Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayaq qoxusu: səbəbi və çarəsi
Ayaq qoxusu: səbəbi və çarəsi
Göndərən: Tomris Müslümova
Şərhlər: 10
Baxılıb: 788
Səs ver:
Su
və duzlardan ibarət olan tər iysiz olur. Lakin dərinin üzərinə düşdükdə
tər burada yaşayan mikroblar və onların ifraz etdiyi toksinlərlə
qarışaraq xoşagəlməz qoxuya səbəb olur.



Ayaqların daimi bağlı qalması tər qoxusunun artmasına gətirib çıxardır.

Bu problemlə bir çox insanlar üzləşir.

Xoşagəlməz ayaq qoxusunun səbəbləri arasında:

- güclü tərləmə

- sintetik materiallardan hazırlanmış ayaqqabılar və corablar

- şəxsi gigiyena qaydalarına əməl edilməməsi

- ayaq dərisinin və dırnaqların göbələk xəstəliyi

Ayaq qoxusunu yox etmək üçün məsləhətlər:

1. Hər axşam ayaqlarınızı xüsusi antibakterial sabunla yuyun.

2. Corabları hər gün dəyişin.

3. Ayaqqabıları hər gün havaya verin. Günəş şüaları xoşagəlməz iyi çox yaxşı yox edir.

4. Təbii materiallardan olan ayaqqabı və corab geyinin.

5. İsti havada bağlı ayaqqabı geyinməyin.

6. Ayaqlar üçün olan xüsusi dezodorantlar və antiperspirantlardan istifadə edin.

Xalq təbabəti vasitələri:

1. Palıd ağacı
dəmləməsi ayaq qoxusunu yox etməyə kömək edir. 3 x.q. palıd qabığını 1 l
qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün, axşam ayaqlarınızı yuyun
və bu dəmləmədə 10 dəqiqə saxlayın.

2. Adi qara çay da yaxşı kömək edir. Artıq qalmış çayı atmayın, vannaya tökün və ayaqlarınızı 5-10 dəqiqə bu vannada saxlayın.

3.
3 xörək qaşığı çobanyastığını 1 l qaynar suda dəmləyin, vam odda qapağı
bağlı qazanda 5 dəqiqə saxlayın, soyudun, süzün və ayaq vannaları üçün
istifadə edin.

4. 1 l ilıq suya 3 x.q. soda əlavə edin və ayaqlarınızı bu suda yuyun.

5. Suya araq və ya tibbi spirt əlavə edin və ayaq vannaları edin


Şərhlər: 10
Baxılıb: 788
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Akkuw)
Kiwilerin xeberleri esasende)))
31 iyul 2016 14:24
# 10
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
narmiwka_15
Allah heckese qismet elemesin bu iyi hiss elemeyi))))))
31 iyul 2016 12:25
# 9
Be Happy))
Totu
Kiwilere aid xeberdi
31 iyul 2016 10:36
# 8
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
cox ayaqqabida olanda hava kecmedikde ayaqdan qoxu gele biler
31 iyul 2016 09:28
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
Fon şəkli lap yerinə düşdü)) Bizim evde hec kes bu problemi yaşamır...təşəkkürlər Meslehetler üçün.
31 iyul 2016 01:48
# 6
Bir duam var,səndən amin gözləyirdua09123
Barbaris
bele poblemim yoxdur
30 iyul 2016 23:41
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Gülüş.
Sitat: evli.mutlu.cocuklu
Şükür ki məndə elə problemlər yoxdu

Ama qaynimda var oluruk iyden o eve girende tesekkurler lazimli melunatdir
30 iyul 2016 23:06
# 4
BARBI
Hec vaxt bu problemi yasamamisam. Gigiyenaya emel etdikde bu problem yasanmaz
30 iyul 2016 22:55
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
evli.mutlu.cocuklu
Şükür ki məndə elə problemlər yoxdu
30 iyul 2016 22:43
# 2
NazNazi
tewekkirller boyuk komeyi oldu
30 iyul 2016 22:40
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz