Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yayda parlaq dəri üçün ev şəraitində düzəldilmiş skrablar
Yayda parlaq dəri üçün ev şəraitində düzəldilmiş skrablar
Göndərən: Tomris Müslümova
Şərhlər: 6
Baxılıb: 805
Səs ver:
Dəfələrlə sübut olunub ki, dəridəki bir çox problemlər məhz təbii üsullarla aradan qaldırılıb. Buna görə də son zamanlar üz və bədən üçün ev şəraitində hazırlanan skrablar çox məşhurdur. 

BƏDƏN ÜÇÜN ŞƏKƏRLİ SKRAB
Məqsəd: Pilinq edir
Ev şəraitində hazırlanan bu klassik skrabdan daha asan bir şey yoxdur. Qəhvə rəngli  şəkər və zeytun yağının kombini ev şəraitində, xüsusilə də, yayda çimərlik sezonunun  sonunda dəri üçün ideal, effektli formuldur.
İçindəkilər: 200 qr qəhvəyi şəkər, 100 ml zeytun yağı, 1-2 damcı dad üçün efir yağı.
Hazırlanması: Bütün bu məhsullar qarışdırılır və 7 gün süşə bankada saxlanılır.
İstifadə tezliyi: Effektli dəri pilinqi üçün ehtiyaca görə.

BƏDƏN ÜÇÜN VANİLLİ VƏ DARÇINLI SKRAB
Məqsəd: Ümumi bədən pilinqi
Ev şəraitində hazırlanan bu skrab dəriyə əsrarəngiz parlaqlıq verərək mözücələr  yaradır.
İçindəkilər: 1 xörək qaşığı darçın tozu, 1 xörək qaşığı vanil ektraktı, 250 qr böyük qəhvəyi şəkər, 125 ml zeytun və ya kokos yağı.
Hazırlanması: Bütün məhsullar qalın və yapışqan olana qədər qarışdırılır. Ağzı qapaqlı şüşə bankada saxlanılır.
İstifadə tezliyi: Həftədə bir dəfə.

ÜZ ÜÇÜN QREYPFRUT VƏ AVOKADO İLƏ ŞƏKƏRLİ SKRAB
Məqsəd: Dərini sıxılaşdırır
Bərpaedici xassəsinə görə Qreypfrutun bənzəri yoxdur. Kollagenin təbii istehsalını gücləndirməklə, bir neçə günə hamar dəriyə nail olmaq üçün əla köməkçi antioksidandır. Avokado ilə birləşməsi pilinqə əlavə güc qataraq dərinin qocalmasına ikiqat zərbə vurur.
İçindəkilər: 250 qr şəkər, yarım çəhrayı qreypfrut şirəsi, 3 xörək qaşığı avokado yağı.
Hazırlanması: Şirəçəkən maşından qreypfrutun şirəsi çıxarılır. Bütün məhsullar qarışdırılaraq şüşə bir qaba qoyulur.
İstifadə tezliyi: Gündə 1 dəfə, səhərlər.

ÜZ ÜÇÜN ÇİYƏLƏK VƏ LAYMLI SKRAB
Məqsəd: Dərini işıqlandırır
Çiyələk – təbii salis turşusu qaynağı olmaqla dəri üçün çox gərəkli təmizləmə vasitəsidir. Çiyələk – əhəng skrabı dəridəki məsamələri təmizləməyə və bir neçə gün içində dərinin işıqlanmasına kömək edən ideal pilinqdir.
İçindəkilər: 5 böyük və ya 10 kiçik çiyələk, yarım laym suyu, 1 çay qaşığı badam yağı, 4 xörək qaşığı duz.
Hazırlanması: Çiyələyi blenderdən keçirdirik püre halına gələnə qədər. Laym suyu və badam yağı əlavə edilir. Sonda isə duz əlavə edilib, qarışdırılır. Hava keçirməyən qabda bir həftə saxlanılır.
İstifadə tezliyi: Gündə bir dəfə səhərlər istifadə olunur, 5-7 dəqiqə saxlanılır və daha sonra ovxalanır.

ÜZ VƏ BƏDƏN ÜÇÜN LİMONLU – BALLI PİLİNQ EDİCİ SKRAB
Məqsəd: Günəş yanığından sonra müalicəvi pilinq
Yayda xoşagəlməz günəş yanığının nəticəsi olaraq üz və bədənimizə heç də uyğun olmayan pilinqlər edirik. Dərimizdə ölü hüceyrələrdən azad olmaq üçün evdə tez bir şəkildə limon və baldan müalicəvi skrab hazırlaya bilərik.
İçindəkilər: yarım təzə limon, 125 qram şəkər, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı bal.
Hazırlanması: Limon suyu ilə zeytun yağı qarışdırılır. Daha qatı məhlul almaq üçün reseptdə göstəriləndən bir az daha zeytun yağı əlavə etmək olar. Balı əlavə edib tez qarışdırmaq lazımdır. Sonda şəkəri əlavə edilib qarışdırılmalıdır.
İstifadə tezliyi: Gündə 2 dəfə - səhər və axşam, 2-3 dəqiqə üzə dairəvi hərəkətlərlə masaj edərək istifadə edilir. Sonra isə üz sərin su ilə yaxalanır.


Şərhlər: 6
Baxılıb: 805
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
Ciyeleyi ederem yeqin
4 iyun 2016 17:34
# 6
Her şeye gore şukur
şokolatova peçenya
maraqlı məlumatdır təşəkkürlər
4 iyun 2016 11:48
# 5
vipbetul
ehtiyagim yoxdur
4 iyun 2016 10:37
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Lazım deyil...
4 iyun 2016 10:07
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Mende beden ucun skrablari ozum hazirlayiram. Evde tetbiq edirem. Cox fayda verir
4 iyun 2016 08:51
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
hazir almaq a ustunluk verirem
4 iyun 2016 08:39
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz