Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dərini təmizləyən qış maskası
Dərini təmizləyən qış maskası
Göndərən: Fialka
Şərhlər: 5
Baxılıb: 386
Səs ver:
Qara çay və onun faydaları uzun illərdir ki, mütəxəssislər tərəfindən sübut olunub. Qara çay dəri baxımı və hətta saç baxımında da istifadəedilir.
 
Müasir qadınlar gözəlliyini və gəncliyini təbii vasitələrin və bitkilərin köməyilə qoruyub saxlamağa çalışır. Qara çay hər kəsin evində olduğu üçün bu baxımdan çox əlverişlidir.
Qara çay pilinqi dərini ölü hüceyrələrdən təmizləyir, çirklə dolmuş məsamələri təmizləyir və dərinin yenilənməsinə yardım edir.
 
Pilinq etmək üçün bahalı gözəllik mərkəzinə getmək məcburiyyətində deyilsiniz. Evdə olan ərzaqlardan dərinizə uyğun olanı seçib istifadə edərək pilinqi özünüz də hazırlaya bilərsiniz.
 
Qara çay B2 vitamini, C və E vitamini, maqnezium, kalium, sink və kofein ehtiva etdiyi üçün dəri ağardıcı təsirə malikdir. Bir sözlə, bu pilinqi tətbiq etməklə qara nöqtə, sızanaq və dəri ləkələrindən qurtulub, yenidən parlaq və sağlam bir dəriyə qovuşacaqsınız.
 
Qara çay maskası üçün lazımi ərzaqlar:
1 yemək qaşığı qara çay,
1/4 stəkan qaynar su,
1 xörək qaşığı bal
1 çay qaşığı limon suyu
 
Hazırlanması:
Əvvəl isti suyu çayın üzərinə tökün və 2-3 dəqiqə dəm almasını gözləyin.  Sonra suyunu başqa bir qaba tökün. Çay dənələrinin içinə balı və limonu əlavə edin və qarışdırın.
 
Bir az duru olduğu üçün, üzünüzə tətbiq etməzdən əvvəl diqqətli olun. Gözləri çıxmaq şərtilə bütün üzə çəkin. Kənarda qalmış çay suyunu gözlərə kompres etmək olar. Bununla həm göz ətrafındakı dərini yeniləyəcəksiniz, həm də göz ətrafı şişləri aradan qaldırmış olacaqsınız. Üzdə 5 dəqiqə saxladıqdan sonra dairəvi hərəkətlərlə masaj edərək maskanı təmizləməyə başlayın və ilıq su ilə yuyun. Üzünüzü yuduqdan sonra  nəmləndirici krem çəkməyi də unutmayın.


Şərhlər: 5
Baxılıb: 386
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
mn maska istifade etmirem
7 may 2016 14:32
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
ayka95
Heleki ehtiyyac duymuram
7 may 2016 14:19
# 4
vipbetul
heleki maskalara ehtiygim yoxdu
7 may 2016 13:42
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Ferqli maskadi edecem gorum ne gorsedir
7 may 2016 13:34
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Qara cay cox faydalidir. Men goz ucun istifade edirem. Faydalidir
7 may 2016 12:09
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz