Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mərci ilə arzuolunmaz tüklərə son
Mərci ilə arzuolunmaz tüklərə son
Göndərən: Denizimm
Şərhlər:
Baxılıb: 1992
Səs ver:
Arzuolunmaz tüklər xanımların ən böyük problemlərindən biridir. Ondan xilas olmaq üçün müxtəlif vasitələrə, o cümlədən, lazer epilyasiyasına pul tökməyin, çünki evdə hazırlaya biləcəyiniz maskalarla tükləri azalda bilərsiniz.

Üz üçün limon maskası:
Üzdəki tüklərdən xilas olmaq üçün ən effektli vasitə limon maskasıdır.
Tərkibi:
2 xörək qaşığı şəkər tozu
10 xörək qaşığı su
2 çay qaşığı limon şirəsi

Hazırlanması və tətbiqi:
Şəkər tozunu suda əridin. Sonra limon şirəsini əlavə edin. Bu qarışığı üzünüzə çəkib 15-20 dəqiqə saxlayın. Daha sonra bərkimiş maskanı əlinizlə ovub tökün. Maskanın effektini daha tez görmək üçün həftədə iki və ya üç dəfə çəkməlisiniz.

Bədən üçün mərci maskası:
Ayaq, qol, kürək, qarın kimi bölgələrdəki tüklərdən xilas olmaq üçün mətbəxinizdəki vasitələrdən yararlanın.
Tərkibi:
1 ədəd kartof
1 kasa sarı mərci
1 xörək qaşığı bal
4 xörək qaşığı limon şirəsi

Hazırlanması və tətbiqi:
Sarı mərcini 12 saat suda saxlayın. Kartofu bişirib əzin (və ya çiy kartofu sürtgəcdən keçirin). Mərci ilə kartofu qarışdırıb xəmir halına salın. Qarışığa limon şirəsini də əlavə edin. Əldə etdiyiniz maskanı arzuolunmayan tüklərin dibinə çəkin və 20-30 dəqiqə saxlayın. Maska quruduqdan sonra ovaraq təmizləyin.
Bu maskanı həftədə 2-3 dəfə çəkmək lazımdır


Şərhlər:
Baxılıb: 1992
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz