Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Göndərən: Svetoklana
Şərhlər:
Baxılıb: 1132
Səs ver:
Maskalarımızı hazırlayarkən:
◦ İlk öncə sizə lazım olanları hazırlayın: Şüşə qab, qaşıq, pambıq, nəmləndirici kreminiz, təmizləyici süd və losyon ilə maska edəcəyiniz təbii vəsait, yəni meyvə ya da tərəvəz vs . Bütün bu vəsaitlər çox təmiz olmalı, istifadə edilən meyvə ya da tərəvəz hər nəysə, çox təzə və yetkin olmalı, yaxşıca yuyulub təmizlənməlidir. Maska hazırlandığında dərhal istifadə edilməli, (Unutmayın: Bizim hazır aldığımız maskaların içində qoruyucu olduğu üçün uzun müddət saxlamaq olur). Əsla saxlanmamalıdır. Maskanızı sakit bir mühitdə çəkin, göz ətrafına çox yaxınlaşmadan çəkin, ən az on-on beş dəqiqə gözlətdikdən sonra əvvəl pambıqla maskanı silib sonra losyonla qalanları təmizləyin.

Bal və yumurta maskası:
Zənginləşdirən maddələrlə dərini qidalandırar və xüsusilə quru dəriləri nəmləndirir. Dərini yumşaq və hamar edir. Dəri üçün soyuq qış günlərində lazım olan nəmi təmin edir. Hazırlaması çox asandır!

Tərkibi:
• 1 çay qaşığı nəmləndirici krem
• 1 yumurta
• 1 xörək qaşığı badam yağı
• 1 xörək qaşığı bal

Hazırlanması: Yumurtanın ağı və sarısını ayırın. Yumurtanın sarısına damlalar halında badam yağını əlavə edib qarışdırın. Ardından yavaşca nəmləndirici kremi və balı qatın. Yumurta ağını da ayrı bir qabda azca çırpın və yumurta sarısını qarşıma qatıb hamısını sürüləbilecek hala gələnə qədər qarışdırın.
İstifadəsi: Qarışığı, genişcə bir fırça və ya pambıqla üz və boyun bölgəsinə çəkin və ən az yarım saat təsirini göstərməsini gözləyin. Ardından ilıq suyla yuyun.


Bal maskası:
Bal həm qidalandırıcı , həm də canlandırıcıdır. Bu maska rəngi solğun, yağlıya yaxın normal dərilər üçün idealdır. Dərini dərindən təmizləyərək canlandırır.

Tərkibi:
1 xörək qaşığı bal,
1 şxörək qaşığı yulaf əzməsi.

Hazırlanması:Bal ilə yulaf əzməsini qatışdırın.
İstifaəsi:Qarışımızı üzünüzə çəkin və 15 dəqiqə üzünüzdə saxlayın Ardından ilıq suyla durulayın.Həftədə bir dəfə tətbiq edin.

Badam maskası:
Hər dəri tipinə uyğun olan badam südü qan dövranını təşkil etdiyi kimi eyni zamanda da dərini gərərək canlandırır. Bu maska peeling təsiri dərinizi hamar edər.

Tərkibi:
• 50 qr soyulmuş badam
• 10 qr yulaf unu
• 10 qr portağal ətri
• Bir miqdar süd


Hazırlanması: Əvvəl badamı yaxşıca döyün. Ardından ilıq su qataraq bir qarışıq halına gətirib yoğurun. Qarışığın qaşıqda ayrılması çətin olana qədər yoğurmağa davam edin. Yoğurma əməliyyatından sonra qarışığa yulaf unu və portağal ətrini də qataraq hamısını 1 saat 15 dəqiqə saxlayın.. Qarışıq dinləndikdən sonra bir az süd qatın qatışdırın.
İstifadəçi: Bu qarışığı üzünüzə sürüb, yumşaq hərəkətlərlə masaj edin və ən az yarım saat təsirini göstərməsini gözləyin. Ardından üzünüzü bol suyla yuyun.

Xiyar maskası. Yağlı dəri üçün.
Soyulmuş xiyardan 5 qalın dilim blendirdə püre halına gətirilir, 2çay qaşığı alma sirkəsi və 2 çay qaşığı susam yağı, 1 yumurta sarısı yaxşıca çırpılar və hamısı blendirdə yaxşıca qarışdırılar. Üzə, boyuna və dekolteyə çəkilərək , 45 dəqiqə təsir etməyə buraxılar.

Kök maskası. Normal dəri üçün.
1 yumurta sarısı, yarım çay qaşığı zeytun yağı və bir çay qaşığı dolusu kök suyu yaxşıca qarışdırılar. Üzə çəkilir və 15 dəqiqə saxlanılır,daha sonra yuyulur.

Limon peeling. Yağlı dəri üçün.
2 xörək qaşığı incə rəndələnmiş limon qabığı, 2 xörək qaşığı yulaf unu və 6 yemək qaşığı dolusu buğda kəpəyi yaxşıca qarışdırılır və bir az su əlavə olunaraq elastik bir sıyıq halına gətirilər. Dairəvi hərəkətlərlə, 2-3 dəqiqəlik bir müddət ərzində dəri təmizlənər. Sonra bolca ilıq suyla yuyulur.

Buz maskası:
Bu maska bütün dərilərə çəkilə bilinər. Dərini gərir, toxumaları yığışdırar və hamar edir. Üzünüzə və boynunuza qalın bir təbəqə halında nəmləndirici kreminizi sürün, sonra da bir parça buzu yavaş yavaş krem üzərində gəzdirin. Bu əməliyyatı üzünüzü canlandırmağa ehtiyac duyduğunuz hər zaman təkrarlaya bilərsiniz.

Yuxarıdakı qarışıqların yanında yalnız tərəvəz, meyvə və bitkilərdən hazırlaya bəzi praktik maska tarifləri də var .

◦Çiyələk maskası: Bu meyvənin canlandırıcı və pilinq təsiri vardır, quru dərilərə məsləhət görülür. Ancaq gərici təsiri səbəbiylə on dəqiqədən çox dəridə saxlanılmamalıdır. Dörd iri çiyələyi əzərək 1çay qaşığı badam yağı, susam yağı ilə qarışdırın. Bütün üzə incə bir təbəqə halında çəkin, almacıq sümükləri üzərinə daha qalın bir təbəqə halında çəkin və 5 dəqiqə saxlayın. Ayda iki dəfə etmək kifayətdir.

Banan maskası: Kalium zəngini qidalayıcı bir meyvə olan banan solğun, köhnəlmiş həssas və quru dərilər üçün ideal bir maskadır. Ləkəsiz yetişmiş bir bananın yarısını əzərək iki 1 şorba qaşığı yulaf əzməsi ilə qarışdırın. Üzünüzə sürtün və 15 dəqiqə gözlədin. Çox bəsləyici bu maskanı həftədə bir dəfə tətbiq edin.

Portağal maskası: Meyvə turşusu yüksək olan portağal, problemli və yağlıya yaxın normal dərilər üçün təklif edilir. Bir böyük portağalı sıxıb suyunu damla damla iki çay qaşığı susam və ya badam yağının içinə qatın. Maskanı üzünüzə çəkib 10 dəqiqə gözlədin. Həftədə iki dəfə tətbiq edin.

Avoado maskası: Olduqca yüksək yağ ehtiva edən avokado, xüsusilə yorğun və quru dərilər üçün, günəş vannası qəbul etmənin ardından tətbiq olunacaq ideal bir maskadır! Yarım avokadonun içini əzib bir çay qaşığı nəmləndiriciylə qarışdırın. Qalın bir təbəqə halında üzünüzə sürüp15 dəqiqə gözlədin. Həftədə bir dəfə tətbiq edin.

Lavanta maskası; Aromaterapinin kəşfində liderlik edən bitki olaraq ona nə qədər təşəkkür etsək azdır. Lavanta yara yaxşılaşdırıcı, dəri təmizləyici xüsusiyyətləri üzündən kosmetik dünyası tərəfindən ən məşhur bitkilərin başında gəlməsi haradasa 200 ili tapır. Hələ gündəmdən düşməyən bu gözdə bitkinin şahanə aromasını da əlavə etsək lavantanı baş tacı etməliyik deyə düşünürəm. Bazardan aldığınız təzə lavanta çiçəklərini təmiz bir bezə büküb ağzını möhkəmcə bağlayaraq boxça edin və daha əvvəldən qaynatdığınız isti su dolu bir qaba qoyun, on dəqiqə gözləyin. On dəqiqə sonra süzdüğünüz suyu təmiz bir şüşəyə doldurub səhər axşam bu suyla üzünüzü yuyun. Torbada qalan lavantalar sevdiyiniz az yağlı bir nəmləndiricinizlə qarışdırıb üzünüzə sürtün. On dəqiqə gözləyin. İlıq suyla üzünüzü durulayın.

Nanə maskası; Sərinlədici və canlandırıcıdır, yorğun dərini özünə gətirir, rahatır sərinlətir. Qarışıq və yorğun dərilərə görədir. Təzə nanələrlə hazırlasanız təsiri daha da artacaq. Lavanta maskası kimi hazırlayıb 10 dəqiqə üzünüzdə saxlayın. Həftədə üç dəfə tətbiq edin.

Bundan əlavə çox soyuq havalarda evdən çıxmadan mütləq nəmləndiricinizi sürtün və dodaqlarınızı və əllərinizə qulluq edin.Əllərinizə krem sürtün, dodaqlarınıza dodaq baxım kremi çəkin.

Dəri təmziliyinizə diqqət göstərib baxımınıza da fikir versəniz dərinizin sağlamlığını və gözəlliyini uzadacakdır. Qış aylarında dəri baxımı yazılarım davam edəcək amma məndən bugünlük bu qədər. Bir sonrakı yazıya qədər özünüzə çox yaxşı baxın, çöldə havalar soyuq olsa da ürəyiniz həmişə isti olub sizi isitsin.


Şərhlər:
Baxılıb: 1132
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz