Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəriyə qulluq zamanı doğru və yanlışlar
Dəriyə qulluq zamanı doğru və yanlışlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 808
Səs ver:
Qadınlar üçün dəriyə qulluq önəmli bir önəmə sahibdir. Ancaq dost tövsiyyələri və ətrafdan eşitdiklərimizlə düzgün qulluq metodlarını müəyyən etməyimiz elə də asan deyil. Gəlin birlikdə bu doğru və yanlışlara nəzər salaq.

Üzümü su ilə yuduğum üçün tonikə ehtiyacım yoxdur.
Üzünüzü su ilə yumaqda heç bir problem yoxdur. Məsələ isə bundadır ki, üzümüz təxminən 5.5 pH səviyyəsinə malikdir. Lakin bu səviyyə suda istifadə etdiyimiz suyun sərtliyindən asılı olaraq 9.5-ə qədər qalxa bilər. Toniklər isə dərimizin turşuluq səviyyəsini normala çevirib nizamı təmin etdiyindən su ilə bu nizamı yenidən pozmuş olursunuz. Tonik seçimi edərkən özünüzə uyğun toniklər seçməyə diqqət edin.

Gecə kremim gündüz kremimdən daha qatı olmalıdır.
Bu çox yanlış bir fikirdir. Bəzi qadınlar gecə istifadə etdikləri məhsulun günlük istifadə etdiklərindən daha ağır olmasını istəyirlər. Amma buna heç ehtiyac yoxdur. Bəlkə gündüz istifadə etdiyinizdən daha fərqli xüsusiyyətlərə malik bir vasitəni istifadə edə bilərsiniz. Məsələn yaşlanmanı gecikdirici bir krem. Ancaq bunları da daha xəfif məhsullar arasından seçə bilərsiniz. Həm bu zaman yastıq üzünüzə yapışacaqmış kimi də hiss etməzsiniz.

Gündüz və gecə kremlərim fərqli olmalıdır
Bu tamamilə şəxsi seçimə bağlıdır. Əgər dəri probleminiz yoxdursa tək etməli olduğunuz şey bunu qorumaq üçün dərinizə qulluq etməkdən ibarətdir. İstifadə etdiyiniz məhsulları gündə iki dəfə istifadə edə bilərsiniz. Bəziləri SPF tərkibli qulluq vasitələrini gecə istifadə etməyi sevməsə də əslində bunda problem yoxdur. Digər seçim də SPF tərkibli olmayan digər bir nəmləndirici krem istifadə etmək və gündüzlər günəşdən qoruyan bir məhsulu da bunun üzərində istifadə etməkdir.

Gecə üzümə heç nə çəkməsəm dərim nəfəs alacaq.
Əgər üzünüzü təmizlədikdən sonra nəsə vurmaq ehtiyacı hiss edirsinizsə onda istifadə edin. Əks halda istifadə etməsəniz də olar. Anca bunu da nəzərə alın ki, gecələr dərinin özünü bərpa etməsi üçün uyğun bir zamandır. Bu zamandan faydalanmağı unutmayın.


Şərhlər:
Baxılıb: 808
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz