Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəriyə qulluq zamanı hansı səhvlərə yol veririk?
Dəriyə qulluq zamanı hansı səhvlərə yol veririk?
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 546
Səs ver:
Dəriyə qulluq zamanı bəzi prosesləri doğru bilərək məhz onların tətbiqinə üstünlük veririk.
Ancaq bəzi doğru bildiyimiz yanlışlar var ki, bunlar dəriyə mənfi təsir edə bilər.
Dermatec Poliklinikasının dermatologiya üzrə mütəxəssisi dr. Ata Nejat Ertekin fikrincə, gözəlliklə bağlı doğru bilinən yanlışlar bunlardır:
- Qara nöqtələrdən bantların köməyilə xilas ola bilərsiniz. Bu,yanlışdır. Çünki qara nöqtə bantları sadəcə burundakı çirkləri təmizləyir, məsamələrdə olan qara nöqtələri çıxarmaq gücündə deyil. Bantın üzərində görünən isə səthi çirklərdir.
- Selülitlərə qarşı kremlər. Bu da yanlışdır. Selülitlə mübarizədə müəyyən krem və ya gellər möcüzəvi təsir göstərə bilməz. Selülitdən qurtulmaq üçün dermatoloqa müraciət edərək onun məsləhəti ilə doğru vasitələri seçmək lazımdır.
- Günəş kremi sadəcə yayda çəkilə bilər fikri yanlışdır. Günəşin yaydığı UVA şüaları (qırışlara səbəb olanlar) bütün il boyu eyni dərəcədə güclü şəkildə əks olunurlar. Siz gözünüzlə görməyə bilərsiniz amma UVB və UVA şüalarına məruz qalan dəri yaşlılıq ləkələri, qırışıqlıqlar və ya ən pis halda dəri xərçəngi kimi ciddi problemlərlə qarşılaşa bilər. Bu səbəbdən də qışda belə üzünüzə, əllərinizin dəri növünə uyğun günəşdən qoruyucu krem çəkməlisiniz.
- Yağlı cildin nəmləndiriciyə ehtiyacı yoxdur. Yanlış fikirdir. Nəmləndirici - sağlam dəri hüceyrələrinin qorunmasında əhəmiyyətli komponentdir. Yağlı dərilərin də digər dəri növləri kimi nəmləndirilməyə ehtiyacı var. Əgər dəriniz yağlıdırsa, yağsız, su əsaslı olanlara üstünlük  verməlisiniz.
- Civzəni sıxsan xilas olarsan. Yanlışdır.  Tam əksinə, civzə əsla sıxılmamalıdır. Çünki sıxıldıqda civzənin içində olan infeksiyanı və iltihabı da yaymış olarsınız ki, bunun da nəticəsində həm üzdə izlər əmələ gəlir, həm də daha da böyüyür.
- Üzünüzü nə qədər çox yusanız, o qədər yaxşıdır fikri yanlışdır. Dərinizin yağ balansı var. Hər istədiyiniz zaman dəri təmizliyi üçün üz yumaq bu təbii balansı poza bilər. Çox təmizlənən dəri qıcıqlana, yağ balansı pozulduğu üçün sağlam görünüşünü itirə bilər.


Şərhlər:
Baxılıb: 546
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz