları hələ təsdiqlənməyib.

Hansı keyləşdirmə istifadə olunur?

Feyslift çox vaxt ümumi narkoz altında aparılır. Qısa proseduralar sedasiya altında yerli keyləşdirmə ilə aparıla bilər.

Neçə saat çəkir? Əməliyyatdan sonra xəstəxanada qalmaq lazımdır?
Əməliyyat adətən 6 saat davam edir və xəstə 1-2 gün xəstəxanada yatırılır.

Əməliyyatdan qabaq nə etməli?
Siqaret çekməyə qətiyyələ, əməliyyatdan 2-3 həftə əvvəl ara vermək lazımdır. Çünki, siqaret çekənlərdə əməliyyat sonrası fəsadların ehtimalı, o cümlədən hematoma formalaşması, dəri nekrozu əmələ gəlmə riski olduqca yüksəkdir. Bundan başqa vitamin, qida ələvələri, aspirin, kumarin və digər qan laxtalanmasını azaldan dərmanlar əməliyyatdan ən az 10 gün əvvəl kəsilməlidir. Saçlar əməliyyat günündən əvvəl şampun ilə yuyulmalıdır. Bundan sonra saç gelleri, musslar və s. istifadə edilməməlidir.

Sağalma necə baş verir? Tikişlər nə vaxt sökülür?
İlk 5 gün ərazində üz şişkin olur və dəridə göyərmələr əmələ gəlir. Az qızarıqlıq ilə səthi dəri soyulması sahələri görülə bilər. Bu sahələrə nəmləndirici kremlər, həkimin təyin etdiyi şəkildə sürülür. Üçüncü gündən etibarən xəstə üz və başını yuya bilər. Tikişlər 7 gündən sonra sökülür. Makiyaj əməliyyatdan sonraki 8-ci gündən etibarən istifadə edilə bilər. Üzdəki keyləşmənin tamamı ilə keçməsi 6-12 ay davam edər. Ona görə bu müddətdə isidici proseduralardan (buxar maskası, parafin tatbiqi və s.) uzaq durmaq məsləxət görülür.

Əməliyyat sonrası qulluq necə olmalı?
İlk 5 gün ərzində xəstə aşırı fiziki fəaliyyətdən qaçınmalıdır, yataqda hündür yastıqda uzanmalıdır.  Həkimin təyin etdiyi şəkildə göz damcıları, nəmləndirici kremlər, ağrı kəsici və antibiotiklər istifadə olunmalıdır. Gözlərdə yanma, quruluq və ağrı hissinin olmaması üçün ilk ay göz damcıları və məlhəmləri gündə 5-6 dəfə istifadə olunmalıdır.Bir il müddətində günəş qoruyucu kremlərdən və günəş eynəklərindən istifadə etmək məsləxət edilir.  

Fəsadlardan nə deyə bilərsiniz?
Bəzi xəstələrdə (xüsusən başqa sağlamlıq problemləri olan və siqaret çekənlərdə) yarada iltihab, dəri soyulması, yara kənərlarının açılması və yavaş sağalma görülə bilər. Bu vəziyyətlər düzgün müalicə ilə zamanla ortadan qalxır. Bəzi xəstələrdə kəsik yerlərində şişkinlik, qırmızılıq və qaşıntı əmələ gəlir (kelloid yaxud hipertrofik çapıq formalaşır) Belə hallarda ələvə müalicə lazım olur. Nadirən üz siniri iflici görülür. Bu vəziyyət 1 ilə qədər davam edib çox vaxt özündən sağalır.


Şərhlər:
Baxılıb: 2068
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz