Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dərinizə kivi təzəliyi
Dərinizə kivi təzəliyi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 580
Səs ver:
Kivi sevirsinizmi? Bu tropik meyvə bir neçə il əvvəl yalnız bəzi meyvəsatanlarında satılırdı. Artıq bazarlarda, marketlərdə rahatca tapmaq mümkündür.
Kivi çox xüsusi bir meyvədir. Bütün meyvələrdə olduğu kimi onun da içində turşular və daha çox C vitamini var. Kivinin bir başqa xüsusiyyəti də həzminin çox asan olmasıdır. Ümumiyyətlə yeməkdən dərhal sonra meyvə, mədəni şişirər və yediklərimizin yağa çevrilməsini asanlaşdırar. Bu mövzuda istisna olan iki meyvə vardır, biri çiyələk digəri də bu gün mövzumuz olan kivi.
Turşular dərinizi yeniləyər: Meyvə turşuları dərimizin səthindəki ölü dəri təbəqəsini yüngülcə soyarlar. Yəni "peeling” edərlər. Beləcə dərinin rəngi canlanar, yumşalar və yüngül ləkələr, qara nöqtələr azalar. Ölü dəri atıldığı üçün dəri yenilənər, kolagen sintezi canlanar, içdən xaricə doğru dolğunluğu və elastikliyi artar. Meyvə turşularında mikrob törəməsi çətindir. Bütününün anti bakteriyal xüsusiyyəti vardır. Bu səbəblə sızanaqlara da çox yaxşı təsir edir.

Vitaminlər bəsləyər
C vitamini baxımından ən zəngin meyvələrdən biri kividir. C Vitamini isə kolagenin ən yaxşı qidalarındandır. Bundan başqa kivi, bir miqdar B vitamini və zəngin minerallarla doludur. Məsələn kalsium, maqnezium və fosfor kimi. Hamısı da dərimizə faydalıdır.

Kivi maskaları
Sizin üçün hazırlanması ən sadə olan maskalardan bir neçə nümunə verəcəyəm. Əsasında möcüzə kivi kremləri də edilə bilər amma onlar bir az daha çox vəsait və diqqət istəyərlər. Aşağıdakı üsulları isə asanca tətbiq edə bilərsiniz. Hansını seçsəniz seçin, ardından üzünüzü ilıq və soyuq suyla çalxalayıb, yumşaq bir dəsmalla ovalamadan qurulayın. Sonra nəmləndiricinizi sürtün.

Dilimlənmiş kivi halqaları
Çox yetişməmiş bir kivinin qabıqlarını bir pərdə kimi soyun, sonra iti bir bıçaqla, mümkün olduğu qədər incə dilimlərə ayırın. Ardından rahatca uzanıb, hətta bir də musiqi sədaları altında bu halqaları üzünüzə yerləşdirin. Dəri tipinizə bağlı olaraq 5-15 dəqiqə qədər bu şəkildə istirahət edin.

Kivi suyu ilə kompres
Kiviyi əvvəl preslə və ya blender ilə mayə hala gətirin. Sonra steril bir sarğı bezini hazırladığınız kivi sununa batıraraq, yüzünüzə kompres edin. Bu əməliyyatı 10 dəqiqə qədər davam etdirə bilərsiniz.

Kivi suyu + gil
Kivi sununa bir miqdar gil əlavə edib, təmiz və kiçik bir taxta qaşıqla krem konsistensiyasına gətirin. Bu qarışığı maska şəklində üzünüzə sürtün. Kürək üstü uzanıb və ya kresloya söykənib 10 dəqiqə istirahət edin. Bu maska xüsusilə yağlı və sızanaqlı dərilər üçün çox faydalıdır.

Hər dəri fərqlidir
Hər kəsin dərisinin özünə xas xüsusiyyətləri vardır. Məsələn vitamin və mineralları əmə bilmə tutumu hər dəridə eyni deyil. Qalın və yağlı dərilərdə əmilmə daha çətindir və ölü təbəqələr daha çoxdur. Bu səbəblə daha güclü məhsullara ehtiyac vardır. Adamın yaşı da bu mövzuda əhəmiyyətlidir. Zamanla dərinin əmmə gücü azalır. Bu səbəbdən ya daha güclü məhsullar seçmək ya da istifadə etmə sıxlığını artırmaq lazımdır.

Qalın və yağlı dəri
Dəriniz qalın və yağlıdıra, kivi maskaları sizin üçün idealdır. Dərinizdəki məsamələri sıxışdırır və yağlanılmağı tarazlaşdırar. Mümkünsə yetişməmiş kivi istifadə etməyə çalışın. Həftədə iki dəfə 15 dəqiqəlik maska tətbiq edə bilərsiniz. Əgər sızanaqlarınız varsa, gilli maskanı seçin.

Yağlı və incə dərilər
Bu tip dərilər qadınlara özəldir. Kişilərin dərisi ümumiyyətlə daha yağlı və qalındır. Çox təəssüf ki incə dərilər asanca sallana bilər. Kivi maskası bu tip dəri üçün çox uyğundur. Bol miqdarda C vitamini sayəsində kolagen sintezi artar və dəri gərilər. Həftədə 2 dəfə 5 dəqiqəlik maskalar sizin üçün kifayətdir.

İncə və quru dəri
Ən həssas dəri tipidir. Şəfqət və baxıma ehtiyacı vardır. Kivinin xüsusilə qabıq qisimindəki C vitamini bu tip dərilərin yenilənməsinə köməkçi olar. Həftədə iki dəfə tətbiq edə bilərsiniz. Dərinin qıcıqlanma olmaması üçün maskanı 5 dəqiqədən çox tutmayın.

Normal dəri
Kivi maskası bu tip dəriləri daha da aydınlaşdırar və rəngini açar. Maska üçün təklif edəcəyəim sıxlıq və müddət, həftədə 2 dəfə, 10 dəqiqədir.


Şərhlər:
Baxılıb: 580
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz