Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəriyə gecə qulluğu
Dəriyə gecə qulluğu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 819
Səs ver:
Həmişə cavan görünmək istəyirsinizsə, dərinizə yalnız gündüz deyil həmdə gecə qulluq edin.

Vaxtı tələsdirməyin
Gecə kremlərindən hansı yaşdan istifadə etmək olar? Kosmetoloqlar deyirlər ki, 25 yaşa qədər bu vasitələrdən istifadə etməyə o qədərdə ehtiyac yoxdur. Dəri özünübərpaetmə funksiyasını tam yerinə yetirir. Gənc qızlara yüngül nəmləndirici gündüz kremi kifayət edir. Lakin istisna quru dərilər təşkil edir. Bu tip dərilər tez qocalır və siz gecə kremlərindən artıq 18-20 yaşından başlayaraq istifadə edə bilərsiz. Burada əsas o dur ki, kremlər qocalmaya qarşı yox, gənc dəri üçün nəzərdə tutulsun. "Anti-age” kremlərindən 25-27 yaşlarından başlayaraq istifadə olunmalıdır.

Gəncliyinizi uzadın
25-27 yaşlarından başlayaraq artıq ilk qocalıq əlamətləri üzə çıxmağa başlayır: mimik qırışlar, hüceyrə dəyişimi yavaşlayır, üz rəngi solur. Artıq gecə kremlərindən istifadə zamanıdır. Bunlar ilk qocalıq əlaməti olan dərilər üçün kremlər olmalıdır. Burada aktiv nəmləndirici, bitki oksidantları, miorelaksantlar, qırışları sakitləşdirəcək maddələr var.

Dəri üçün təcili yardım
30 yaşdan sonra gecə kremləri daim sizin istifadənizdə olmalıdırlar. Artıq dəri hüceyrələrin özünübərpa gücü zəifləyir. Onlara köməyə kremlərdəki meyvə turşuları, Q10 koenzim, qialuron turşusu, A, C və E vitaminləri, omeqa-turşusu, bal, aloy, bitki yağları, yaşıl çay, üzüm ekstraktları və bir çox bitki antioksidantları gələcək.

Məsləhətlər
Gecə kremləri üçün ən ideal vaxt – axşam saat 8-9-dur. Bu saatlarda dəri hüceyrələri bərpaya daha aktivdilər. Axşam saat 11-dən sonra üzünüzü yuyub, yüngül toniklə təmizləməniz məsləhətlidir. Çünki bu saatlarda limfa dövranı zəifləyir, qan təzyiqi aşağı düşür və bu da bəzi səpki və şişmələrə gətirib çıxarda bilər.
Kremin çox olması hələ yaxşı effektin olması demək deyil. Artıq krem hüceyrələrin nəfəs almasına maneə törədir və eyni şişmələrə gətirib çıxarda bilər. Bunun üçündə 10-15 dəqiqədən sonra üzünüzdəki artıq kremi kağız dəsmal ilə götürməniz məsləhətdir.
Kremi yatmamışdan əvvəl ən azı yarımsaat tez istifadə edin, əks halda o, dəriyə hopmayacaq və yatağa yayılacaq.
Altı saatdan az yatmayın. Çünki dəri hüceyrələri yalnız altı saata tam bərpa olunurlar. Əks halda dəri əzgin görünəcək.
Yaxşı olardı ki, gündüz və gecə kremləriniz eyni markadan olsun ki, onlar bir birini tamamlaya bilsinlər. Əgər ayrı ayrı markaların kremlərindən istifadə etsəniz, bu zaman səpki yarana bilər.
Yatmaq üslubunuza da fikir verin. Boynunuzu sinəyə sıxmaqla çox yatsanız, boyun nahiyənizdə qırışıqlar çoxalacaq daha da dərinləşəcək. Əgər hər zaman eyni yanda yatırsızsa, üzünüzün o yan hissəsi daha da qırış olacaq. Ən ideal yatış üslubu, belüstündə çənə yuxarı üslubudur.


Şərhlər:
Baxılıb: 819
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz