Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Portağal qabığından hazırlanan möcüzəvi maska
Portağal qabığından hazırlanan möcüzəvi maska
Göndərən: guler19
Şərhlər: 5
Baxılıb: 568
Səs ver:
Portağalın qabığı C vitamini və antioksidantlarla zəngindir. 

Hətta qabığı lətli hissəsindən də faydalıdır. Ona görə də qabığın tərkibindəki antioksidantlar dərinin daha gənc görünməsini təmin edir, yaşlılıq əlamətlərini aradan qaldırır. Portağal qabığının tərkibindəki turşular sayəsində dəri ölü hüceyrələrdən təmizlənir, dəri daha parlaq və hamar görünür. 

Bu maska sayəsində sızanaqlardan xilas olacaq məsamələrin daraldığını, qara nöqtələrin azaldığını müşahidə edəcəksiniz. Maska hər dəri tipi üçün uyğun olsa da, əsasən, yağlı üz dərisinə sahib olanlara məsləhət görülür. 

Tərkibi: 

- 3 ədəd portağal 
- 2 çay qaşığı qatıq 
- 1 çay qaşığı bal 

Hazırlanması və tətbiqi: 

Portağalın qabığını soyun, xırda-xırda doğrayıb yuyun. 3 gün günəşin altında saxlayıb qurudun. Qeyd edək ki, apteklərdə hazır şəkildə qurudulmuş portağal qabığı satılır. İstəsəniz, ondan da istifadə edə bilərsiniz. 

Qabıqları blenderdən keçirərək toz halına salın. 2 çay qaşığı portağal qabığı ilə qatığı və balı qarışdırın. 

Maskanı təmiz dəriyə çəkib 15-20 dəqiqə gözləyin. İlıq su ilə təmizləyin. Daha sonra üzünüzə 3-4 dəfə buz kimi soyuq su vurun. 

Bu maskanı həftədə 2-3 dəfə çəkmək lazımdır.


Şərhlər: 5
Baxılıb: 568
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
problemim yohdur......
27 mart 2016 00:54
# 5
ɢüмüş
Portagal qabigini indiye qeder hec neye istifade etmemisem. Tewekkur. Yoxlayacam
15 mart 2016 08:50
# 4
BARBI
Portagal qapigi cox faydalidir. Derideki selulitleri yox edir, olu huceyreleri aradan qaldirir
15 mart 2016 08:39
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
maskalardan isdifade etmirem
15 mart 2016 02:23
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Menim balam
Men maska edırem xıyardan , ceferiden , ve s .
15 mart 2016 01:47
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz