Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qulaq plastikası - Otoplastika haqqında
Qulaq plastikası - Otoplastika haqqında
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1653
Səs ver:
Qulaq plastikası – otoplastika nədir?
Otoplastika, qulaq qığırdağının yenidən şəkilləndirilməsidir, lazım olduqda qığırdağın bir hissəsinin götürülməsi və ya qığırdaq əlavə olunması ilə icra olunan cərrahi əməliyyatdır. Əksər hallarda problem anadangəlmədir. Bu əməliyyat qulaq formasında deformasiya olduqda, böyük olduqda, önə çox qabardıqda və başqa hallarda icra olunur. Qulağın inkişafı 5-6 yaşda tamamlanır. Əməliyyatın tətbiqi də bu yaşdan sonra icra olunur.

Əməliyyatın icrası haqqında
Əməliyyat zamanı qulağın arxasında kiçik kəsik aparılır, hansı ki, bu kəsik xaricdən görülmür. Kəsik icra olunduqdan sonra qığırdaq əldə olunur, forma verilir və bu formaya uyğun tikilir. Sonra qulaq dərisindəki kəsik tikilir. Əməliyyat zamanı və sonrakı dövrdə xəstədə demək olarkı ağrı olmur. Xəstə əməliyyat icra olunduğu gün evə yazılır.

Anesteziya növü necə seçilir?
Əməliyyat yerli keyitmə ilə icra olunur. Uşaqlarda lazım olarsa əməliyyatın icrasında ümumi anesteziyaya üstünlük verilir. Bəzən isə yaşlı şəxslərdə xəstənin istəyi  ilə ümumi anesteziya seçilir.

Əməliyyatın müddəti nə qədərdir?
Əməliyyat adətən 40-50 dəq müddətində icra olunur.

Əməliyyatdan sonrakı dövr
Əməliyyatdan sonra azca ağrı olur, hansı ki, bu ağrı yüngül ağrı kəsici ilə keçir. Əməliyyatdan sonrakı dövrdə qulağa bandaj qoyulur və bu 3-7 günə götürülür. Əməliyyatdan sonrakı günlərdə ağrı olmur. Qulağa qoyulmuş sarğı dəyişdirilir. Ən azı 6 həftə idmanla məşqul olmamaq lazımdır. Əməliyyat 5-6 yaşdan sonra icra oluna bilər. Əməliyyatdan sonra 1 ay içində qulaqlar tam formalaşır.

Əməliyyatdan sonrakı ağırlaşmalar
Əməliyyatdan sonra  hematoma, infeksiya və qulaq  probleminin təkrarlanması ola bilər. Qulaqdakı problemin təkrar olunması əməliyyatdan sonrakı dövrdə ilk günlərdə qulağın travma alması səbəbindən olur.

Əməliyyatın izi
Əməliyyatdan sonra qulağın arxasında kiçik kəsik izi qalır. Bəzən isə ehtiyac olduqda əməliyyat öndən icra olunur, bu zaman kəsik izi öndən olur. Əməliyyatdan sonra qulaqlar arasında asimmetriya və xəstədə yeniden kompleks yaranarsa, əməliyyat təkrar olunması ehtiyacı yaranır.


Şərhlər:
Baxılıb: 1653
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz