Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təbii üsullarla üz dərinizi ağardın
Təbii üsullarla üz dərinizi ağardın
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1507
Səs ver:
Bir çox qadın bronzlaşmaq və daha tünd dəriyə sahib olmaq istəsə də digər qisim təbii ağarma üsulları ilə maraqlanır. Dərini ağartmaq həm dərinizin daha yeni görünməsini təmin edir. Eyni zamanda qırışıqların azalmasına və daha az görünməsinə kömək etmiş olur.

Əgər siz də bəzən istifadə etmək istədiyiniz təsirli bir təbii dəri bəyazlaşdırma maskası axtarırsınızsa, onda doğru ünvandasınız. Sizlərə həm çox asanlıqla hazırlaya biləcəyiniz, həm də həftədə bir dəfə evdə istifadə edə biləcəyiniz bir dəri ağardıcı maska təqdim edirik. Necə istifadə edəcəyinizi addım-addım izah edəcəyimiz üçün istifadə zamanı çətinlik çəkməyəcəksiniz. Ən etibarlı və sizə zərər verməyən ağartma resepti belədir:

Lazım olan ərzaqlar:
- Düyü unu
- Bir stəkan süd
- Bir fırça

Hazırlanması:
Düyü unu adətən artıq kiçik paketlər halında marketlərdə satılır. Bir kiçik paket bir maska üçün yetərli olacaqdır. Yəni təqribi 50 qram qədər düyü unu bəs edər. Unu geniş bir qaba tökdükdən sonra üzərinə ilıq südü yavaş-yavaş tökün. Qarışımın qatılığı isə tam olaraq bir nəmləndirici krem kimi olmalıdır.

Maskanı yaxşıca qarışdırdıqdan sonra bir fırçanın köməyi ilə göz çevrəniz xaric hər hissəyə diqqətli şəkildə çəkin. Bunu adətən gecələr yatmadan öncə edə bilərsiniz. Kremi çəkdikdən sonra yarım saat bu şəkildə saxlayın. Qarışımı üzünüzə çox qalın çəkməyin. Çünki üzünüzdən aşağıya doğru axaraq ətrafı batıra bilər. Qatılığının tam yerində olması və yaxşıca hopduraraq çəkilməsi bu problemin qarşısını alacaqdır. Maskanı saxladıqdan sonra sadəcə ilıq su ilə yumağınız yetərli olacaqdır. Əsla üstündən yenidən kimyəvi bir sabun istifadə etməyin.

Bu ağarma maskasını kişilər də asanlıqla istifadə edə bilər. Hətta evdə bütün ailə üzvləri də istifadə edə bilər. Daha çox ağ dərili olmaq istəyənlərə xitab edən bu maska əslində qırışıqlıqların qarşısını alan, həm də əlavə nəmləndirici effektə də malik olan bir maskadır.


Şərhlər:
Baxılıb: 1507
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz