Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qatığın dəriyə faydaları - Ən asan 2 qatıq maskası
Qatığın dəriyə faydaları - Ən asan 2 qatıq maskası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1911
Səs ver:
Qara nöqtə və sızanaqlar, solğun dəri, qırışlar üçün qatığın məsləhət görüldüyünü yəqin ki daha öncə də eşitmisiniz. Bunun səbəbi qatığın dəri üçün faydalı vitamin və minerallar baxımından zəngin olmasıyla yanaşı sızanaq, günəş və digər səbəblərdən həssaslaşaraq qızaran dərini sakitləşdirməsidir. Qatığın sızanaqlar üçün bir digər təsiri də vardır. Anti-bakterial xüsusiyyəti olan qatıq, eyni zamanda tərkibindəki turşularla da sızanağa səbəb olan bakteriyaların təmizlənməsinə köməkçi olur. Yəni davamlı olaraq edəcəyiniz qatıq maskası ilə sızanaqların yaranmasını yüksək səviyyədə azalda bilərsiniz.

Qatığın tərkibində olan vitamin, mineral və digər komponentlərin dəriyə faydaları isə bu şəkildədir:

B2 Vitamini: Dəri hüceyrələrinin yenilənməsinə köməkçi olur. Dərini nəmləndirərək quruluq səbəbindən yaranan qabıqların qarşısını alır və həssaslığı azaldır. Qocalmanın dəri üzərindəki təsirlərini sürətləndirən sərbəst radikallardan qoruyur.

B12 Vitamini: Dərinin hamar görünməsini təmin edir. Günəş ləkələri və sızanaq izlərini yüngülləşdirir. Dəri tonunu nizamlayır.

B5 Vitamini: Solğun dərilərə təbii bir parlaqlıq verir. Dəri bəyazladıcı xüsusiyəti vardır və ləkələrin aparılmasında köməkçi olur.

Kalsium: Dərini qidalandırır və ümumi görünüşünü yaxşılaşdırır.

Sink: Yaşlanmanın təsirlərini yavaşladır.

Qatığın dəriyə faydalarından yararlanmaq istəyirsiniz, amma maska hazırlayacaq qədər vaxtınız və ya vəsaitləriniz yoxdursa bu asan qatıq maskasından istifadə edə bilərsiniz:
1 xörək qaşığı sadə qatığı bütün üzünüzə və boyun nahiyənizə çəkin. 15 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun. Sadə şəkildə qatığın dəriyə heç bir ziyanı olmadığından bu maskanı istədiyiniz qədər istifadə edə bilərsiniz. Həftədə 3-4 dəfə təkrarlamaqla qısa müddətdə fərqi öz gözlərinizlə görəcəksiniz.

Təmizləyici qatıq maskası:
Limon tərkibli maskalar dəridə olan artıq yağı təmizləmək və yağlanmanı tənzimləmək üçün istifadə oluna bilər. Maskanı hazırlamaq üçün ehtiyacınız olan komponentlər isə belədir:

-1 çay qaşığı bal;
-1 çay qaşığı qatıq;
-1 çay qaşığı yeni sıxılmış limon suyu.

Hazırlanma və istifadə:
Bütün komponentləri yaxşıca qarışdırın. Maskanı üzünüzə çəkib 10 dəqiqə gözlədin və bol ilıq su ilə yuyun. Maskadan sonra nəmləndirici kremdən istifadə edə bilərsiniz.

QEYD:
Əgər dəriniz çox quru və ya çox həssasdırsa, onda limonlu qatıq maskasını göstərilən reseptdəki limon miqdarının yarısını istifadə edərək hazırlayın. Limonun quruducu xüsusiyyəti yağlı dərilər üçün heç bir problem yaratmasa da quru dərilərdə qızartıya və daha çox quruluğa gətirib çıxara bilər.


Şərhlər:
Baxılıb: 1911
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz