Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dərinin qocalmasının qarşısını alan 6 ən yaxşı vasitə
Dərinin qocalmasının qarşısını alan 6 ən yaxşı vasitə
Göndərən: emis
Şərhlər: 4
Baxılıb: 1200
Səs ver:
Orqanizmin qocalması təbii prosesdir. Bu prosesi dayandırmaq mümkün olmasa da, xeyli ləngitmək mümkündür. Qadınları ən çox narahat edən problemlərdən biri üz dərisinin qocalmasıdır. 
Oxucularımıza dərinin qocalmasını ləngidən ən effektli maddələr haqqında məlumat vermək istərdik. 
- Antioksidantlar
Ən tanınmış antioksidantlar E və C vitaminləridir. Bu vitaminlər hüceyrə səviyyəsində orqanizmin qocalmasını ləngidir. Dərinin cavanlığını saxlamaq üçün qadın həm bu vitaminlərlə zəngin olan qidaları yeməli, həm də tərkibində bu vitaminlər olan kremləri, maskaları istifadə etməlidir. 
Ev şəraitində E vitamini damcılar şəklində (apteklərdə satılır) kremlərə və maskalara əlavə etmək olar. 
Dərimiz üçün ən faydalı məhsul zeytun yağıdır. Bu yağ E vitamini, Omeqa-3 və Omeqa-6  yağlı turşularla zəngindir. Əksər kosmetoloqlar məhz zeytun yağını üz dərisi üç ən faydalı hesab edir və maskalara əlavə edirlər. Həmçinin yaxşı keyfiyyətli zeytun yağını üz dərisinə krem kimi çəkmək olar. 
- A vitamini (retinol)
Bu vitamin kiçik qırışları hamarlayır, dərinin rəngini yaxşılaşdırır, piqment ləkələri azaldır, dərini nəmləndirir. Retinol bir çox cavanlaşdırıcı kremlərə və maskalara daxil edilir. 
A vitamini damcılar şəklində evdə hazırlanan kosmetik maskalara əlavə etmək olar. 
- Coenzym (koenzim) Q10 
Bu maddə hüceyrələrin yenilənməsində, dərimizi dartılmış və cavan edən kollaqenin yaranmasında iştirak edir. 25 yaşından sonra kollagenin orqanizmdə yaranması ləngiyir, dəri tədricən öz elastikliyini itirir, sallanmağa başlayır. Tərkibində Coenzym Q10 maddəsi olan kremlərdən istifadə edin. 
- Hialuron turşusu
Bu maddə tibdə və kosmetologiyada çox geniş istifadə olunur. Hialuron turşusu cavanlaşdırıcı təsirə malikdir. 
Bu maddə bizim orqanizmdə yaranır və dərinin təbii nəmləndirməsini təmin edir. 25 yaşından sonra hialuron turşusunun orqanizmdə yaranması azalır ki, nəticədə dəri qurumağa başlayır, qırışlar yaranır. 
Hal hazırda hialuron turşusu suni olaraq sintez olunur və dəriyə yeridilir. Cavanlaşdırıcı effekt praktik  olaraq dərhal görünür. 
- Peptidlər
Bu aminturşular birləşmələri dərinin elastikliyini qoruyur və dərini nəmləndirir. Peptidlər cavanlaşdırıcı kremlərə daxil edilir və çox yaxşı effekt verir. Belə kremlər həmçinin "botoks effektli" kremlər kimi tanınır.  
- Adi su
Bu ən ucuz və eyni zamanda effektli vasitədir. Müasir insanlar daha az təmiz su içir. Bu isə dərinin vaxtından tez qocalmasına səbəb olur. Hər gün acqarına 1 stəkan təmiz su için. Gün ərzində isə təxminən 2 l su için (buna əks göstərişlər yoxdursa). Suyu az-az (1/3-1/2 stəkan) və daha tez-tez için. Bir müddətdən sonra siz dərinin vəziyyətinin yaxşılaşmasını hiss edəcəksiniz.


Şərhlər: 4
Baxılıb: 1200
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
ehtiyacim yohtu enede tesekuller.....
19 aprel 2016 18:36
# 4
Totu
Xebere gore tesekkurler
9 aprel 2016 16:02
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
Hele bele vasitelere ehtiyagim yoxdur
9 aprel 2016 15:58
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Derinin qocalmamasi ucun onu tez tez nemlendirmek lazimdir. Coxlu baxim gostermeliyik
9 aprel 2016 12:10
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz