Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəri təmizliyinin incə nöqtələri
Dəri təmizliyinin incə nöqtələri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 670
Səs ver:
Yaxşı üz təmizliyi, dəridəki yağın çirklərin bir qisimini və çoxunu təmizləməli ancaq hamısını silibsüpürməməlidir.

Bütün bir il yay mövsümünü gözləyirik. Amma üç aydan ibarət olan yaz dərhal keçib gedir. Sentyabr ayını yarılaydıqda havada şirin bir sərinlik və külək hakim olur. Yağış ilə bol olan payız fəsli özümüzə gəldiyimiz bir fəsil adlandırmaq olar. Onsuz da istidən qaçmağa çalışdığımız hərəkətli bir dövrdən sonra, bir az dincliyə və baxıma ehtiyacımız var. İndi sağlamlıq problemlərimizlə maraqlanmanın, yavaş yavaş dərimizi və köhnələn saçlarımızı yığışdırmanın vaxtı gəldi. Günəşin parıltısı bir az daha azalınca dəriyə qulluğa keçə bilərik.

Dərinizi təmizləyin
Sentyabr ayı əsl təmizlik dövrüdür. Bir səyahətdən sonra evə qayıtdığınızda nə edərsiniz? Əvvəl evinizi yığışdırıb daha sonra paltarlarınızı boşaldıb son olaraq da paltarlarınızı yuyarsınız. Bunlar, dərimiz üçün də etibarlıdır. Dəri baxımında ilk addım, gündəlik təmizlikdir. Hər səhər və hər axşam olmaq üzrə, gündə iki dəfə dərimizi diqqətlə təmizləməli və toniklə silməliyik. Ardından nəmləndiricimizi çəkə bilərik. Bir çox insan makiyaj etməyə laqeyd yanaşmaz ancaq dəri təmizliyinə lazım olan diqqəti göstərməz. Halbuki makiyaj edilsə də edilməsə də, üzünüzün nizamlı olaraq gündəlik təmizlənilməsi lazımdır.

Quru dəriyə krem
Yağlı dərilərdə gellər və losyonlar, quru dərilərdə kremlər seçilər. Bu tip məhsullara, ümumiyyətlə "təmizləmə südü” adı verilir. Bu tip təmizləyicilər, xüsusilə ət köklərində olan sərtləşmiş sebumun (dərinin yağ ifrazatı) və sebuma bulaşmış olan çirk və makiyaj artıqlarının təmizlənməsində çox effektlidir. Bu baxımdan dərin bir təmizliyi təmin edər. Təmizləmə kremlərində daha çox yağ (40-50 %) losyonlarda isə daha az yağ (10-25 %) olar. Yağlayar, dəridəki yağı (sebum, yağ və makiyaj artıqları), su isə suda əriyə bilən maddələri həll edər. Çirk və keratin markaları kimi əriyə bilməyən maddələr isə tonikli pambıqla silinərək təmizlənər. Göz ətrafındakı dəri çox həssasdır. Bu səbəblə daim xüsusi bir təmizləyici seçilməli və göz ətrafına çox nəzakətli davranılmalıdır.

Mikrofiber parçalar
Dəri təmizliyi və ya yüngül peeling üçün xüsusi olaraq emal edilən mikrofiber parçalar və əlcəklər olduqca təsirli bir şəkildə təmizliyi tamamlayarlar. Onları yalnız su ilə isladaraq istifadə etsəniz, daha əvvəl diqqətlə təmizlədiyiniz üzünüzdən hələ çirk çıxdığını fərq edərsiniz. İçində heç bir kimyəvi olmadığı üçün ən həssas dərilərə belə tətbiq oluna bilər. Onları həm üzünüzün həm də bədəninizin təmizlənməsində tətbiq edə bilərsiniz.

Tonik təmizliyi əhəmiyyətlidir
Dərinin gündəlik baxımı edilərkən ikinci addım, qalan son artıqları təmizləyən və məsamələri sıxışdırmağa yarayan tonik tətbiqidir. Təmizləmə kremləri və losyonlar, sabunlar və gellər dəridəki yağı və suda əriyə bilən maddələri həll etdikdən sonra, çirk və keratin markaları kimi əriyə bilməyən maddələr toniklə silinərək təmizlənər. Tonik, xüsusi bir solusyondur. Ümumiyyətlə su və spirt ilə hazırlanar. Bəzi toniklərdə salisilik turşu, portağal çiçəyi odekolonu, gül suyu və ya daha fərqli maddələr də istifadə edilər. Tonik seçərkən spirtsiz olanları seçin. Sadə gül suyu və miniral sodalı çox yaxşı toniklərdir.

Məsamələri təmizləyin
Məsamələrin sıxışması əslində səhv bir ifadədir. Çünki məsamələrin əzələ quruluşu yoxdur. Bu səbəblə də açılıb bağlanması və ya sıxışıb boşalması mümkün deyil. Ancaq yığılan çirklər dəridəki məsamələri tıxayaraq məcbur edər və genişləməsinə gətirib çıxarar. Toniklər bunları təmizlədiyi üçün məsamələr təkrar normal ölçülərinə geri qayıdar. Toniklər nizamlı olaraq istifadə edildiyində məsamələrin açılmasına çox fürsət qalmaz. Didər tərəfdən, toniklərin içində olan maddələr dərini bir az qıcıqlandırdığı üçün toxular yüngülcə şişər. Bu reaksiya məsamələri keçici bir müddət üçün sıxışdırar. Təbii bu strukturca bir dəyişiklik deyil, qısa davamlı bir tədbirdir.


Şərhlər:
Baxılıb: 670
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz