Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Blefaroplastika (Göz qapaqlarının plastikası)
Blefaroplastika (Göz qapaqlarının plastikası)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1703
Səs ver:
Yunan dilindən tərcümədə blefaroplastika göz qapağının plastikası və ya qapağın formalaşdırılması kimi tərcümə olunur. Sadəliyinə və reabilitasiya dövrünün qısa olmasına görə blefaroplastika geniş populyarlıq qazanmışdır. Eyni zamanda qiymət və keyfiyyətcə münasiblik göz qapaqları nahiyyəsində problemlərlə- qırışlar, sallanmış göz qapaqları və.s. ilə üzləşmiş insanların bu əməliyyata tez-tez müraciət etmələrinə şərait yaradır. Estetik cərrahiyyədə blefaroplastika – alt və üst göz qapaqları nahiyyəsindəki artıq dərinin və torbacıqların götürülməsidir. Blefaroplastika xarici kəsik olmadan yerinə yetirilə bilər. Əməliyyatın bu növünə transkonyuktival blefaroplastika deyilir. Aşağı göz qapaqlarının blefaroplastikası bu əməliyyatların ən mürəkkəbi sayılır; beləki, bu əməliyyat zamanı yol verilmiş hər hansı səhv ciddi fəsadlara səbəb ola bilər. Aşağı göz qapaqlarının blefaroplastikası cərrahdan böyük təcrübə və dəqiqlik tələb edir. Düzgün yerinə yetirilməmiş aşağı blefaroplastikadan sonra xəstələr öz fərdiliyini itirir.
Blefaroplastika əsasən 40-45 yaşlı qadınlar arasında populyardır, məhz 40 yaşdan sonra göz nahiyyəsində yaşla bağlı dəyişikliklər nəzərə çarpmağa başlayır. Blefaroplastikanın istənilən növü yerli və ya ümumi anesteziya ilə aparlılr; hər iki halda əməliyyat tam ağrısız olur. Bu əməliyyatdan əvvəlki ən məsuliyyətli iş xüsusi markerlə kəsiyin konturlarının çəkilməsidir. Əməliyyatdan sonrakı dövürdə göz qapaqlarının şişkinliyi, gözlərin ətrafında hematomalar və nadir hallarda konyuktivitlər müşahidə olunur.

Əməliyyat.
Blefaroplastika göz qapaqları nahiyyəsində artıq ətlərin götürülməsi, həmçinin göz qapaqları nahiyyəsindəki artıq piy toxumasının götürülməsi və ya paylaşdırılmasıdır. Blefaroplastika əməliyyatı yerli və ümumi anesteziya ilə aparılır, lakin yerli anesteziya ilə olunması daha effektivdir, çünki bu növ cərrahi müdaxilə zamanı xəstənin aktiv köməyi daha yaxşı nəticə əladə etməyə imkan yaradır. Blefaroplastika əgər yerli anesteziya ilə aparılarsa ağrı və digər xoşagəlməz hissiyatların götürülməsi üçün xəstənin əlavə sedasiyaya ehtiyacı olur. Əməliyyat həcmindən asılı olaraq 40 dəqiqədən 2 saatadək vaxt apara bilər. Toxumalar səliqə ilə kənara çəkildikdən sonra piy toxuması asanlıqla götürülür və ya paylaşdırılır. Bundan sonra dəri yerinə qaytarılır və bir qədər dartılır. Yuxarı göz qapaqlarının plastikasında isə tikiş yuxarı göz qapaqlarının təbii çuxuruna qoyulur və kənardan qətiyyən gözə çarpmır.

Aşağı blefaroplastikada tikiş xətti kiprik kənarından 1.5-2.2mm aşağı keçir. Bu nahiyyənin dəri morfologiyasının xüsusiyyətləri və tikişin yuxarıda yerləşməsi əməliyyatdan sonrakı çapıqların kənardan nəzərə çarpmamağına imkan verir. Əməliyyat orta hesabla 1-2 saat davam edir.
Bəzən aşağı göz qapaqlarının korreksiyası məqsədilə transkonyuktival blefaroplastika əməliyyatı yerinə yetirilir, bu əməliyyat dərialtı piy toxumasının götürülməsi və ya paylaşdırılmasından ibarətdir. Bu üsul plastikanını kəsik və tikişsiz yerinə yetirilməsinə imkan verir. Bu zaman torbacıqlar konyuktivada xırda deşiklər açmaqla götürülür. Əməliyyatdan sonra qoyulan sarğı 24 saatdan sonra açılır.

Əməliyyatdan sonrakı dövr.
Əməliyyatdan sonrakı dövr kifayət qədər sakitdir - ağrı demək olar ki, olmur. əməliyyat olunan gün və ertəsi gün soyuq kompreslər qoyulması məqsədə uyğundur, bu toxumaların şişkinliyini və dərialtı qansızmaları azaldır. Əməliyyatdan sonrakı şişkinlik 4-cü sutkada tikişlər sökülərkən , qansızmalar isə 7-10 gün ərzində keçir.
Əməliyyatdan sonrakı çapıqlar isə ilk vaxtlar qırmızımtıl olsa da, 2 aydan sonra solğunlaşaraq praktik olaraq görünmürlər.
İlk 3 gündə gözə albusid damızdırılır, tikişlər spirt ilə işlənir. Gözlərin adi su ilə yuyulması istisna olunur. Əməliyyatdan təqribən 10 gün sonra adi qaydada makiyaj mümkündür. Aşağı və yuxarı blefaroplastika eyni zamanda yerinə yetirilərsə əməliyyatdan sonra 1 sutka stasionarda qalmaq məsləhətdir.
Əməliyyatdan sonra 2-ci sutkadan başlayaraq xəstəyə xüsusi kosmetik prosedurlar tövsiyə oluna bilər. Son nəticə 1.5-2 aydan sonra qiymətləndirilir.
İlk 2-4 ay ərzində düzgün su-duz rejiminə əməl olunmalıdır. Hər hansı bir dərman preparatının qəbulu mütləq həkimlə razılaşdırılmalıdır.

Effektivliyi.
Təkrar "blefaroplastika” əməliyyatları çox nadir hallarda olunur, əməliyyatın nəticəsi həmişəlik qalır. Əməliyyatdan bir neçə il sonra yarana biləcək qırışların dermatocərrahi üsullarla (dermobraziya, pilinq) korreksiya olunması məsləhətdir. Əməliyyatdan 1-2 ay sonra mimik qırışların botoks və disport preparatları ilə korreksiyası mümükündür.

Əks göstərişlər.
- Ürək qan-damar sisteminin dekompensasiya olunmuş kəskin və xroniki xəstəlikləri.
- Şəkərli diabet.
- Qan xəstəlikləri.
- Bronxial astma.
- Sistem xəstəlikləri (revmatizm, qırmızı qurd eşənəyi və.s.)
- Göz qapaqları və konyunktivanın xroniki xəstəlikləri.

Bilmək lazımdır ki, ilk baxışdan sadə görünən bir sıra incəliklər mövcuddur. Əməliyyatın olunmasının "standart sxemi” yoxdur. İnsanların üzünün və gözlərinin ifadəsi müxtəlif olduğuna görə hər bir belə əməliyyata cərrah fərdi yanaşır. Blefaroplastika əməliyyatından sonra xəstənin üzünün və gözlərinin ifadəsinin dəyişmədən cavanlaşması və əməliyyatın izlərinin kənardan görünməməsi estetik cərrahiyədə ən yüksək səviyyəli nəticə hesab olunur.


Şərhlər:
Baxılıb: 1703
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz