Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qliserinlə üz maskaları - Yumşaq, zərif dəri
Qliserinlə üz maskaları - Yumşaq, zərif dəri
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 924
Səs ver:
Qliserin bir çox kosmetik vasitələrə - krem, maska və s. daxil edilir.
Soyuq fəsillərdə dəri tez-tez quruyur, çatlayır, qabıq verir. Bu vəziyyətdə qliserinlə olan maskalar sizə çox yaxşı kömək edəcək. Qliserin dərini daha yumşaq və təravətli edir, çox yaxşı nəmləndirir, dərinin cavanlığını qoruyur.
Qliserin iysiz, şəffaf mayedir. Qliserin çox ucuz vasitədir, onu istənilən aptekdə tapmaq olar.

Qliserinlə maska reseptləri:
- 1 çay qaşığı qliserin, 1 çay qaşığı bal, 1 çay qaşığı yulaf yarması unu (yulaf yarmasını qəhvəüyüdəndə üyüdün), 1 xörək qaşığı suyu yaxşı qarışdırın. Maska çox qatı alınarsa, bir qədər su əlavə edin.
Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
 
- 1 limon dilimini blenderdə xırdalayın, 1 çay qaşığı qliserin, 2 xörək qaşığı su, 1 yumurta sarısı, 1 çay qaşığı yağlı xama əlavə edin və yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra yuyun.
 
- Dəriniz çox qurudursa, belə maskadan istifadə edin: kiçik kartofu qabıqla bişirin, əzin, 1 xörək qaşığı ilıq süd, 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı qliserin, 1 kapsul E  vitamini (apteklərdə satılır) əlavə edib yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra ilıq su ilə yuyun.
Nəzərinizə çatdıraq ki, qliserinlə olan maskaları havası çox quru olan otaqda etmək olmaz. Bu halda maska lazım olan effekt verməyəcək.


Şərhlər:
Baxılıb: 924
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz