Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz dərisinin təbii vasitələrlə ağardılması
Üz dərisinin təbii vasitələrlə ağardılması
Göndərən: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 615
Səs ver:
Dərinin rəngini "açmaq", piqment ləkələri və çilləri daha görünməz etmək üçün bir çox təbii vasitələr var.

Lazım olan effekt almaq üçün bu vasitələri uzun müddət ərzində istifadə etmək lazımdır.

Üz dərisinin təbii vasitələrlə ağardılması


- Süd və süd məhsulları çox gözəl ağardıcı vasitələrdir. Ən sadə üsul - gündə bir neçə dəfə üzünüzü süddə və ya qatıqda isladılmış steril pambıq disklə silin.

Belə maska da hazırlamaq olar - 2 xörək qaşığı kəsmik, 1 dənə yumurta sarısı, 1 çay qaşığı limon şirəsi qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı sərin su ilə yuyun.

- Limon da çox yaxşı ağardır. Limondan belə bir təbii losyon hazırlamaq olar - 1 limon xırda doğranılır, üzərinə 1 stəkan isti su əlavə olunur və 3-4 saat ərzində saxlanılır. Daha sonra bu suda pambıq disk isladıb gün ərzində bir neçə dəfə üzünüzü silin.

Çox effektli ağardıcı maska - 1 dənə yumurtanın ağı, 1 çay qaşığı limon şirəsi, bir qədər su yaxşı qarışdırılır və təmiz üz dərisinə nazik qatla çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və qidalandırıcı krem çəkin.

Nəzərinizə çatdıraq ki, limon dərini qurudur. Bu səbəbdən dərisi quru olan qadınlar üz üçün limon şirəsi ilə maska hazırladıqda mütləq qaymaq və ya yağlı xama əlavə etməlidir.

- Cəfəri çox yaxşı təbii ağardıcı vasitədir. Cəfəridən çox effektli təbii losyon hazırlamaq olar. 1 dəstə cəfəri yaxşı təmizlənir, yuyulur və xırda doğranılır. Üzərinə 1 stəkan qaynar su əlavə olunur və 2 saat ərzində dəmlənilir (termosda dəmləmək daha yaxşıdır). Daha sonra dəmləməni süzün və gün ərzində üzünüzü tez-tez bu dəmləmədə isladılmış disklə silin.

Bu dəmləmədən həmçinin kosmetik buz hazırlamaq olar. Dəmləməni buz üçün olan konteynerə tökün və buzxanaya qoyun. Hər gün bu buzla üz dərisini silin. Ağardıcı effektdən əlavə, belə kosmetik buz üz dərisini cavanlaşdırır, daha dartılmış və elastik edir. Yağlı dəri üçün bu vasitə uyğun gəlmir.

- Xiyar da dərini ağardır. Xiyarın şirəsini çəkin, bu şirədə pambıq parça isladın və üzünüzdə 20 dəqiqə ərzində saxlayın.

Xiyarın dilimini blenderdə əzin, 1/2 çay qaşığı limon şirəsi, 2 xörək qaşığı kəsmik əlavə edib qarışdırın və üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı sərin su ilə yuyun.

- Mavi gil dərini ağardır və daha təravətli edir. Gili su ilə qarışdırın (sıyıq kimi alınmalıdır), 1 çay qaşığı limon şirəsi əlavə edin və yaxşı qarışdırın. Təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra sərin su ilə yuyun.

- Çiyələk dərini çox yaxşı ağardır. Meyvəni kəsin və üz dərisinə sürtün. 20 dəqiqədən sonra üzünüzü yuyun.

Çiyələk, limon allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən onları əvvəl dərinin kiçik hissəsinə çəkin və reaksiya baxın.

sağlamolun.az


Şərhlər: 5
Baxılıb: 615
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Cindrella
Sitat: qaranliq1
uzumu agartmaq filan istemirem
agarmaq ucun 1 hefte qapali yerlerde ol bes eder
3 oktyabr 2016 23:46
# 5
BARBI
Mende uzume qatiq ve xiyar vururam.Derini agardir
3 oktyabr 2016 22:21
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Helena
Ehtiyacim yoxdu..laziminca derim beyazdir...Ama yayda denize falan gedende adam qizarir ve ya qaralir 3 gun eksik etmeden qatiq masqasindan istifade edirem 15 deq saxlayiram sonra yuyuram..cox effektli maskadir
3 oktyabr 2016 20:53
# 3
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
qaranliq1
uzumu agartmaq filan istemirem
agarmaq ucun 1 hefte qapali yerlerde ol bes eder
3 oktyabr 2016 20:50
# 2
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
vipbetul
lazili asand reseptlerdir
3 oktyabr 2016 20:47
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz