Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz dərisini ləkələrdən təmizləyən effekli təbii vasitə
Üz dərisini ləkələrdən təmizləyən effekli təbii vasitə
Göndərən: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 1286
Səs ver:
Göl süngəri çox effektli təbii kosmetoloji vasitə sayılır. Bioloji aktiv maddələrlə olduqca zəngin olan göl sündəri dəriyə bərpaedici, cavanlaşdırıcı, iltihabəleyhinə təsir göstərir, dəridə qan dövranını yaxşılaşdırır.
 
Göl süngərinin dəriyə təsiri:
- dərini ölmüş hüceyrələrdən təmizləyir
- ağardır
- piy vəzilərin fəaliyyətini azaldır, yağlı dərinin pis parıltısını götürür
- qırışları hamarlayır
- məsamələri təmizləyir
- sızanaqları qurudur
- iltihabı azaldır
- sızanaqlardan qalan ləkələri, çapıqları yox edir
- hematomaları, qançırları müalicə edir.
Göl süngəri güclü vasitə sayılır. Bu səbəbdən istifadə etdikdən əvvəl göl süngəri az miqdarda suda həll edib dərinin kiçik hissəsinə çəkin, 15 dəqiqə gözləyin və sonra yuyun. Dərinin reaksiyasına 1-2 gün ərzində nəzarət edin. Dəri bir qədər qızararsa, bu normal sayılır. Lakin qızartı çox olarsa, dəri güclü qaşınarsa və dəridə şişkinlik əmələ gələrsə, vasitədən istifadə etməyin.
Dəridə istənilən yara, xora, irinli sızanaqlar, damarlar toru varsa, bu vasitədən istifadə etməyin.
 
Göl süngəri əsasında maskalar:
Sadə maska
Apteklərdə satılan göl süngəri tozu az miqdarda ilıq mineral su ilə qarışdırılır (sıyıq kimi alınmalıdır) və üz dərisinə çəkilir. Dərini sürtmək olmaz! 15-20 dəqiqədən sonra maskanı ilıq axar su ilə yuyun.
Bu maska dərini cavanlaşdırır, təravətləndirir, rəngini yaxşılaşdırır, təmizləyir. Həftədə 2 dəfə istifadə etmək olar.
 
Göl süngəri + 3%-li hidrogen peroksid ("perekis")
Bu çox güclü maskadır. Piqment ləkələri, sızanaqlardan qalan ləkələri yox edir, dərini xeyli təmizləyir və hamarlayır.
Göl süngəri "perekis"lə qarışdırılır və üz dərisinin problemli hissələrinə (bütün dəriyə yox!) çəkilir. Belə proseduraları həftədə 2-3 dəfə etmək olar. Müalicə kursu dərinin vəziyyətindən asılı olaraq - 5-15 maska təşkil edir. Maskanı üz dərisinə kiçik qubka və ya fırça ilə çəkin.
15 dəqiqədən sonra maskanı axar suyun altında yuyun.
Göl süngəri istifadə etdikdən sonra dəri bır qədər qızarır və bir müddətdən sonra qabıq verməyə başlayır. Bu normaldır. Müalicə zamanı dəriyə gün şüaları düşməməlidir.


Şərhlər: 8
Baxılıb: 1286
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Oxatan
Effektiv maskaya oxwuyur.etmek olar.
21 may 2016 14:30
# 8
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Narın Yağış
Dərimdə ləkə falan yoxdu.Son zamanlar görürdüm qabıq olur,oda istifadə etdiyim pudradan idi.Tonal krem istifadə edirdim pudra yox, bir müddət istifadə etmədim gördüm tonal vururam üzümdə çox pis durur.İnstagramda tapmışdım diş məcunu ilə üzü fırçalamaq.Etdim şükür indi belə bir problemim yoxdur.Təşəkkürlər.
21 may 2016 01:22
# 7
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
qanadli melek
Gol sungeri nediki?
21 may 2016 00:25
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
ehtiyag duymuram
20 may 2016 23:38
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Maraqli melumatdir. Sungerler cox faydalidir. Tibbde istifade edildiyini bilmirdim
20 may 2016 20:03
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
maarqli melumatdir twk
20 may 2016 19:56
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Kölge
Teşekkur......
20 may 2016 18:23
# 2
Her şeye gore şukur
Totu
Maraglıdır bilmirdim
20 may 2016 18:05
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz