Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sızanaq maskaları
Sızanaq maskaları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1020
Səs ver:
Təxəyyülün sərhədləri bir çox dəyişik sızanaq maskaları ortaya çıxarmışdır. Bunlardan bəziləri bunlardır: Bal maskası, portağal maskası, nar və limon qarışığı maskaları. Bunları ya da mətbəxinizdə tapa biləcəyiniz hər cür meyvə tərəvəzi özbaşınıza dəyişik nisbətlərdə rəndələyib, qarışdırıb, qaynadıb yüzünüzə sürtüb 10-15 dəqiqə gözləyərsiniz və sonra ilıq suyla üzünüzü yuyarsınız.

Nə qədər asandır elə deyilmi ?
Əslində bu maskaların faydaları çox azdır ya da bəzi kəslərdə heç bir işə yaramazlar. Xaricdə macərapərəst və zəngin olanlar isə Shizuka New York müalicəvi sularında geyşa üz baxımı etdirir. Burada üzlərinə bülbül gübrəsi tətbiq olunur. Bəli üzlərinə quş nəcisi davam etdirib üstünə bir də pul verib bundan sızanaqları üçün mədət edən insanlar var.

Daha da irəli gedənlər də var. Spirt və çiy yumurta sarısının qarışığı maska ilə üzü ovma, seksə ara vermə üsulu hətta öz sidiyi ilə üzünü təmizləyənlər kimi fövqəladə üsulları sınayanlar var. Əlbəttə bu üsulların heç bir elmi dayağı yoxdur.
Sızanaq üçün heç bir möcüzə həll olmamasına baxmayaraq, yaxşı xəbər isə sızanağın idarə edilə bildiyidir və bir çox hadisədə sızanaqlar uyğun müalicə ilə böyük nisbətdə sağaldıla bilinir.

Sızanaqların müalicəsi üçün möcüzə bir sızanaq maskası xəyalındən uzaq durun. Əgər olsaydı, hər kəs o maskanı istifadə etməzdimi? Onun yerinə dermatoloqunuzun yanına gedib, onun təklif edəcəyi kremləri istifadə etmək və dərinizi təmiz tutmağa yarayacaq təmizləyicilər ilə dərinizin baxımını etmək ən doğru və etibarlı olan tək yoldur.
Gerçəkdə işə yarayan, elmi olaraq sübut edilmiş tək şey budur. Sızanaqların dərmanla müalicələri və gündəlik dəri baxımıdır. Əlbəttə bir az səbir də bunlara əlavə olunmalıdır.

Bazarda bir çox sızanaq məhsulları Benzoyl peroxide və Salicylic acid tərkiblidir. Benzoyl peroxide dəri məsamələrinə girərək işləyər və dərinin dərinliyində böyüyən sızanağa səbəb olan bakteriyalara təsir edər. Salicylic acid, ölü dəri hüceyrələrinin ən üst təbəqələrini çıxararaq işləyər. Bu, dərinin özünü yeniləməsi üçün dəriyə sürətli bir şəkildə kömək edər və məsamələrdə ardınca bir sızanaq meydana gəlmə şansını da azaldar.

Dr. Gan Wong, yaşıl çay ilə əldə etdiyi kremi benzoyl peroxide ilə qarışdırır və sızanaq üçün bir az daha yaxşı bir həll tapdığını açıqlayır. Nəticələrini dermatoloji kürsüsü Amerika da akademiyanın illik 2003 yığıncağında təqdim etdi. Bu hələ elmi işlə dəstəklənilmir. Yenə də bunun, yaşıl çayın təbii anti-bakteriyal xüsusiyyətinin sızanağa təsirli ola bildiyini göstərər desək zənnimcə səhv olmaz.

Evdə edəcəyiniz sızanaq maskaları, yağ bezlərinin çıxardığı yağı götürməli yəni sebum miqdarını azaltmalı, yeni dəri hüceyrələrinin istehsalına köməkçi olan vəsaitləri istifadə etməli, eyni zamanda anti-bakteriyal xüsusiyyəti ilə də bakteriyalara təsir etməlidir. Amma təəssüf ki, evdə bu növdən bir maska edə bilməzsiniz.

Ancaq yenə də hökmən maska deyənlər üçün üzüm və xiyar tərkibli maska hazırlaya bilərsiniz. Bu maska bakteriyalara təsir edə bilməz, yeni hüceyrə meydana gəlməsinə dəstək verə bilməz , yağ kanallarını dərindən təmizləyə bilməz amma bellli bir miqdarda da olsa məsamələri açmağa faydası ola bilər.

Əvvəl üzünüzü çox yaxşı təmizləyin. Üzünüzü yandırmadan, yavaşca, müəyyən bir məsafədən ocaqdakı tavada qaynayan suyun buxarına üzünüzü yaxınlaşdırın. Bir müddət sonra məsamələrinizin açılmağa başladığını hiss edərsiniz. Bu nöqtədə bir maskanı üzünüzə tətbiq edin. 10-15 dəqiqə ətrafı maska üzünüzdə qalsın və uzanıb rahatlaşmağa çalışın.

Sızanaq
Meyvə tərəvəzlərdən dərinizə görə birini seçib mətbəx robotundan püre halına gətirib çox suyunu süzə bilərsiniz. Ya da kahı kimi yarpaqlıdırsə 3 dəqiqə qaynadıb sununu süzdükdən sonra dərinizi yandırmayacaq qədər soyumasını gözləyin və dərinizin üzərinə qoyun.

Daha sonra isti suda batırılan kiçik bir əl dəsmalı ilə maskanı təmizləyin və sızanaqlar üzərinə çox yüngül təzyiqlər etməyi sınayın. Bu nöqtədə bəzi sızanaqlar asanca çıxa bilər amma çox sərt olanları əsla məcbur etməyin, iz buraxmalarına səbəb ola bilərsiniz. Gələcək səfər digərlərini çıxarmaq üçün təkrar tətbiq edə bilərsiniz. Sonra üzünüzü bol su ilə yuyun və sızanaq üçün kremləriniz varsa onu istifadə edin.


Şərhlər:
Baxılıb: 1020
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz