Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pulunuz cibinizdə qalsın
Pulunuz cibinizdə qalsın
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 937
Səs ver:
Gözəl bir dəriyə sahib olmaq və illərə meydan oxumaq hər qadının xəyalıdır. Bu baxımdan məhz dərimiz xarici görünüşümüzün ən mühüm parçasıdır. İstədiyimiz qədər gözəl bir dəri və cizgilərə sahib olaq, ancaq dərimiz sağlam deyilsə, bunun heç bir qiyməti olmaz.

Evdə dərini cavanlaşdırmağın yollarını təqdim edirik.

Ən sadə yolu sağlam qidalanmaqdır
Gözəl dəriyə sahib olmağın yolu onu qorumaqdan və baxımdan keçir. Dərinin qırışmaması, sallanmaması və ləkələnməməsi üçün ediləcək nəsnələr əslində çox sadədir. Ən asan yol isə sağlam qidalanmaqdır.

Dəri üçün bədənə lazımlı vitamin, mineral, antioksidan və protein qəbulu şərtdir. Buna görə öz balansında ət, süd məhsulları və çərəzlər yemək, qidalanmada meyvə, tərəvəz və paxlalılara yer vermək lazımdır. Onu da unutmayın ki, yüksək karbohidratlı qidalar dərini yaşlandırır, qırışdırır, sallanmasına səbəb olur. Buna görə xəmir işi və şəkərli qidalardan uzaq durun.

Erkən yaşda dəridəki sallanma və üz ovalının pozulmasının ən əsas səbəblərindən biri isə kökəlib arıqlamaqdır. Buna görə kökəlməməyə çalışın.

Qırışmanın ən əsas səbəbi günəşdir
Üz dərisinin qırışmasının ən vacib digər səbəbi isə günəşdir. Təəssüf ki, sadəcə yayda deyil, qışda da pəncərənin arxasında otağa saçan günəş şüaları bizi yaşlandırır. Yay, ya qış demədən bayıra çıxarkən ən az 30 qoruyucu faktorlu günəş kremi vurmağı unutmayın. Bu arada göz ətrafı və boyun dərisini də günəşdən qorumağa laqeyd yanaşmayın.

Dərimizin ifraz etdiyi yağlar çox sevilməsə də, əslində çox faydalıdır. Misal olaraq, dərinin sebum yağı dəri üçün faydalı olan vitamin, mineral, antioksidan tərkiblidir. Sebum dərini qidalandırır. Sebum az olan bölgələrdə hüceyrə də azdır. Bu kasadlıq gözətrafı, boyun və əllərdə daha çox olduğundan həmin bölgələr daha tez qırışır və sallanır. Bu, eyni zamanda quru dərilərin niyə tez qırışdığını da açıqlayır. Buna görə gözətrafı, əl və boyun bölgələri üçün gənc yaşlardan etibarən zəngin nəmləndirici kremlər istifadə edilməlidir.

Üz qırışması və sallanmasına səbəb olan bir digər səbəb isə üzüstü və ya yan yatmaqdır. Əslində ən ideal yatış forması kürəyi üstə olsa da, bir çox insan bunu bacarmır. Ancaq  kürəyi üstə yatmağı vərdiş halına gətirin.

Kök və şiş üzlər daha tez sallanır. Bu cür üzlərə hər səhər masaj edilməlidir. Gözətrafı, alın, orta və alt üz və boyuna içəridən bayıra doğru drenaj masaj etmək dəridə yığılan mayeləri ataraq üzə ağırlıq etməsinə və buna bağlı sallanmasına əngəl olur. Sabahlar üz şişdiyi üçün masajlar erkən saatlarda edilməlidir.

Mətbəxdəki qidalardan faydalanın
Mətbəximiz möcüzələrlə doludur. Bunlardan faydalanmaq lazımdır. Limon, kivi, üzüm, alma, naringi, portağal kimi nə qədər meyvə varsa, duşa girmədən əvvəl dərinizə sürtərək vitamin və antioksidanla dərinizi doldura bilərsiniz.

Ancaq bunu etdikdən sonra dəridə göynəmə, ya qaşınma hiss edilsə, dəri dərhal yuyulmalıdır. Dərisi quru olanlar zeytun yağı, qarğıdalı yağı və üzüm çəyirdəyi yağından faydalana bilərlər. Yulaf və kəpəkdə dərini sakitləşdirən maddələr və B vitamini var. Dərisi həssas olanlar isə yulaf və kəpəyi bir tülbənd içində ilıq suda 10 dəqiqə saxladıqdan sonra tülbəndi sıxsın, sıxılan suyu üzlərinə sürtsünlər. Dəridə 5 dəqiqə saxladıqdan sonra durulasınlar

Pilinq həftədə bir dəfə edilməlidir
Səhərlər dəmlədiyiniz çay artıq qalıbsa, bununla üzünüzü yuyun və sonra su ilə durulayın. Çaydakı maddə şişkinliyi götürür və polifenollarla qidalandırır. Pilinqlə dərini canlandırmaq üçün düyü unu, dərisi həssas olanlar isə yulaf unu götürsünlər. Duş zamanı bu unlardan bir çay qaşığı götürüb üzünüzü ovun və sonra durulayın.

Unutmayın, pilinqi həftədə bir dəfə edin.


Şərhlər:
Baxılıb: 937
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz