Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üzdəki qara nöqtələrin müalicəsində limon suyu və qatıq istifadəsi
Üzdəki qara nöqtələrin müalicəsində limon suyu və qatıq istifadəsi
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 1225
Səs ver:
Dermatoloqlara görə çox məsaməli və yaxşı təmizlənməmiş dəriləri qara nöqtələr üçün qaçınılmaz bir problem olaraq qəbul etmək olar. Həmçinin mütəxəssislər bu qara nöqtələrin yaranmasının qarşısının alına biləcəyinin mümkün olduğunu da bildirməkdədir. Dərialtı vəzilərin ifraz etdiyi yağ və müxtəlif maddələr dərinin xarici təbəqəsinin qidalanması üçün faydalıdır. Dəridə olan məsamələr isə bu ifrazat üçün kanal təşkil etdiyindən dərinin allergiya və ətraf mühitin kirliliyindən qorunmasına və qidalanmasına köməkçi olurlar. Bədəndə olan bu məsamələr insan sağlamlığı üçün olduqca önəmlidir. Əgər bu məsamələr olmasa idi, bədənimizdə olan yağlar dərinin altında qalar və kistlərin yaranmasına səbəb olardı. Bu da infeksiyaların yaranmasına gətirib çıxara bilərdi. Ancaq çox məsaməli dərilərdə bədən və üz dərisinin təmizliyinə diqqət edilmədikdə qara nöqtələr əmələ gələ bilər. Davamlı qulluq və görünüş baxımından bu qara nöqtələrin tez-tez təmizlənməsi vacibdir. Qara nöqtələrin aradan qaldırılması və təmizlənməsində təbii üsullar istifadə etmək lazımdır. Çünki həkimlərin məsləhəti olmadan istifadə ediləcək dərman və kosmetik vasitələr bədən sağlamlığı baxımından zərərli ola bilər. Qara nöqtələrin təmizlənməsində və yaranmış pis görünüşün aradan qaldırılmasında ən təsirli və asan üsul limon suyu ilə qatıq qarışığının üzə və dəriyə çəkilməsidir. 1 kasa qatıq və bir qədər limon suyu ilə olduqca gözəl və qara nöqtələrdən təmizlənmiş bir dəriyə sahib ola biləcək, həmçinin pis görünüşə səbəb olan sızanaq və potensial ləkələrdən qurtulacaqsınız. Bu qarışığı hazırlamaq isə həm asan həm də ucuzdur.

Hazırlanma və istifadəsi:
Bir kasa qatıq və bir qədər limonun suyu ilə maska hazırlanır. Gözlərə təmas etməyəcək şəkildə üzünüzə çəkilir. 15 dəqiqə gözlədikdən sonra üzünüzdə qurumuş bu maskanı suyun köməyi ilə təmizləyin. Bunun sayəsində asanlıqla qara nöqtələrdəm qurtulmuş olacaqsınız. Bu maskanın tərkibində olan limon suyu dərini dezinfesiya edir, qurudur və qara nöqtələrin itməsinə yardım edir. Qatıq isə dərini qidalandıraraq nəmləndirir və yağ miqdarını nizama salır. Bu maskanı həftədə bir dəfə istifadə edərək təbii və zərərsiz bir şəkildə təmiz bir dəriyə, baxımlı və sağlam bir üzə sahib ola bilərsiniz.


Şərhlər: 11
Baxılıb: 1225
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BR
IKIDEFE ELEMISEM...........
2 aprel 2016 22:53
# 11
Ayka I-va
xebere gore twk
1 aprel 2016 18:14
# 10
Nemka Matata
yumurtanin agi ile olan maskada eladir
1 aprel 2016 01:11
# 9
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
1 aprel 2016 00:00
# 8
vipbetul
ele prablemim yoxdur sukur
31 mart 2016 23:56
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Zuzu26
Istifade ederik inşalla yaxşı nəticəsi olar.burnumun üstündə olur mende.
31 mart 2016 22:41
# 6
Mən bu həyatda ən çox ana olmağı sevdim
Sara035
Rahat usuldu istifade etmek olar qara noqte prablemim yoxdu ama derim tez quruyur
31 mart 2016 21:21
# 5
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
aziz a
Elede çox deyıl,ama burnumun üstünde herden gorsenır,sabahdan baslayıram heftede bır defe bu maskanın icrasına...teşekkür
31 mart 2016 19:49
# 4
Qelbim doludu !!!!
Asya
Qara noqteleer olmur uzumde.ama arada bir sizanaq olur,qatiq maskasi uz ucun effektli olur,istifade etmiwem.ama limonla birlikde istifade etmemiwem.
31 mart 2016 19:25
# 3
mawa1
Mendede burnumun uzerinde var bilmirdimki ne edim.tesekkur edirem xebere gore mutleq sinagdan kecirecem.etir
31 mart 2016 19:04
# 2
BARBI
Bu usuldan istifade etmisem. Qara noqteleri tertemiz edir
31 mart 2016 19:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz