Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Parıltılı dəriyə sahib olmaq üçün nə etməli?
Parıltılı dəriyə sahib olmaq üçün nə etməli?
Göndərən: Fialka
Şərhlər: 8
Baxılıb: 980
Səs ver:
Xatırlayırsınızsa, bir zamanlar yağlı dəri qüsur hesab olunurdu. Tərləyəndə üzdə yaranan parıltını silmək üçün dərhal salfet axtarır,  yaxud bu kiçik problemi mat kirşan vasitəsilə aradan qaldırırdıq. Bu gün hər şey əksinədir. Makiyaj ustaları üzdə təbii parıltı əldə etmək üçün dəridən-qabıqdan çıxaraq müxtəlif məhsullar təklif edir.
 
Moda həftələrində də dizaynerlər podiuma çıxan qızların dərisinin nəmli görünməsi üçün hər vəchlə çalışıblar. Lakin onun düzgün həyata keçirilməsinin bir neçə qaydası var.
 
1. Əsas faktor düzgün qidalanma və yuxu rejimi, o cümlədən, dəriyə mükəmməl qulluqdur. Dəri tipinə uyğun keyfiyyətli məhsullar seçməyi unutmayın. Onların sayəsində dəri daim sağlam və parlaq görünəcək.
 
2. Dəri tipini nəzərə alıb, ona uyğun maska çəkin. Məsələn, yağlı dəriyə sahib olanlara gil maskası məsləhət görülür. Gil maskası dərini ölü hüceyrələrdən təmizləyib ona təravət bəxş edəcək. Quru dəriyə sahib olanlara isə nəmləndirici banan maskaları tövsiyə olunur.
 
3.  Çoxlu su için. Su çatışmazlığı özünü dəridə dərhal göstərir. Dəri quruyur və qırışmağa başlayır.
 
4. Hər səhər nəmləndirici kremlə dərini masaj edin. Qan dövranını artırmaq üçün dairəvi hərəkətlərlə kremi dəriyə yaxşıca hopdurun. Bu zaman dəriniz sizə minnətdar olacaq!
 
5. Mümkün qədər makiyajdan az istifadə etməyə çalışın. Üstəlik, təbii makiyaj bu il çox dəbdədir. Bu tendensiya sizə dərinin əsl gözəlliyini nümayiş etdirmək və onu ağır makiyajla boğmamaq üçün əla fürsətdir. Odur ki, dərini kosmetik məhsulların hücumuna məruz qoymayın.
 
6. Şəffaf tekstura seçin və dərinin tələbatını nəzərə alın. Əgər dərinin dəyişkən tonu sizi narahat edirsə, makiyaj üçün yüngül və sulu tonal kremlər seçin. Bu cür məhsullar dəriyə zərər vermədən qüsurları ehmalca örtür.
 
7. Dəriyə təbii parıltı vermək üçün həddi aşmaq lazım deyil. Burada balansı qorumaq çox əhəmiyyətlidir. Əgər günortadan sonra sizin dəriniz yağlı görünürsə, o halda gözün kənarlarına, burun sümüyünə az miqdarda olmaq şərti ilə toz halında satılan şəffaf kirşan çəkin. Kirşan dərinin yağlılığını azaldaraq parıltını səliqəyə salacaq. Beləcə, üzünüz gün ərzində nur saçacaq.
 
8. Əgər təbiət sizi sağlam və gözəl dəri ilə mükafatlandırıbsa, o zaman heç nə çəkməyin. Onsuz da, ideal dəri gözəlliyinizi  vurğulayır. Lakin ona qulluq barədə unutmayın. Gündəlik makiyaj üçün dodaqlara neytral tonlarda balzam və tuş çəkmək kifayətdir. Bu, ən müasir, sürətli və ən ucuz gözəllik trendidir.


Şərhlər: 8
Baxılıb: 980
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
HEBERE GORE ENEDE TESEKULLER........
19 aprel 2016 18:27
# 8
vipbetul
uzun pariltili olmasiycin ilk onge orqanizmalarimiz saqlam olmalidir
13 aprel 2016 01:48
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
Ayaq üste yatiram nə yuxu rejimi. Su icen deyilem cay icirem.
12 aprel 2016 20:04
# 6
Barbaris
twkler xebere gore
12 aprel 2016 16:27
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Totu
Xebere gore tewekkurler
12 aprel 2016 14:49
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
sizin 1205
Uşaqli adam gece seherecen 20defe ayaga qalxiramsa hansi yuxu rejiminnen danişim
12 aprel 2016 14:19
# 3
L
BARBI
Derim cox parlaqdir. Bunun ucun xususi maskalar edirem.
12 aprel 2016 12:23
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Hər şeyin əvvəlində düzgün qidalanmaq durur.Suyun organizma üçün faydasıdaki danılmazdır.Amma organizmadan organizmaya fərq var.Elə adam var ki,çox su çəkini artırır.Elə insanda var ki,su arıqladır.Buna diqqət etmək lazımdır.Təşəkkürlər.
12 aprel 2016 12:11
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz