Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qışda dərimizi necə qoruyaq?
Qışda dərimizi necə qoruyaq?
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 697
Səs ver:
Soyuq havada dəri xüsusi qulluq tələb edir.

Dərinin gözəlliyini hər fəsildə qorumaq lazımdır. Amma qışda - şaxtalı soyuq havalarda bu xüsusi diqqət tələb edir. 

Yay günəşinin altında çox qalmağın dəri üçün təhlükəli olduğu kimi qışda da soyuq hava fəsadlara yol aça bilər. Qadınlar.biz  qışda da gözəl və hamar dəriyə sahib olmağın 12 yolunu oxucularına təqdim edir.

Mövsümə uyğun qulluq
Payız və qış aylarında dəriyə qulluq məqsədi ilə aldığınız kremlərin istifadə qaydalarına diqqət edin. Paltarları fəslə uyğun neçə seçirsinizsə kremləri də elə seçin. 

Bir krem azdır
Yaz-yay aylarında sadəcə bir krem kifayət edir. Qışda isə məsələn həm nəmləndirici, həm də qidalandırıcı kremlər alın və istifadəedin. 

Əlləri unutmayın
Əlləri insanın yaşını ələ verən ilk yoldur. Üzünüz, saçınız, formanızı qoruyaraq gənc görünmək istəyirsinizsə, əllərə qulluğu unutmayın. Ancaq əl kremi ilə kifayətlənməyin. Soyuq havada çölə əlcəksiz çıxmayın. Kremdən ev şəraitində də istifadə mütləqdir. 

Ətiri bədənə yox, geyimə vurun
Dermatoloqlar qışda ətirdən çox istifadə etməməyi məsləhət görürlər. Çünki qalın paltarda onun tərkibindəki spirt sovrulmur və dərini qurudur. Ətirdən ümumiyyətlə istifadəni dayandırmaq mümkün deyil. Ona görə də, onu geyimə vurun.

Dərini nəmləndirin
Əgər dəriniz qurudursə qış aylarında tərkibində spirt olan toniklərdən istifadə etməyin. 20 yaşından sonra göz ətraflarına xüsusi serum kimi dermokosmetik məhsullardan istifadə edə bilərsiniz.

Təmizliyə diqqət edin
Dərinizdə yaranacaq codluq və dəridə yaranacaq çatların yaranmaması üçün qış aylarında duşdan daha çox istifadə edin. Duşdan sonra nəmləndirici kremlərdən istifadə etməyi unutmayın. 

Qış aylarında duş geli əvəzinə duş kremi ya da duş yağı istifadə edilməsi məsləhət görülür. 

Pilinq zamanı
Plinq üçün ən yaxşı vaxt qış aylarıdır. Dərinin gözəlliyi üçün ölü hüceyrələrin təmizlənməsi şərtdir. 

Bol su və Omega-3 qəbul edin
Bol su içmək ancaq yay aylarında deyil bütün fəsillərdə lazımdır. Soyuq havada susuzluq hiss edilməsə də dərinin nəmliyə ehtiyacı var.

Dodaqlarınızı qoruyun
Havanın soyuq və şaxtalı olması ilə əlaqədar olaraq dodaqlarımızda çatlar yaranır. Dodaqlarınıza yatmamışdan qabaq, xüsusi nəmləndirici dodaq kremindən istifadə edə bilərsiniz. 

Ayaqlara xüsusi diqqət edin
Qışda ayaqlarım onsuzda görünmür deyərək onları qulluqdan məhrum etməyin. Hər duşdan sonra ayaqlarınıza mütləq nəmləndirici losyon sürtün. Xüsusilə tərkibində qliserin olan kremləri seçin.


Şərhlər:
Baxılıb: 697
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz