Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evdə 4 təbii üz təmizləyicisi
Evdə 4 təbii üz təmizləyicisi
Göndərən: Tomris Müslümova
Şərhlər: 5
Baxılıb: 525
Səs ver:
Hər bir qadın az pul xərcləyərək gözəl olmağa çalışır. Buna görə də Qadınlar.biz sənə kömək olmaq üçün evdə rahatlıqla edə biləcəyin 4 təbii üz təmizləyici resept təqdim edir.

Quru və həssas dəri üçün çobanyastığı ilə təmizləmə südü
İçindəkilər
Qaymaq – ¼ stəkan
Süd – ¼ stəkan
Sarı çobanyastığı çiçəkləri (təzə və ya quru şəkildə) – 2 xörək qaşığı

Hazırlanması
Bütün məhsulları 30 dəqiqə benmari üsulu ( su dolu qabı sobanın üzərinə qoyub, digər bir qaba əlavə edilən məhsulları da su dolu qabın üzərinə yerləşdirib, onun verdiyi istiliklə ya bişmə, ya da ki, ərimə üsuludur) su əlavə edib bişir. Südü çalış ki, qaynatmayasan. Sobanı söndür və 2 saat soyumağını, özünə gəlməsini gözlə. Sonra isə şüşə bir qaba boşalt. Soyuducuda saxla. İki həftə soyuducuda saxlaya bilərsən istifadə etdikcə.

Yağlı dərilər üçün ayran və razyanalı təmizləmə südü
İçindəkilər
Ayran – ½ stəkan 
Təzə razyana toxumu – 2 xörək qaşığı

Hazırlanması
Ayran və razyananı benmari üsulu ilə 30 dəqiqə bişirmək lazımdır. Sobadan götürüb, qarışımı 2 saat özünə gəlməsi üçün gözləməlisən. Süzgəcdən keçirt, soyumağa qoy və sonra şüşə qaba əlavə et. İstifadə etdiyin müddətcə soyuducuda 2 həftə saxlaya bilərsən.

Razyana və kəklikotu ilə hazırlanan təmizləyici
İçindəkilər
Təzə kəklikotu – 2 saplaq
Razyana toxumu – 2 çay qaşığı
Su – ½ stəkan
Limon – ½ hissə

Hazırlanması
Suyu qaynat. Su qaynayana qədər kiçik kəklikotu yarpaqlarını saplaqlarından ayır. Qynamış suyun içərisinə kəklikotu və razyananı əlavə et. Sonra da sıxılmış limon suyunu əlavə et və 20 dəqiqə dəmlə. Dəmləndikdən sonra süzgəcdən keçirdib təmiz şüşə qaba boşalt. İstifadə edib bitirənə qədər soyuducuda saxla.

Kivili üz təmizləmə südü
İçindəkilər
Soyulmuş kivi – 1 ədəd
Sadə qatıq – 2 xörək qaşığı
Badam yağı – 1 xörək qaşığı
Bal – 1 xörək qaşığı
Badam – 1 xörək qaşığı (xırda çəkilmiş)

Hazırlanması
Kivi blenderdən keçirilir və püre halına gətirilir. Qatıq, badam yağı, bal və çəkilmiş badamı əlavə et. Qatı və məcun kimi bir hala gələnə qədər qarışdır. Digər üz təmizləyicilər kimi istifadə et. Dərini təmizlədikdən sonra bol ilıq su ilə durula.


Şərhlər: 5
Baxılıb: 525
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
Maraqlidi tşk......
24 sentyabr 2016 13:51
# 5
Her şeye gore şukur
vipbetul
heleki ehtiyagim yoxdur
24 sentyabr 2016 10:31
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gülüş.
Derim cox yaglidi
24 sentyabr 2016 10:26
# 3
MODABAZ
Derım qurudu deye xusısı kremlerden maskalardan ıstıfade edırem
24 sentyabr 2016 08:44
# 2
Heyata daim gulmek lazimdii
BARBI
Derim quru ve hessasdir.Tebii baximlardan istifade edirem
24 sentyabr 2016 07:40
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz