Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nəmləndirici seçərkən nələrə diqqət etməli?
Nəmləndirici seçərkən nələrə diqqət etməli?
Göndərən: Tomris Müslümova
Şərhlər: 7
Baxılıb: 339
Səs ver:
Bədənimizin 70%-i sudan ibarətdir və bunun 20%-i dəri tərəfindən istifadə olunur. Bu səbəbdən dərimizin daim nəmə olan ehtiyacını müxtəlif üsullarla qarşılamalıyıq. Nəmləndirici krem və ya losyonlar dərini yumşaldan və nəmi özündə tutan kosmetik məhsullardır. Nəmləndiricilər dərinin üzərində incə bir təbəqə yaradaraq, suyun buxarlanmasını əngəlləyir, tərkibindəki su tutucular dərinin ideal nəm səviyyəsinə çatmasına kömək olur, dərinin susuzluğunu aradan qaldırır. Nəmləndirici məhsullardakı su nisbəti kremlərdə  70%, losyonlarda 90%-dir. Bu məhsullar dəriyə tətbiq olunduqda ən üst təbəqə "Korneum" suyu əmərək yumşalır. Nəmləndiricinin tərkibinə qliserin əlavə olunubsa, krem ​​havada olan nəmi də özünə çəkir.
Bəs nəmləndirici seçərkən nələrə diqqət etməli?
Nəmləndirici krem almazdan əvvəl müəyyən qaydalara əməl etməliyik. Əvvəlcə dərinizi tanımalısınız və dərinizə uyğun nəmləndirici seçməlisiniz. Dərinizin normal, yağlı, quru yoxsa qarışıq dəri tipinə aiddir? İlk olaraq bu sualı cavablandırmalıyıq. Bir çoxları üzünün yağlı ya da quru olduğunu fikirləşir, əslində böyük əksəriyyət qarışıq dəri tipinə sahibdir. Qarışıq dəri tipində T bölgəsi (çənə,burun,alın) yağlı, digər bölgələr isə qurudur. Quru dərilərə ümumiyyətlə daha qatı kremlər ya da losyonlar istifadə etmək lazımdır. Bu tip dərilərdə yağ nisbəti 15-30% olan kremlər istifadə edilə bilər. Yağlı və səpgili dəriyə sahib olanların ya tamamilə yağsız (oil-free), ya yağ nisbəti 10-15%i keçməyən yüngül nəmləndiricilər, ya da dəridəki yağ nisbətini tarazlayan (oil-control) məhsullar istifadə etmələri məsləhətdir. Dərimiz özünü 21 gündə yeniləyir. Nəmləndirici krem və ya losyonunuzun dərinizə hər hansı bir allergik təsiri yoxdursa, nəmləndiricinin dərinizə uyğunluğunu dəqiqləşdirmək üçün 21 gün ardıcıl olaraq istifadə etməlisiniz.
Nəmləndiricini dərinizə tətbiq etmək üçün ən doğru vaxt duşdan sonra və ya üzünüzü təmizlədikdən sonrakı vaxtdır. Nəmləndiricini barmaqlar yardımıyla dəriyə masaj edilərək tətbiq olunması məsləhətlidir.
Bir çox markaların nəmləndirici krem,losyonları mövcuddur. Çeşid çoxluğu seçim etməkdə çətinlik yaradır.

Clinique Moisture Surge İntense
Quru dəriniz tipiniz varsa bu nəmləndirici tam sizlikdir. Yağsız krem-gel şəklindədir.Dərini tam nəmləndirir. Gündəlik istifadə zamanı dərinin nəm səviyyəsini tarazlaşdırır.Qarışıq dəri tipinə məxsus olanlar qış aylarında xüsusilə istifadə etməlidirlər
 
Dior Capture Totale Soin Regard Multi Perfection
Capture Total adından çoxca bəhs etdirən kremdir.Quru dərililər üçün əvəzedilməzdir. Kremin xüsusiyyəti tərkibindəki faktor kompleksin üzde və boyundakı hüceyrələrə qısa müddətdə təsirini göstərməsidir.

Shiseido Future Solution
Güclü nəmləndirmə xüsusiyyətinə malikdir. Dərini nəmləndirir, canlandırır, enerjisini geri qazandırır. Masajla tətbiq olunduqda qan dövranınını surətləndirir.

Le  Weekend De Chanel
Le Weekend De Chanel istifadə zamanı həftə boyu dəri daha sağlam və parlaq görünür. Tərkibindəki gül suyu rahatladıcı təsir yaradır. Dəridəki qabıqlanmanın və nəm itkisinin qarşısını alır. Tərkibində glykolik asid var və bu asid dərinin soyulmasına kömək olur.

Kiehl’s Ultra Facial Cream
Gel və krem arasında bir quruluşa malikdir. Gündəlik nəmləndiricidir və 24 saat təsirini davam etdirir. Xüsusən soyuq havalarda dərini rahatladır. Makiyaja yeni başlayanlar üçün tövsiyyə edilir.


Şərhlər: 7
Baxılıb: 339
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
MODABAZ
Derım quru oldugu ucun krem mecburam vurum
1 avqust 2016 19:30
# 7
Heyata daim gulmek lazimdii
Kölge
Tebii vasitelere ustunluk verirem kreme yox
26 iyul 2016 15:19
# 6
Her şeye gore şukur
vipbetul
nemlendirici kremim var isdifade etmirem
26 iyul 2016 15:03
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
___Jasmin___
Nemlendirici istifade etmirem ama bildiyim qederile arko nem nemlendirisi efektlidi
26 iyul 2016 14:07
# 4
I remained behind now the mother of 14 spring -Big

Barbaris
men hemiwe Garnier ili dove istifade edirem
26 iyul 2016 09:34
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Derime uygun nemlendiricilerden istifade edirem. Derim qurudur.
26 iyul 2016 09:16
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ariel♡
Tewekkur ederim Nemlendirici krem alacaq dim.Adlarin yazdiginiz ucun cox sagolun
26 iyul 2016 07:32
# 1
Huwt
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz