Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qoltuqaltı qaralmalara qarşı
Qoltuqaltı qaralmalara qarşı
Göndərən: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 929
Səs ver:
Geyindiyimiz qolu açıq incə geyimlər özləriylə bərabər bir çox problem gətirir. Bunlardan ən önəmli və xoşagəlməz olan qoltuqaltı qaralmalarıdır. Qoltuqaltı qaralmaları bir çox insanın özünə güvən hissini azaldır və kefini pozur. Amma kefinizi pozmağa dəyməz. Sizlərə təqdim edəcəyimiz və evdə özünüz hazırlaya biləcəyiniz məsləhətələrlə bu problemdən qurtula bilərsiniz.

Sirkə
Düyü unu və sirkəni qarışdıraraq əldə etdiyiniz məcunu duşdan sonra qoltuqaltınıza sürtün. Quruduqdan sonra yaxalayın. Bu qarışıq təkcə dəri rəngini açmağa kömək etməz, eyni zamanda qoxuya səbəb olan bakteriyaların ölməsini də təmin edər.

Portağal qabığı
Portağal qabıqlarını günəş şüaları altında qurutduqdan sonra toz halına salın və gül suyu əlavə edərək məcun əldə edin. Bu qarışığı qoltuqaltınıza tətbiq edin və quruduqdan sonra soyuq suyla yuyun. Ölü hüceyrələrin ölməsinə və dərinin rənginin açılmasına köməkçi olacaqdır.

Limon
Limon dəri qararmalarında ağla ilk gələn həllərdən biridir. Dərinizi təmizləyər və işıqlandırar. Qalın bir dilim limonu qoltuqaltınıza sürtüb ilıq su ilə yuyun. Limon dərini qurutduğu üçün bu prosesdən sonra mütləq nəmləndirici istifadə edin.

Səndəl ağacı
Səndəl ağacı tozu və gül suyunu qarışdırıb əldə etdiyiniz məcunu qoltuqaltınıza sürtün. Səndəl ağacı tozu rəngin açılmasını təmin edərkən gül suyu da sərinlik və yumşaqlıq hissi verəcəkdir. 15 dəqiqə gözlətdikdən sonra yüngül hərəkətlə yuyun.

Çay sodası
Mətbəxdəki istifadəsi bir yana, gözəllik reseptlərində də tez-tez rast gəldiyimiz soda dəri rənginin açılmasına da köməkçi olur. Su ilə qarışdırıb əldə edilən qatı məcunu nizamlı olaraq qoltuqaltına çəkin və yaxalayın.


Şərhlər: 7
Baxılıb: 929
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
son bahar
Qolduq altinin qaralmamagi ucun, tere qarsi isdifade olunmamissan qabaq qoltuq alti yuyulub qurunmalidir sonra ise sprey ve ya gellerden isfifade etmey olar
9 oktyabr 2016 00:51
# 7
...
aLoNe AnGeL
bir tek limonun faydali oldugunu bilirdim Sukur ele problemim yoxdu
8 oktyabr 2016 20:43
# 6
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Gultekin.A
Bunlari bilirdim twkler
8 oktyabr 2016 17:48
# 5
..
İnci
Qoltıq altını en cox qaraldan ucuz cıletlerdı men epılyatrdan ıstıfade edırem bır damcıda qara yoxdu
8 oktyabr 2016 14:00
# 4
Her gulusun arxasında bır keder vardır
vipbetul
ehtiyagi olanlarcin yaxsi melumatdir
8 oktyabr 2016 09:45
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Bele problemi olan xanimlar ucun ela reseptlerdi ziyansiz
8 oktyabr 2016 08:24
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Mende bu problem yixdur.Soda usulu en effektividir
8 oktyabr 2016 06:47
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz